Clash of Clans

2012-ci ilin video oyunu
Nemoralis (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:45, 30 mart 2017 tarixli redaktə

Clash Of Clans oyunu — 2012-ci ildə Supercell şirkəti tərəfindən yaradılmış Strateqiya oyunudur.Şirkət Finlandiyada yerləşir. Oyun İOS platformaları üçün 2 Avqust 2012-ci ildə yayımlandı. Android üçün isə 30 Sentyabr 2013 KanadaFinlandiyada yayımlandı. Oyun ''Google Play Store''yə 7 Oktyabr 2013-cü ildə buraxıldı.

Clash of Clans
Fayl:Clash of Clans.png
Hazırlayan Supercell
Yayımlayanlar Supercell
Anons tarixi 2 avqust 2012
Buraxılış tarixləri 2 avqust 2012, 7 oktyabr 2013
Sonuncu versiya
  • 15.547.8
  • 15.547.8
Sonuncu beta-versiya
  • 15.547.8
  • 15.547.8
Janrlar Strategiya
Texniki məlumat
Platforma iOS, Android[1][2][…], iPadOS[d]
Oyun rejimi birnəfərli oyun, çoxnəfərli oyun
Daşıyıcı rəqəmsal yükləmə[d]
İdarəetmə sensor ekran
Prosessor IOSAndroid
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Clash Of Clans,çox oyunçulu strategiya oyunudur.Oyunçuar Qızıl,Iksir,Yaşıl Daş,Qara iksir kimi qaynaqlardan istifadə edərək kəndlərini inkişaf etdirib başqa kəndləri keçməyə çalışırlar.Oyunçular,zəif kənddən başlayıb kəndi qurmağa başlayırlar.Qurduqları binaların səviyyəsini yüksəldən oyunçular,yeni elementlərin kilidini açarlar.Oyunun hər mərhələsində internetə qoşulmaq lazımdır.Oyunçular başqa kəndlərə hücum edib,Qənimət almağa çalışırlar.Oyun internet bağlantısı olmayanda işləmir.

Ayrıca oyunçular iksir və qara iksirlə əsgər hazırlaya bilərlər.Çox oyunçulu modda isə oyunçular döyüşləri udub Kubok ala bilirlər.Qazanılan kuboklar oyun sıralamasında istifadə edilir.Oyunda hər bir klana qatılmaq mümkündür.Ayrıca klanda söhbət etmək olur.Oyunda ''Klan Lideri'',''Köməkçi Lider'',''Böyük'' rütbələri mövcuddur.Ayrıca Oyunda özünə klan qurmaq mümkündür.Klan Qalasını inşa edib,klandakılardan əsgər istəmək mümkündür.Klana qatılan yeni oyunçuların altında ''Yeni'' sözü meydana çıxır.

Oyunda Kubok yığmaq böyük hədəfdir.Oyunçuların Kuboku 400 olanda Bronz, 800 olanda Gümüş, 1400 olanda qızıl, 2000 olanda Kristal, 2600 olanda Usta, 3200 olanda Çempion və 4100 olanda Titan, 5000 olanda Əfsanəvi liqə çatırlar.Bu kuboklar eyni zamanda Ölkə və Dünya sıralamasında istifadə edilir.Klanlar arasında böyümək üçün klan üzvlərinin kuboku çox olmalıdır.

Müdafiə Binaları

  • Divarlar: Binaları qorumaq üçündür.Divar Qırıcılar tərfindən asanlıqla qırıla bilirlər.Donuz Minənlər divarların üstündən asanlıqla tullanırlar.Ən yüksək divarların səviyyəsi 11-dir.
  • Top: Oyunun ilk müdafiə binasıdır.Qurudan gələn hücumların qarşısını alır.Ən yüksək 14 səviyyədir.
  • Oxçu Qülləsi: Toplara görə mənzili uzundur və həm havadan həm də qurudan gələn hücumların qarşısını alır.Ən yüksək 14 səviyyədir.
  • Hava Müdafiəsi: Oyunun ən önəmli müdafiəsidir.Güclü hava hücumlarından qorunmaq üçün istifadə edilir.Hava əsgərlərinə ciddi zərər verir.Ən yüksək 8 səviyyədir.
  • Sehirbaz Qülləsi: Həm havadan həm də qurudan gələn hücumların qarşısını alır.İldırımı ilə bəzi əsgərləri bir anda yox edər.Ən yüksək 9 səviyyədir.
  • Hava Topu: Oyunun ən güclü müdafiəsindən biridir.Ciddi zərər verir,və oxçu,barbar,qoblin kimi canı az olan əsgərləri 1-2 vuruşda yox edər.Ən yüksək 10 səviyyədir.
  • Gizli Tesla: Düşmən yaxınlaşana qədər görünməz.Ortaya çıxanda düşmənləri elektriklə yox edər,həm hava həm də qurudan gələn əsgərləri yox edər. P.E.K.K.A'lara 2 qat zədə verə bilir.Ən yüksək 9 səviyyədir.
  • X-Yayı: Olduqca güclü bir müdafiə hissəsidir.Hava və quruya dəqiq nişan alaraq ox atar.İksirlə işləyir,iksir bitdiyində doldurmaq lazımdır.Ən yüksək 5 səviyyədir.
  • Cəhənnəm Qülləsi: Oyunun güclü müdafiə hissəsidir.Alov püskürər və eyni hədəfə çox vurarsa zədə çox olur.Yerdəki və Havadakı düşmənləri yox edər.Əjdaha,Qolem,P.E.K.K.A kimi canları çox olan əsgərləri qısa zamanda yox edər.Qara iksir yüklənərək işləyir.Ən yüksək 4 səviyyədir.
  • Div Bomba: Partlayan kimi bütün əsgərlərə təsir edər.Donuz Minənlərə 1.5 qat zədə verər.Ən yüksək 4 səviyyədir.
  • Bomba: Hücum edən əsgərlərə zədə verər.Birdən çox bomba yan-yana duranda çox zədə verir.Ən yüksək 6 səviyyədir.
  • Skelet Tələsi: Açılanda içindən skelet çıxaran bir tabutdur.Havanı və Qurunu təyin etmək mümkündür.Ən yüksək 3 səviyyədir.
  • Yaylı Tələ: Quruda qaçan əsgərləri havaya fırladar və savaşdan kənarlaşıdırar.Ancaq Oxçu Kraliça,Barbar Kral,P.E.K.K.A və Qolemin üzərində işə yaramaz.Ən çox 5 səviyyədir.
  • Hava Bombası: Uçan düşmənlərə zədə verir,amma Şəfaçıya təsiretməz.Ən yüksək 4 səviyyədir.
  • Hava Partladıcı: Uçan əsgərlərə hava püsürtərək uzaqlaşdırar.Ən yüksək 6 səviyyədir.
  • Hava minası: Verdiyi zədə çox yüksəkdir.Əjdaha kimi uçan düşmənlərə zədə verər(Minion və Şəfaçı-ya təsir etməz).Qara rəngdədir.Ən yüksək 3 səviyyədir.
  • Bombaçı qülləsi:Ən son güncəlləmədən sonra yaradılmışdır.Qüllənin üzərindəki skelet bombalar tullayir.Qüllə məhv edildikdən sonra kiçik partlayış olur.Bələdiyə binası 8-dən etibarən almaq olar.
  • Taktik Ovçu təyyarəsi: Bələdiyə 11 güncəlləməsindən sonra yaranmışdır.Vurduğu ərazi 7-50 kvadratdır.Göyə üst-üstə 300 zərər verən 3 roket atır.
    1. ESRB rating database (ing.).
    2. iTunes Store. 2003.