Azərbaycan dilinin izahlı lüğəti
Azərbaycan dilinin izahlı lüğəti | |
---|---|
Müəllif | Əliheydər Orucov |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili | 1966 |
ISBN | 978-9952-34-023-5 |
"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilmiş lüğət.[1]
Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin tanınmış nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]“Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Ə. Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib.[2]
Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Ə. Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olmuşdular. Redaktoru Ə. Orucov olub.[2]
Üçüncü cild 2-cidən 3 il sonra (1983) nəşr edilir. Kitabın redaktoru yenə Ə. Orucov olur. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi. 4 il sonra (1987) nəşr olunmuş dördüncü — sonuncu cildin tərtibçiləri, redaktor və redaksiya heyəti 3-cü ilə eyni olub.[2]
4 cilddə ümumilikdə 57 min söz var.[3]
XX əsrin sonlarında üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib.[1]
2005-ci ildə AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ağamusa Axundovun bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” çapdan çıxmışdır. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə yaxın söz əlavə edilmişdir.[4]
Ə. Orucovun əsas müəllifi olduğu 4 cildik izahlı lüğət 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə təkmilləşdirilərək Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına[5] əsasən 25 min tirajla yenidən nəşr edilmiş və ölkə kitabxanalarına hədiyyə edilib.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dil Qurumu tərəfindən onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.[6]
Nəşrləri
[redaktə | vikimətni redaktə et]İlk
[redaktə | vikimətni redaktə et]- Azərbaycan dilinin izahlı lüğəti (A, B, V, Q). I cild. Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966.
- Azərbaycan dilinin izahlı lüğəti (D, E, Ə, J, Z, İ, Y). II cild. Bakı, Elm, 1980.
- Azərbaycan dilinin izahlı lüğəti (K, G, L, M, N, O, Ö, P, R). III cild. Bakı, Elm, 1983.
- Azərbaycan dilinin izahlı lüğəti (S, T, U, Ü, F, X, H, Ç, C, Ş). IV cild. Bakı, Elm, 1987.
II nəşr
[redaktə | vikimətni redaktə et]- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s. ISBN10: ISBN 9952-34-023-0; ISBN13: ISBN 978-9952-34-023-5
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild (EƏFGHXİJK). Bakı: Şərq-Qərb, 2006, 792 s. ISBN10: ISBN 9952-34-024-9; ISBN13: ISBN 978-9952-34-024-2
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild (QLMNOÖPR). Bakı: Şərq-Qərb, 2006, 672 s. ISBN10: ISBN 9952-34-025-7; ISBN13: ISBN 978-9952-34-025-9
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. ISBN10: ISBN 9952-34-026-5; ISBN13: ISBN 978-9952-34-026-6
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Azərbaycan dilinin orfoqrafiya lüğəti
- Azərbaycan dilinin orfoepiya lüğəti
- Azərbaycan dilinin dialektoloji lüğəti
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 ""Azərbaycan dilinin böyük izahlı lüğəti" və yeni orfoqrafiya lüğəti hazırlanır". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
- ↑ 1 2 3 4 İzahlı lüğət, I, 2006, s. 5
- ↑ Nazim Nəsrəddinov. "Mədəni insanların ömrü boyu oxuduğu KİTAB". modern.az (az.). 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
- ↑ ""Azərbaycan Dilinin İzahlı Lüğəti" nəşr olunmuşdur". Azərtac.
- ↑ "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2004-cü il)" (az.). e-qanun.az. 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
- ↑ ""Azərbaycan dilinin izahlı lüğəti" proqramlaşdırıldı". BiG.Az (az.). 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.