Məzmuna keç

iri

Wiktionary saytından

azərbaycanca: iri

Mənalar :

  1. Həcmcə, ölçücə, cüssəcə böyük, yekə; cüssəli, həcmli. İri qazan. İri bədən. İri əl. İri uşaq. İri fındıq. – [Xanım] uzun, mütənasib boylu, sağlam bədənli, iri qara gözlü bir qadın idi. H.Nəzərli. [İzzət qarı və Qumru] obaya çatarkən çobanlar ayağa qalxıb iki iri daş gətirdilər. Ə.Məmmədxanlı. // Böyük, geniş, vüsətli. İri zal. İri həyət.
  2. Sayca çoxlu, külli miqdarda olan. İri dəstə. İri qoşun birləşməsi. _ İri addım – geniş addım. İri bloklar xüs. – bina tikilişində istifadə edilən çox böyük həcmli beton daşlar. İri kapital – böyük müəssisələrin sahibləri və inhisarları; çox külli miqdarda pul. İri məbləğ – çoxlu pul. İri mülkədar (sənayeçi, tacir və i.a.) – böyük ölçüdə xüsusi mülkiyyətə sahib olan mülkədar (sənayeçi, tacir və i.a.). İri pul – üstündə böyük dəyər yazılmış pul.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

türkcə: iri - azərbaycanca: iri

Sifət iri (crh)- azərbaycanca:iri (crh)