Məzmuna keç

Bayraq

Dünya dövlətlərinin bayraqları

Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bayraq enməz, azan susmaz... Tansu Çillər
  • Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətsə, Azərbaycan istiqlal bayrağı enmiş, parlaman caddəsindəki məclisi-məbusan binasının üstündə mavi, al və yaşıl rəngli və hilal sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən əlaladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət və istiqlalını səciyyələndirən bir timsal isə, o halda hal-hazırda Bakı binalarının üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən başqa bir şey deyildir. Məmməd Əmin Rəsulzadə
  • Bayraq mənliyimdir, bayraq kimliyim,
    Bayraq - öz yurduma öz hakimliyim. Bəxtiyar Vahabzadə
  • Bir-iki kəlmə dağıdıcı, təxribatçı, casus və s... haqqında. İndi məncə, hamıya aydındır ki, indiki dağıdıcı və təxribatçılar nə qədər trotskiçi və ya buxarinist bayrağına sığınsalar da, çoxdan siyasi cərəyan olmaqdan çıxıblar. Fəhlə hərəkatında onlar peşəkar dağıntıların, təxribatçıların, casusların və qatillərin prinsipsiz dəstəsinə çevrildilər. Aydındır ki, bu bəylər fəhlə sinfinin düşməni, Vətənimizin xaini kimi amansızcasına qırılmalı və kökündən qoparılmalı olacaqlar. Bu aydındır və əlavə izahat tələb etmir. İosif Stalin
  • Bir kərə yüksələn bayraq, bir daha enməz! Məmməd Əmin Rəsulzadə
  • Borclu olduğumuz kreditorlar yeni günə başlayan an, biz artıq açıq dənizdə bizim üçün təhlükəsiz bir məsafədə idik. Yeddi quldur bu vaxta qədər qara bayraq altında üzənlərin ən xoşbəxtləri idi. Rual Amundsen
  • Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
    Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
    O mənim millətimin ulduzudur, parlayacaq;
    O mənimdir, o mənim millətimindir ancaq. Mehmet Akif Ersoy
  • Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
  • Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz! Milli hakimiyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi! Məmməd Əmin Rəsulzadə
  • Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Av­ropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç bo­yalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dal­­ğala­nacaqdır). Bir daha qaldırılmış bayraq bir daha en­mə­yəcək­dir! Məmməd Əmin Rəsulzadə
  • Şifahi müəllimlərlə işarə müəllimlərinin bir otaqda mübahisə etmədən oturmaqda çətinlik çəkdiyini, hər iki tərəfdə dözümsüzlüyün olduğunu söyləmək çətin ki, mübaliğə olmaz. İşarə müəlliminə “şifahi üsul” demək öküzün üzünə qırmızı bayraq dalğalandırmağa bənzəyir, şifahiyə “işarət dili” demək isə ən dərin nifrət doğururdu. Aleksandr Bell

İstinadlar

[redaktə]