Məzmuna keç

qüvvət

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı qüvvət qüvvətlər
Yiyəlik halı qüvvətin qüvvətlərin
Yönlük halı qüvvətə qüvvətlərə
Təsirlik halı qüvvəti qüvvətləri
Yerlik halı qüvvətdə qüvvətlərdə
Çıxışlıq halı qüvvətdən qüvvətlərdən

azərbaycanca: qüvvət

  • Əski əlifba:

Mənalar :

  1. Bax: qüvvə. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. “Koroğlu”. Hünərim, qüvvətim bitməz, tükənməz! Qanadlı bir şahin yerdə görünməz. A.Şaiq. _ Qüvvət almaq – qüvvətlənmək, güclənmək, ürəklənmək, ruhlanmaq. Bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı. M.S.Ordubadi. Qüvvət alıb, ilham alıb; Yurd salmışam dağlarda mən. S.Vurğun. Qüvvət vermək –
  2. qüvvətini, mətanətini, təsirini artırmaq; qüvvətləndirmək, gücləndirmək, ruhlandırmaq;
  3. təsdiq etmək, şərik olmaq, müdafiə etmək. Mürşüdoğlu dəxi həkimin sözünə qüvvət verdi. S.Rəhimov.
  4. (Riyaziyyat) Bir ədədin neçə kərə öz misli ilə vurulduğunu göstərən rəqəm.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]