O, bu gün dəfn olunacaq
İyunun 14-də Milli azadlıq hərəkatının liderlərindən, “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin 81 yaşında vəfat edib.
Məlumatı jurnalist Rövşən Hacıbəyli Facebook səhifəsində yayıb.
Məhəmməd Hatəmi Tantəkin iyunun 10-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb yardım üçün çağırış etmişdi.
Bildirilir ki, Məhəmməd Hatəmi Tantəkin bu gün dəfn olunacaq.
Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan “Çənlibel” Cəmiyyətinin qurucularından idi. 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib.
O, ötən əsrin 90-cı illərində Milli Qurtuluş Partiyasını təsis edib. Birinci Qarabağ müharibəsi zamanı “Milli Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə olub.