Kuba
Kuba | |||||
---|---|---|---|---|---|
República de Cuba (İspan) | |||||
| |||||
"¡Patria o Muerte, Venceremos!" (İspan)[1] Vətən və ya ölüm, qalib gələcəyik! |
|||||
Himn: La Bayamesa (ing. "The Bayamo Song")[2] |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elan edilməsi | 10 oktyabr 1868 | ||||
• Müstəqillik müharibəsi | 24 fevral 1895 | ||||
• Tanınması (İspaniyadan ABŞ-yə təhvil verildi) | 10 dekabr 1898 | ||||
• Respublika elan olundu (ABŞ-dən müstəqillik) | 20 may 1902 | ||||
• Kuba inqilabı | 26 iyul 1953 – 1 yanvar 1959 | ||||
• Mövcud konstitusiya | 10 aprel 2019 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Havana | ||||
İdarəetmə forması | Unitar Marksist–Leninist təkpartiyalı sosialist respublika[3] | ||||
Komunist Partiyasının birinci katibi | Migel Dias-Kanel | ||||
Prezident | Migel Dias-Kanel | ||||
Vitse-prezident | Salvador Valdes Mesa | ||||
Komunist Partiyasının ikinci katibi | Xose Ramon Maçado Ventura | ||||
Milli Assambleyanın prezidenti | Esteban Laso | ||||
Sahəsi | Dünyada 104-cü | ||||
• Ümumi | 109,884 km² | ||||
• Su sahəsi (%) | 0.94 | ||||
• Əhali |
|
||||
• Siyahıyaalma (2018) | ▼ 11,209,628[4] nəf. | ||||
• Sıxlıq | 102.1 nəf./km² (114-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | US$ 254.865 milyard[5] dollar | ||||
• Adambaşına | US$ 22,237[5][6] dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2017) | US$ 96.851 billion[7] dollar (63-cü) | ||||
• Adambaşına | US$ 8,433[8] dollar (76-cı) | ||||
İİİ (2018) | 0.778 (artış; 72-ci) | ||||
Demonim | Kubalı | ||||
İnternet domeni | .cu | ||||
ISO kodu | CU | ||||
BOK kodu | CUB | ||||
Telefon kodu | +53 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][11] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır.
28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.
Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan Xristofor Kolumb olmuşdur. 1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada 7 yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hündu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.
Faydalı qazıntıları
[redaktə | vikimətni redaktə et]Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur.[12]. Nikel istehsalı 1959-cu il inqilabından sonra SSRİ ilə birlikdə şaxta avadanlıqlarının modernləşdirilməsindən və dağ-mədən kombinatının yaradılmasından sonra əhəmiyyətli dərəcədə artmışdır.[13]. Müasir dövrdə Kuba nikel istehsalına görə dünyada birinci yeri tutur.
Kuba zəngin kobalt ehtiyatlarına malikdir, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur.[14].
Kuba həmçinin iri mis filizi (Oryente və Pinar-del-Rio əyalətlərində), marqan filizi (Oryente əyalətində), xromit (Kamaquey əyalətində), kaolin (Pinos adasında)[15], dəmir filizi, asbest, daş duz və fosfor yataqlarına malikdir.
1984-cü ildə ölkənin qərbində neft və qaz yataqları aşkar edilmişdir.[16].
2006-cı ildən adanın şimalında, Florida sahillərindən bir qədər aralı məsafədə yeni neft-qaz yataqlarının mənimsənilməsinə başlanılmışdır.[17]
Bəzi məlumatlara görə Kubada neft ehtiyatları 5 milyard barreldən, qaz ehtiyatları isə 300 milyard kub metrdən çoxdur. 2010-cu ildə təsdiq edilmiş məlumatlara görə Kubada neft ehtiyatları 178,9 mln. barrel, təbii qaz ehtiyatları isə 70,9 milyard kub metrdir.[18]
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kuba mədəniyyəti dünyanın müxtəlif bölgələrindən gətirilmiş etnik mədəniyyətin qarışığından ibarətdir. XVI əsrdən başlayaraq Kuba plantasiyalarında işləmək üçün gətirilən qullar sonradan ağ dərili kolonistlər və yerli xalq ilə qaynayıb-qarışaraq müasir kubalıların bir xalq kimi yaranmasına səbəb olmuşdur. Burada aborigenlərin, ispanların, afrikalıların, sonradan gəlmiş qərbi avropalıların və çinlilərin gətirdiyi mədəniyyət müasir Kuba mədəniyyətini formalaşdırmışdır.[19]
İnzibati ərazi bölgüsü
[redaktə | vikimətni redaktə et]Kuba federasiyadır. Ölkə ərazisi 14 əyalətə və bir xüsusi bələdiyyəyə — Huventud adasına bölünür.
|
|
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Cuban Peso Bills". Central Bank of Cuba. 2015. 26 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2017.
- ↑ "National symbols". Government of Cuba. 15 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2009.
- ↑ "The Constitution of the Republic of Cuba, 1976 (as Amended to 2002)" (PDF). National Assembly of People's Power. 17 January 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 August 2012.
For discussion of the 1992 amendments, see Domínguez, 2003. - ↑ "Population of Cuba" (PDF). 18 December 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 July 2019.
- ↑ 1 2 "World Bank GDP PPP 2015, 28 April 2017 PDF". İstifadə tarixi: 18 January 2018.
- ↑ "World Bank total population of Cuba in 2015 (GDP PPP divided by Population data)". 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2018.
- ↑ "GDP (current US$)". 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.
- ↑ "GDP per capita (current US$)". 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.
- ↑ Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133
- ↑ https://www.cia.gov/the-world-factbook/countries/cuba/summaries/#people-and-society.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Большая Советская Энциклопедия. / редколл., гл. ред. Б. А. Введенский. 2-е изд. Т.23. М., Государственное научное издательство "Большая Советская энциклопедия", 1953. стр.578–584
- ↑ Страны мира: краткий политико-экономический справочник. М., Политиздат, 1988. стр.397–400
- ↑ "Ivette E. Torres. «The Mineral Industry of Cuba». U.S. Geological Survey. 1997" (PDF). 2017-10-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-21.
- ↑ Э. А. Гриневич, Б. И. Гвоздарёв. Вашингтон против Гаваны: кубинская революция и империализм США. М., "Международные отношения", 1982. стр.40–42
- ↑ Страны мира: краткий политико-экономический справочник. М., "Республика", 1993. стр.224–226
- ↑ Wayne S. Smith. After 46 years of failure, we must change course on Cuba Arxivləşdirilib 2013-04-16 at the Wayback Machine // "The Guardian", 1 ноября 2006
- ↑ CIA The World Fact Book. Cuba Arxivləşdirilib 2020-05-16 at the Wayback Machine (ing.)
- ↑ "Ən məşhur mədəniyyət mərkəzləri — ann.az". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.