Məzmuna keç

Aristotel

Aristotel
Doğum tarixi e.ə. 384
Doğum yeri Stagir
Vəfat tarixi e.ə. 322
Vəfat yeri Chalcis
Dəfn yeri Stagir
Vikipediya məqaləsi

Aristotel (e.ə. 384 - e.ə. 322) — yunan filosofu və alimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə insanın gündəlik ehtiyaclarını ödəmək üçün təbii olaraq yaradılmış birlikdir.
  • Ağıl təhsilli təkəbbürdür.
  • Ağıl təkcə bilikdə yox, həm də biliyi işə tətbiq etmək bacarığındadır.
  • Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur.
  • Ağıllı adam ağıllı adamla həmişə razılaşır, axmaq isə nə ağıllı ilə, nə də ağılsızla razılaşır. Necə ki, bütün düz xətlər bir-birinə uyğun gəlir, əyri xətlər isə nə bir-biri ilə, nə də düz xətlərlə uyğunlaşır.
  • Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin bağqaların da başına gəlməsinə sevinib təsəlli tapır.
  • Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar, sarsaq isə nə ağıllı, nə də sarsaq adamın fikri ilə razılaşar.
  • Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər.
  • Ağıllı insan xoş olanı yox, onu bəladan xilas edəni axtarır.
  • Ağılsızlıq qarışığı olmayan bir ağıllı belə dünyaya hələ gəlməyib.
  • Alçaq olan kimsə düşməkdən qorxmaz.
  • Amma yaxşı və gözəl fərqli olduğundan (çünki birinci həmişə hərəkətdədir, gözəl də hərəkətsiz şeylərdədir), riyaziyyat elmlərinin gözəl və yaxşı haqqında heç nə demədiyini iddia edənlər yanılırlar. Çünki bu elmlər onları ən çox təsdiq edir və sübut edir; adlarını çəkmirlərsə, əsərlərini, təriflərini sübut etmirlərsə, bu o demək deyil ki, onlar haqqında heç nə demirlər. Gözəlliyin əsas növləri riyaziyyat elmləri tərəfindən ən yaxşı sübut edilən nizam, müqayisəlilik və ayrılıqdır. Və bunlar (mən burada nizam və ayrılıq haqqında düşünürəm) çox şeyin səbəbi kimi göründüyündən, riyaziyyat elmlərinin də müəyyən şəkildə gözəlin səbəbi kimi bir səbəbdən bəhs edəcəyi açıq-aydın görünür.
  • Anaların övladlarına atadan daha çox bağlı olmasının səbəbi budur: uşaq dünyaya gətirən zaman daha çox əziyyət çəkirlər və onların özlərinə məxsus olduğuna daha çox əmindirlər.
  • Aristotelə deyirlər ki, kimsə onu uzaqdan uzağa söyüb; o cavab verib: “Uzaqdan uzağa o qoy məni lap döysün”.
  • Arzu; bir şeyi istəmək və ya söyləməkdir.
  • Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər. [1]
  • At qaçış üçün, öküz yeri sürmək üçün, it axtarış üçün yaradılıbsa, insan da hansısa ölüm Allahı kimi nəticə çıxarmaq və hərəkət etmək kimi iki şey üçün yaradılıb.
  • Atalar sözü qədim fəlsəfənin qorunub saxlanmış bir parçasıdır.
  • Aydınlıq, nitqin əsas üstünlüyüdür.
  • Azadlıq demokratik dövlətin əsasıdır.
  • Azadlıq öz-özünə tərtib edilmiş qaydalara itaət etməkdir.
  • Bacarığı ağıldan qabaq inkişaf etdirmək lazımdır.
  • Başlanğıc, işin yarısından çoxu deməkdir.
  • Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır.
  • Bəxti gətirmə -ağlın iştirakı olmayan uğurdur.
  • Bəzi adamlar pul xərcləməkdə elə xəsislik göstərirlər ki, sanki əbədi yaşamaq niyyətindədirlər.
