Məzmuna keç

zərif

Wiktionary saytından
  • azərbaycanca: zərif
  • Əski əlifba:

Mənalar :[1]https://web.archive.org/web/20130409234209/http://azerdict.com/izahli-luget/z%C9%99rif

    1. İncə. Zərif çiçəklər. Zərif əl. Zərif yun. – [Əbdüləli bəy:] Qadın vücudu zərif (z.) yaranmışdır, odur ki, qədimlərdə qadınlar gəcavə ilə gəzirdilər. C.Cabbarlı. Varlığın nə zərif (z.) yarandı sənin; Gözlə görünməyən bir aləmin var. S.Vurğun. Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu. Ə.Əbülhəsən.
    2. məc. Nazik, incə. Zərif söz. – Xoş gəlib şahə ol zərif kəlam; Ona şəmşirin eylədi ənam. S.Ə.Şirvani. // Lətafətli, ürəyəyatan, qəşəng. Zərif səs. – Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kimi zərif, lətif bir cavan idi. Çəmənzəminli.
    3. Arıq, zəif, cansız. [Rəhim bəy] ..naçalniklər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]