alın
Görünüş
Azərbaycanca Vikipediyada baxın: alın
- Əski əlifba: آلین
- (Anatomiya) Üzün saç ilə qaş arasında olan ön hissəsi. Geniş alın. Dar alın. – Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Ə.Haqverdiyev. [Gülbadam] ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi. N.Nərimanov.
- məc. Bir şeyin ön tərəfi. Alnından vurmaq. ◊ Alın təri – zəhmət, əmək. Alın təri ilə qazanmaq – öz zəhməti ilə qazanmaq, öz əməyi ilə əldə etmək. Alın təri tökmək – çox zəhmət çəkmək, əmək sərf etmək. Alın yazısı din. – tale, qismət, qədər. Alnı pak – vicdanı təmiz, ləkəsiz, namuslu. Alnında yazılmaq din. – taleyi qabaqcadan müəyyən olmaq.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|
- (Anatomiya) Üzün saç ilə qaş arasında olan ön hissəsi.