"Araz-Naxçıvan" futbol klubunun prezidenti açıqlanıb

"Araz-Naxçıvan" futbol klubunun prezidenti açıqlanıb O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir
Futbol
12 İyul , 2023 15:25
Araz-Naxçıvan futbol klubunun prezidenti açıqlanıb

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun ümumi yığıncağı keçirilib.

"Report" Naxçıvan təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, toplantıda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib.

Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.

Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

İdarə Heyətinin tərkibi

Ramin Axundov – Sədr // Prezident

Nurlan Həsənov

Ceyhun Məmmədov

İmran Kələşov

Müşahidə Şurasının tərkibi

Vüqar Abbasov – sədr

Orxan Hüseynov – sədr müavini

Taleh İbrahimov – üzv

Elxan Babayev – üzv

Rövnəq Xəlilov – üzv

Mahir Şıxəliyev – üzv

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.

Son xəbərlər

Orphus sistemi