Mavritaniya

Faiq Əsgər (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:56, 13 avqust 2015 tarixli redaktə

Mavritaniya (ərəbcə: موريتانيا, ya da Mavritaniya İslam Respublikası) — Qərbi Afrikada yerləşən bir dövlət, qərbdə Atlantik okeanı ilə yuyulur.

Mavritaniya
مهوری اسلامی موريتانيا
République islamique de Mauritanie
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
شرف إخاء عدل, Honor, Fraternity, Justice, Чест, братство, справедливост, Honra, Fraternidade, Xustiza, Anrhydedd, Brawdoliaeth, Cyfiawnder
Rəsmi dili Ərəb dili, Fransız dili
Paytaxt Nuakşot- 910 min sakin (2014-cü il)
Ən böyük şəhər Nuakşot
İdarəetmə forması Prezident respublikası
Sahəsi Dünyada 29-cu
 • Ümumi 1 030 700 km²
 • Su sahəsi (%) 0,03
Əhalisi
 • Əhali 3 600 min nəfər (133-cü)
 • Sıxlıq 3,4 nəf./km²
İnternet domeni .mr
ISO kodu MR
BOK kodu MTN
Telefon kodu +222
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mavritaniyalı qız

Ölkənin dövlət quruluşu 1991-ci ildə qəbul olunmuş konstitusiya ilə idarə edilən respublikadır. Ümumi səsvermə yolu ilə 6 illik müddətə seçilmiş prezident ölkəni idarə edir. Yüksək qanunverici orqan Milli yığıncaq (aşağı palata) və Senatdan (yuxarı palata) ibarət iki palatalı parlamentə məxsusdur.

Coğrafiyası

Mavritaniya 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, ƏlcəzairMali.

Tarixi

1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa cəmiyyətinin avtonom respublikası statusu almışdır.

1960-cı il, 28 noyabr tarixdə ölkə Fransanın əsarətindən qurtularaq müsdəqillik əldə etmişdir.

Əhalisi

3,359,185 nəfərdir. Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da praktikada köləlik davam edir, ölkə əhalisinin 10 ilə 20%-nin kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir, kölə hədiyyə etmək böyük hörmət jesti sayılır.

İqtisadiyyatı

Mavritaniyanın pul vahidi uqiyadır.

Hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. İxracatda əsas yeri balıq və balıq məhsulları, qızıl, dəmir filizi, mis konsentratı tutur. Çin, Fransa, İspaniya, İtaliya, NiderlandBelçika kimi ölkələrlə ticarət əlaqələri vardır.

İstinadlar


Həmçinin bax