  • Bəziləri elə sərvət yığır ki, sanki əbədi yaşayacaqlar. Başqaları isə elə xərcləyir ki, sanki həmin saat öləcəklər.
  • Bəziləri sanki əbədi yaşayacaqlarmış kimi elə hey yığır, digərləri isə elə indi öləcəklərmiş kimi dağıdır.
  • Biganəlik - eqoistin gizləndiyi qındır.
  • Bilikdə irəi gedən, amma əxlaqda geridə qalan irəli getməkdən çox geriyə gedir.
  • Birisinin məhv edilməsi başqa birisinin doğulmasıdır.
  • Biz aramsız nə ediriksə oyuq; mükəmməllik isə müəyyən bir iş deyil, adətdir.[2]
  • Biz asudə vaxta malik olmaq üçün asudə vaxtdan məhrum oluruq, sülh içində yaşamaq üçün isə müharibə edirik.
  • Biz dostlarını sevəni tərifləyirik.
  • Biz əmin-amanlıqda yaşamaq üçün müharibə edirik.
  • Biz nitqi yox danışan insanı dinləyirik.
  • Bizi məhv, yaxud bizə pislik edə biləcək gələcək şərin təsəvvüründən yaranmış xoşagəlməz hisslərdən və pərtlikdən ibarət qorxu hissi bizə hakim olsun.
  • Boş – boş söhbətləriylə Aristoteli boğaza yığan biri ondan soruşur: “Sizi yormadım?”. Aristotel cavab verir: “Yox, mən qulaq asmırdım”.
  • Bu dünyada cəsarət olmadan heç vaxt heç nə etməyəcəksən. Bu, şərəfin yanında ağılın ən böyük keyfiyyətidir.
  • Bütün dahilər bir az dəlidir.
  • Bütün dünyəvi həyat bir xəstəlikdir, bir növ duyğu meydana gəlməsidir. Ən yaxşısı heç doğulmamış olmaqdır. Əgər insan, bir fəlakət olub da doğulmuşsa, ən sürətli şəkildə ölməyi sınamalıdır.
  • Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
  • Bütün hikkələrin və cinayətlərin mənbəyi kasıblıqdır.
  • Bütün insanların düşünəcəyi bir ağılı vardır və istifadə etməyi bilmək lazımdır.
  • Bütün yaltaqlar quyruq bulayandırlar.
  • Bütün Zəlzələlər və Fəlakətlər xəbərdarlıqdır; dünyada korrupsiya həddən artıq çoxdur.
  • Cəmiyyətdən kənar insan ya Allahdır, ya da heyvan.
  • Cəsarət, qorxu qarşısında cəsarətdir. Ona görə də qorxu az olanda cəsarət artır.
  • Cəsarət qüvvətlə birləşdiyi zaman büsbütün artar.
  • Cəsarət, insanlara uyğun qorxuda və cəsarətdə aşkar olunur.
  • Cəsarət, təhlükəli anlarda gözəl işlər görən insanlara xas olan fəzilətdir.
  • Cəmiyyətin bütün inkişafı gənc xarakterin inkişaf etdirilməsi ilə başlayır.[3]
  • Cəsarətli insan qədər qorxunu dəf edə biləcək insan ola bilməz.
  • Cəsarətli, qorxmadan ölümə gedəndir.
  • Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir.
  • Ciddi işləri yerinə yetirmək üçün zarafat etmək lazımdır.
  • Ciddilik gülüşlə, gülüş isə ciddiliklə yox olur.
  • Cinayətin yalnız bəhanəyə ehtiyacı var.
  • Comərd insan özünə fayda axtarmağına görə yox, başqalarına yaxşılıq etməsi ilə fərqlənir.
  • Çətin olanı ən yaxşısıdır.
  • Çılpaq bədən utanmaq üçün səbəb deyil. Onun haqqında nə düşündüyündən utan.
  • Çox bəzənənlərə baxın; hamısı da gizlənmək istəyir.
