Məzmuna keç

bədən

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı bədən bədənlər
Yiyəlik halı bədənin bədənlərin
Yönlük halı bədənə bədənlərə
Təsirlik halı bədəni bədənləri
Yerlik halı bədəndə bədənlərdə
Çıxışlıq halı bədəndən bədənlərdən
  • azərbaycanca: bədən

Mənalar :[1]https://web.archive.org/web/20160314082831/https://azerdict.com/izahli-luget/b%C9%99d%C9%99n

    1. İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. – [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı. // Məc. mənada. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. ◊ Bədən tərbiyəsi – bədən mümarisələri, idman, gimnastika, yaşayışda düzgün rejim gözləmək vasitəsilə insan bədəninin hərtərəfli inkişaf etdirilməsi və möhkəmləndirilməsi. Bədən tərbiyəçisi – bədən tərbiyəsi (idman) ilə məşğul olan adam.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]