Doris Lessinq
Görünüş
Doris Lessinq | ||||
Doğum tarixi | 22 oktyabr 1919 | |||
Doğum yeri | Kirmanşah | |||
Vəfat tarixi | 17 noyabr 2013 | |||
Vəfat yeri | London | |||
Dəfn yeri | Qolders-Qrin krematoriyası | |||
|
Doris Lessing (soyadı Doris May Tayler; 1919–2013) - İngilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı bir qadın üçün kiçik uşaqlarla sonsuz vaxt keçirməkdən daha darıxdırıcı bir şey yoxdur.
- Ağıllı, ciddi adamların sarsaq adamlardan özlərini qoruması vacibdir.
B
[redaktə]- Borc almaq dilənməkdən daha yaxşı deyil; faizlə borc vermək oğurluqdan çox yaxşı olmadığı kimi.
- Bütün böyük adamlar təvazökardır.
- Bütün dünyada, bütün kainatda insandan başqa heç bir varlıq özünü tərifləməz.
- Bütün qocaların paylaşdığı böyük sirr odur ki, siz yetmiş və ya səksən il ərzində həqiqətən də dəyişməmisiniz. Bədəniniz dəyişir, amma siz heç dəyişmirsiniz. Və bu, təbii ki, böyük çaşqınlığa səbəb olur.
C
[redaktə]- Cəmiyyətin dərk etmədiyi odur ki, keçmişdə adi insanlar öyrənməyə hörmət edirdilər. Onlar kitablara hörmət edirdilər, indi də hörmət etmirlər, ya da çox deyil. Ciddi ədəbiyyata və öyrənməyə olan bütün hörmət yoxa çıxdı.
Ç
[redaktə]- Çox bilənin dərdi də çox olar.
D
[redaktə]- Düşünmürəm ki, evlilik mənim istedadlarımdan biridir. Mən evli olandan daha çox xoşbəxt olmuşam.
- Düşünmürəm ki, feminist hərəkat qadın obrazları üçün çox şey edib.
Ə
[redaktə]- Ədəbiyyat hadisədən sonra təhlildir.
H
[redaktə]- Hər keçən dəqiqə hər şeyi dəyişdirmək üçün başqa bir şansdır.
X
[redaktə]- Xırda-xırda şeylərə xırda-xırda, vacib məsələlərə isə vacib yanaşmaq böyük insanların əlamətidir.
İ
[redaktə]- İnci göz yaşı deməkdir.
- İstənilən yerdə istənilən insan sadəcə olaraq bunu etmək imkanı verilməklə yüzlərlə gözlənilməz istedad və qabiliyyətdə çiçəklənəcəkdir.
- İstəsəniz səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün.
K
[redaktə]- Kiçik şeylər kiçik beyinləri əyləndirir.
Q
[redaktə]- Qadınlar qorxaqdır. Çünki uzun müddət yarı qul olaraq yaşamışlar.
- Qüsursuz dosta güvənmə və qadını sev, amma mələyi yox.
M
[redaktə]- Mən o yazıçılardan deyiləm ki, ölümündən sonra şöhrət qazanacaqlar.
- Mən tamamilə əminəm ki, dünyada heç bir xalq başqa bir xalq üzərində üstünlüyə malik deyildir.
Ş
[redaktə]- Şeylər həmişə qara və ağ qədər sadə deyil.
U
[redaktə]- Universitetdə sizə demirlər ki, qanunun böyük hissəsi axmaqlara dözməyi öyrənməkdir.
Y
[redaktə]- Yaradıcı yazı proqramları haqqında çox şey bilmirəm. Ancaq bir, yazmağın ağır iş olduğunu, ikincisi, yazıçı olmaq üçün böyük bir həyatdan, şəxsi həyatından imtina etməli olduğunu öyrətməsələr, həqiqəti söyləməzlər.
- Yazıçılar, kitabsız evlərdən gəlmir.