  • Çox vaxt yaxşı şeylər pis nəticələr verir. Pulun bu və ya digər adamı necə məhv etdiyinə, cəsarətin necə öldürdüyünə dair çoxlu misallar çəkmək olar.
  • Çoxhakimiyyətlik yaxşı şey deyildir: hökmdar bir olmalıdır.
  • Demokratik nizamın təməli azadlıqdır.
  • Demokratiya despotizmin ən irəli şəklidir.
  • Dahi həmişə bir damla dəliliklə müşayiət olunur.
  • Dəlilik qarışığı olmayan heç bir böyük ağıl doğulmur.
  • Dərk etmək – heyrətdən başlanır.
  • Dərk olunan şey yoxdursa, onda onun haqqında bilik də yoxdur.
  • Dərketmə təəccübdən başlayır.
  • Dərrakəlii həzzə yox, əzabların olmamasına can atır.
  • Dinləyici hisslə, danışan natiqlə həmdəm olur.
  • Dost; adamın ikinci mənliyidir.
  • Dost, iki bədəndə yaşayan bir ruhdur.
  • Dost qara gündə müəyyən olur.
  • Dostluq var - məqsədi xeyir üçün,dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün…
  • Dostlar! Dost yoxdur!
  • Dostlar da, həqiqət də mənim üçün əzizdir. Amma mən dostlardan çox həqiqətə üstünlük verirəm.
  • Dostları olanın dostu yoxdur.
  • Dostluq, haqqı tələb etmədən mümkün olanla kifayətlənir.
  • Dostluq həyat üçün zərurətdir.
  • Dostluğun əsas əlaməti ünsiyyətdən həzz almaqdır.
  • Dostu çox olanın dostu yoxdur.
  • Dostu uzun müddət axtarırlar, çətinliklə tapırlar və çətinliklə qoruyurlar.
  • Dövlət xadimi ilə dövlət, padşahla təbəələri, ailə başçısı ilə ev, ağa ilə qulları arasında münasibətlərin həmişə eyni olduğunu düşünmək yanlışdır. Aralarında təkcə ölçüdə deyil, keyfiyyətdə də fərq var.
  • Dövlətin rifahı vətəndaşların orta mülkiyyətə dəyərincə malik olmasındadır.
  • Döyməklə uşağı yalnız korlamaq olar.
  • Dünya bir hüceyrədir səni təkliyə itələyən, lakin səni düşündürüb yetkinləşdirən mühit də ola bilər.
  • Dünyanın təşkil etdiyi cisimlər bərk cisimlərdir və buna görə də üç ölçüyə malikdir. İndi, üç ən mükəmməl ədəddir, - bu, rəqəmlərin birincisidir, çünki bir üçün biz rəqəm kimi danışmırıq, ikiyə hər ikisini deyirik, lakin üç - hamısını dediyimiz ilk nömrədir . Üstəlik, onun başlanğıcı, ortası və sonu var.
  • Dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz.
  • Düşmən qazanmaq istəyirsənsə, özünü dostlardan yüksək tut, dost qazanmaq istəyirsənsə, onları özündən yüksək tut.
  • Düşmənlərinə çox əhəmiyyət vermə! Üzülərsən.
  • Düşüncəni qəbul etmədən onu əyləndirə bilmək savadlı ağlın nişanəsidir.
  • Düzgün olduğunu göstərmək əxlaqı yaxşı olan insan üçün daha uyğundur.
  • Eqoizm özünü sevmək yox, həddindən çox sevməkdir.
  • Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol göstəricidir.
  • Elmdə irəliləyən, amma əxlaqda geri qalan, irəlidən çox geriyə gedər.
  • Ədalət, axşam və sübh ulduzundan da gözəl fəzilətin ən alisidir.
  • Ədalət əvvəl dövlətdən gəlir.
