Məzmuna keç

nida

Wiktionary saytından
  • azərbaycanca: nida

Mənalar :

  1. Hiss, həyəcan bildirən səs. Bu sözləri o, kövrək bir nida ilə deyərkən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. M.Hüseyn. Nisə xala! – deyə nida ucalanda qadın ətrafına baxındı. Mir Cəlal.
  2. Səda, səs. Yetir itmamə kim, bu şeri Hatifdən nida gəldi. S.Ə.Şirvani. Sabahın bu ahəngdar musiqisini ordan-burdan ucalan insan bağırtıları, şeypur nidaları pozurdu. M.Rzaquluzadə.
  3. (Qrammatika) Hiss, həyəcan, arzu və istək və s. ifadə edən, dəyişilməyən nitq hissəsi; məs.: ax! ah! eh! urra! _ Nida işarəsi – nida cümlələrinin sonunda, həmçinin nida və xitablardan sonra qoyulan durğu işarəsi (!). Sarı üçbucağın üzərində iri bir nida işarəsi görünür. Bu, şoferə xəbərdarlıqdır. Ə.Vəliyev.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]