Mavritaniya
Mavritaniya (ərəbcə: موريتانيا, ya da Mavritaniya İslam Respublikası) — Qərbi Afrikada yerləşən bir dövlət, qərbdə Atlantik okeanı ilə yuyulur. Ölkənin dövlət quruluşu 1991-ci ildə qəbul olunmuş konstitusiya ilə idarə edilən respublikadır. Ümumi səsvermə yolu ilə 6 illik müddətə seçilmiş prezident ölkəni idarə edir. Yüksək qanunverici orqan Milli yığıncaq (aşağı palata) və Senatdan (yuxarı palata) ibarət iki palatalı parlamentə məxsusdur.
Mavritaniya | |||||
---|---|---|---|---|---|
مهوری اسلامی موريتانيا République islamique de Mauritanie | |||||
| |||||
شرف إخاء عدل, Honor, Fraternity, Justice, Чест, братство, справедливост, Honra, Fraternidade, Xustiza, Anrhydedd, Brawdoliaeth, Cyfiawnder | |||||
Rəsmi dili | Ərəb dili, Fransız dili | ||||
Paytaxt | Nuakşot- 910 min sakin (2014-cü il) | ||||
Ən böyük şəhər | Nuakşot | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Sahəsi | Dünyada 29-cu | ||||
• Ümumi | 1 030 700 km² | ||||
• Su sahəsi (%) | 0,03 | ||||
Əhalisi | |||||
• Əhali | 3 600 min nəfər (133-cü) | ||||
• Sıxlıq | 3,4 nəf./km² | ||||
İnternet domeni | .mr | ||||
ISO kodu | MR | ||||
BOK kodu | MTN | ||||
Telefon kodu | +222 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bayrağı
Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir. Yaşıl və qızılı sarı rəng Pan-Afrika (Pan-yunanca birlik, bütünlük, tam) rəngləri olaraq qəbul edilir. Yaşıl rəng İslamı təmsil edir, sarı rəng isə Sahara çölünün qumlarını təmsil edir. Aypara və ulduz da Mavritaniyanın əsas dini olan İslama işarədir.
Coğrafiyası
Mavritaniya 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, Əlcəzair və Mali.
Tarixi
1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa cəmiyyətinin avtonom respublikası statusu almışdır.
1960-cı il, 28 noyabr tarixdə ölkə Fransanın əsarətindən qurtularaq müstəqillik əldə etmişdir.
Əhalisi
3,359,185 nəfərdir. Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da praktikada köləlik davam edir, ölkə əhalisinin 10 ilə 20%-nin kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir, kölə hədiyyə etmək böyük hörmət jesti sayılır.
İqtisadiyyatı
Mavritaniyanın pul vahidi uqiyadır.
Hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. İxracatda əsas yeri balıq və balıq məhsulları, qızıl, dəmir filizi, mis konsentratı tutur. Çin, Fransa, İspaniya, İtaliya, Niderland və Belçika kimi ölkələrlə ticarət əlaqələri vardır.
İstinadlar