Qalay, qurğuşun və s. metallarla qarışıq mis ərintisi. Oymaqlar əksəriyyətlə çuqundan, poladdan və tuncdan hazırlanır. _ Tunc rəngi – qızılı-qəhvəyi rəng. İkindi günəşinin altında sular tunc rənginə çalırdı. Mir Cəlal. Dağ günəşi tunc rəngə; Boyamışdı gözəli. N.Rəfibəyli. // Tuncdan qayrılmış, tuncdan tökülmüş. Tunc dəstək. – Yaşıl məhəccərli dördkünc bağçada ..Nizaminin tunc heykəli qoyulmuşdu. M.Hüseyn. 2 məc. Sarsılmaz, möhkəm, bərk, qüvvətli mənasında. Qüdrətimiz bəllidir hər yerdə, hər bucaqda; Sarsılmaz qurduğumuz dostluğun tunc qalası. S.Rüstəm. Sən yüksəldikcə bir səs deyir: – Min illər yaşa; Üfüqlərə toxunsun tunc biləkli qolların! M.Müşfiq. ◊ Tunc dövrü arxeol. – tunc (metal) işləndiyi ən qədim dövr (bu dövrdə hələ dəmir məlum deyildi və müxtəlif şeylər qayırmaq üçün əsas metal tunc idi).