Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında). Miss Hanna.. ikinci çayı süzməyə başladı. M.S.Ordubadi. Nahardan sonra çayı Səkinə özü süzüb verdi. Ə.Abasquliyev.
məc. Oynamaq, rəqs etmək. Nərgizi üzüm, lay-lay; Yaxana düzüm, lay-lay; Sən böyü, mən qocalım; Toyunda süzüm, laylay. (Bayatı). [Cahan:] Toyunda da sənin, bala; Bax beləcə süzərəm. Ü.Hacıbəyov. “Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. Mir Cəlal.
Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. Başdan-ayağa süzmək. – Xəlil yuxusuzluqdan tutqunlaşmış qonur gözlərini qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn. Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov. Nərgiz ..acizanə bir baxışla oğlanı süzdü. B.Bayramov.
Qanad çalmadan sakit-sakit, səssiz uçmaq. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Bu yerlərə gəlmiş quşlar .. çay üzərilə süzürdülər. S.Rəhimov. ◊ Gözlərini süzmək – bax göz.