  • Ədalət fəzilətin bir hissəsi yox, tam bir fəzilətdir. Ədalətsizlik isə əxlaqsızlığın bir hissəsi yox, ümumiyyətlə əxlaqsızlığın özüdür.
  • Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır.
  • Əflatunu sevirəm, amma gerçəyi daha çox sevirəm.
  • Əgər biz istəyirik ki, dostlar bizimlə biz istədiyimiz kimi davransın, biz də onlarla o cür davranmalıyıq.
  • Əgər sənin dostların varsa, demək, dostun yoxdur.
  • Əxlaqi fəzilət həzzdə və iztirablarda özünü göstərir: çünki, əgər biz həzz almaq üçün pis iş görürüksə, iztirablara məruz qalmamaq üçün isə yaxşı əməllərdən uzaqlaşırıq.
  • Əxlaqlı insan öz həyatını itirmək məcburiyyətində qalsa belə, öz dostları, vətəni üçün çox şey edir.
  • Əmək nəzəriyyə ilə təcrübənin canlı vəhdətidir.
  • Əməli müxtəlif yollarla törətmək olsa da, yalnız bir yolla düzgün yerinə yetirmək olar...
  • Əməlləri prinsiplərinə görə edirlər.
  • Ən çətin fəaliyyət növü şansın ən az olduğu fəaliyyət növüdür, ən bədbəxt isə insanın fiziki təbiətinin ən çox əziyyət çəkdiyi fəaliyyət növüdür; ən quldarlıq yalnız fiziki gücdən istifadənin tələb olunduğu yerdir, ən az nəcib isə fəzilətin ən az qiymətləndirildiyi yerdir.
  • Ən yaxşı mükafat insanın könül rahatlığıdır.
  • ​​Əvvəlcə idealınıza qərar verin: məqsəd qoyun. Sonra ona nail olmaq üçün lazımi vasitələrə yığın: hikmət, pul, üsullar və materiallar. Və nəhayət, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.
  • Fakt haqqında bilik faktın səbəbini bilməkdən fərqlənir.
  • Fəlsəfə insanları xəstə edə bilər.
  • Fəlsəfə məni belə öyrədib: bu və ya başqa cür hərəkəti kiminsə əmri ilə yox, qanun qarşısında qorxduğum üçün edirəm.
  • Fəziləti olmayan insan, heyvanların ən çirklisi,ən vəhşisi və ən doymaq bilməz olanıdır.
  • Fəzilətin xüsusiyyəti yaxşılığı qəbul eləmək, utancverici əməl etməkdə yox, yaxşılıq və gözəl əməllər etməkdədir.
  • Gerçək yoldaşlıq iki bədəndə bir ruhdur.
  • Gənclərin yetişməsinə diqqət edin. Çünki ən kiçik etinasızlıq belə ölkənin strukturunu və gələcəyini məhv edər.
  • Gözəllik Allahın insana bəxş etdiyi nemətdir.
  • Gözəllik böyük bədənə uyğundur. Kiçik bədənə malik insanlar zərif və mütənasib bədən quruluşuna malik ola bilər, amma gözəl ola bilməzlər.
  • Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.
  • Gülüş, canlı varlıqlardan yalnız insana xasdır.
  • Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər.
  • Hamı bilir ki, ölüm labüddür, amma onun uzaq olmasına görə heç kim onun haqqında düşünmür.
  • Hamının dostu olan heç kimin dostu deyil.
  • Hazırcavab adam zövqlə zarafat edəndir.
  • Heç bir şey insanı uzun müddət hərəkətsizlik qədər məhv edə bilməz.
  • Heç kim dostsuz yaşamağa razı olmaz, hətta əvəzində ona hər şey təklif edilsə belə.
  • Heç kimsə rastlantı və ya onun vasitəsi ilə doğru və ağıllı ola bilməz.
  • Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.
  • Heç vaxt itaət etməyi öyrənməyən yaxşı komandir ola bilməz.
  • Heyvanlardan yalnız insan gülməyə qadirdir.
