Məzmuna keç

avadanlıq

Wiktionary saytından
  • azərbaycanca: avadanlıq
İsim Tək Cəm
Adlıq halı avadanlıq avadanlıqlar
Yiyəlik halı avadanlığın avadanlıqların
Yönlük halı avadanlığa avadanlıqlara
Təsirlik halı avadanlığı avadanlıqları
Yerlik halı avadanlıqda avadanlıqlarda
Çıxışlıq halı avadanlıqdan avadanlıqlardan

Mənalar :

  1. Ev şeyləri, müxəlləfat, dir-dirrik. Evinə avadanlıq almaq.
  2. Bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası üçün müəyyən avadanlıq da qayırıblar. M.Hüseyn. Maşınqayırma sənayesi daha çox dərinliyi təmin edəcək mükəmməl qazıma avadanlığının istehsalını mənimsəməyə başlayır. Quliyev.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]