Sword Art Online
Görünüş
Sword Art Online (yap. ソードアート・オンライン) — Yaponiya ranobe seriyası və anime serialı. 2022-ci ildə yenicə çıxmış "Sword Art Online" oyununun içində qalan və oyundan çıxmaq üçün mübarizə aparmağa başlayan gənclərdən bəhs edir.
Anime serialı
[redaktə]Kazuto Kiriqaya / Kirito
[redaktə]- Bu dünyada təkcə bir ülgüc səni istədiyin yerə götürə bilir. Baxmayaraq ki, bura virtual dünyadır, burada özümü real həyatdakından daha canlı hiss edirəm.
- Şübhələnib təəssüflənməkdənsə, güvənib təəssüflənməyə üstünlük vermək istərdim.
- Bütün bu müddət boyunca mən düşünürdüm ki, tənha yaşamaqdansa, ölmək yaxşıdır. Lakin bu deşiyə düşdükdən sonra birlikdə sağ qaldığımıza görə xoşbəxtəm. Mən başa düşdüm ki, mən də daxil olmaqla, bu oyundakı hər kəs yaşamaq uğrunda həyatdadır.
- Səviyyələr sadəcə nömrələrdir. Bu dünyada güc sadəcə bir illüziyadır. Bundan vacib şeylər var. Gələn dəfə əsl dünyada görüşək və burada kimi dost olaq.
- Solo oyunçunun da edə biləcəklərinin limiti var.
- Nə olduğunun əhəmiyyəti yoxdur, sizi qoruyacağıma söz verirəm.
- Arxada oturub kiminsə öldüyünə tamaşa edə bilməm. Heç nə etməməkdənsə, onlarla birlikdə ölməyə üstünlük verirəm.
- Başqa seçimimiz yoxdur. Döyüşməyə davam etməliyik.
- Hər kəs döyüşə bilər.
- Mən solo oyunçuyam. Bir-iki gün narıncı gəzmək mənim üçün heç nədir.
- Güclənməyimin əsas səbəbi həyatda qalmalı olmağım idi.
- Bu döyüşü başa çatdırmaq vaxtıdır. Oğrular kralı ilə zərli qəhrəman arasında!
- Sənin hücumlarının ruhu yoxdur... qılınclar bu dünyada daha kəskin kəsir. Onlar daha çox incidirlər!
- Biter, ha? Yaxşı səslənir.
- Heç vaxt. Mən dayandığım müddətcə heç vaxt həmkarımın ölməsinə icazə verməyəcəm. Bu, mənim icazə verəcəyim ən son şeydir.
- Mənim həyatım sənindir, Asuna. Mən sənin xatirinə yaşayacam. Ən sona qədər birlikdə olaq.
- Bağışla, amma mənim bir tələbim var. Mən uduzmağı planlaşdırmıram, amma əgər mən burda ölsəm, Asunanın özünü öldürməyəcəyindən əmin olmaq istəyirəm.
- İncidir? Bu, Asunaya verdiyin ağrı ilə müqayisədə heç nədir.
- Əgər sən bu dünyanı sözlərlə düzəltmək istəyirsənsə, bu, mənə görə yaxşıdır.
Asuna Yuuki / Asuna
[redaktə]- Sona qədər qalmaq istəyirəm. Hətta bədheybətlər məni vursa və ölsəm belə. Nə olduğundan asılı olmayaraq, bu oyuna və ya dünyaya uduzmaq istəmirəm.
- Son iki il ərzində bir şey öyrəndimsə, o da budur: sona qədər bacardığımızın ən yaxşısını etmək.
- Mən ölə bilməm, çünki... səni qorumalıyam.
- Mən həmişə bilmişdim ki, sən məni xilas etmisən.
- Həyat sadəcə özün üçün lazım olan şeyləri etmək deyil. Başqalarının xoşbəxtliyinin səni xoşbəxt edəcəyi şəkildə də yaşaya bilərsən.
- Bəzən ən əhəmiyyət kəsb edən şeylər düz sənin qabağında olur.
Yui
[redaktə]- Kim səninlə olursa, gülümsəyir. Xahiş edirəm... get və mənim əvəzimə insanlara kömək et. Xoşbəxtliyini onlarla bölüş.
- Həmişə səninlə qalmaq istəyirəm!
Suquha Kiriqaya / Lifa
[redaktə]- Hey, bacardığının ən yaxşısını et. Sevdiyin şəxsdən belə asan əlini üzə bilməzsən.
Kleyn
[redaktə]- Biz oyunun içərisindəyik, qardaş!
- Mənə əsl dünyada yemək almayana qədər səni bağışlamayacaqdım.
Digərləri
[redaktə]- Sizə demək istədiyim sadəcə bir şey var: Qalib gələk! (Diabel).
- Sağ qal. Beləcə bu dünyanın sonunu və niyə yaradıldığını öyrənə bilərsən (Saçi).
- Bir şəxs bir nəfəri qoruyarkən çox güclü olur. Yaxşı döyüş gözləyirəm (Akihiko Kayaba).
- Hər bir dünyada əgər ölsən, sən "gedirsən" (Akihiko Kayaba).
- Mən də bu dünyada bir şey axtarışındayam. Bu dünyada nəsə əsl bir şey. Mənim üçün bu, sənin əlinin istiliyi idi (Lizbet).[1]
İstinadlar
[redaktə]- ↑ "Sword Art Online sitatları" Anime quotes, İstifadə tarixi: 23 may 2016 (ingiliscə)