  • Həqiqət axtarışından kənarda keçirilən vaxta mən itirilmiş vaxt kimi baxıram.
  • Həqiqətən yaxşı və müdrik insan hər cür sərvəti gözəl şəkildə daşıyacaq və həmişə şəraitin imkan verdiyi ən nəcib şəkildə hərəkət edəcəkdir.
  • Həqiqəti xilas etmək üçün vəzifə ən yaxın və ən əziz şeydən imtina etməkdən ibarətdir.
  • Həm düşmənlərin, həm də dostların xətrinə dəyirlər, çünki birinciləri incitmək asan, ikinciləri incitmək isə xoşdur.
  • Həm idarə etməyi, həm də tabe olmağı bacarmaq alqışa layiqdir.
  • Həmişə sevməyən sevmir.
  • Hər bir ailə dövlətin bir hissəsidir.
  • Hər bir dövlət quruluşunda vətəndaşın mahiyyəti dəyişir.
  • Hər bir insanın ayrıca, eləcə də hamının birlikdə demək olar ki, məlum məqsədi var və bu məqsədə can ataraq birini seçir, digərindən isə qaçırlar.
  • Hər bir şeydə yalnız gülməli tərəfi görmək adəti ruhun xırdalığını göstərən ən düzgün əlamətdir. Çünki, gülməli şeylər yalnız üzdə olur.
  • Hər bir vətəndaş imkan daxilində öz səylərini öz dövləti üzərində hökmranlıq etmək gücündə olmağa yönəltməlidir.
  • Hər kəs ən çox öz xeyirini, ən az başqalarının xeyirini düşünür.
  • Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
  • Həyat hərəkətli olmağı tələb edir.
  • Həyat hissi həzz verən şeylərə aiddir. Çünki, həyat, təbiətcə xoşbəxtlikdir.
  • Həyatın mənası nədən ibarətdir? Başqalarına xidmət və yaxşılıq etməkdən.
  • Həyatın mənası nəsə qazanmaq yox, nəsə yaratmaqdır.
  • Həyatın üç xətti var ki, diqqəti cəlb edir: həzz həyatı , siyasi həyat və düşüncə həyatı .
  • Hüquq hər şeyin üzərində olmalıdır.
  • Xarakter davranışımızın nəticəsidir.
  • Xeyir əməllər görmək üçün gərək ən əvvəl bu əməllərə malik olasan.
  • Xeyir əməllər sahibi olmaq üçün yerə-göyə hökmdarlıq etməyə ehtiyac yoxdur.
  • Xoşbəxtlik asudə vaxtla bağlıdır.
  • Xoşbəxtlik hər yerdə son məqsədin düzgün müəyyən edilməsindən və bu son məqsədə aparan müvafiq vasitələrin axtarılmasından ibarət iki şərtin yerinə yetirilməsindən asılıdır.
  • Xoşbəxtlik qane olanın tərəfindədir.
  • Xoşbəxtlik üçün çoxlu xeyirxahlar və böyük ömür lazımdır.
  • Xoşbəxtliyi dostlarla bölüşəndə ikiqat xoşbəxt oluruq.
  • İgidlik qorxu ilə cəsarət arasında tərəddüd edən bir keyfiyyətdir.
  • İki şərdən ən kiçiyini seç.
  • İncəsənətin məqsədi əşyaların zahiri görünüşünü deyil, daxili əhəmiyyətini təmsil etməkdir.
  • İnsan arzularının sonu olmadığı üçün, bu arzuları təmin edəcək vasitələrin də son olmamasını istəyərlər.
  • İnsan bütün canlı varlıqların ən ağıllısıdır.
  • İnsan düşünən bir heyvandır, insanları tanıdıqca heyvanlara hörmət edirəm.
  • İnsan iki ilə danışmağı öyrənir, ömrünün qalan hissəsində isə susmağı.
  • İnsan- siyasi heyvandır.
  • İnsan, təbiətcə ictimai varlıqdır.
  • İnsan üçün yaxşılıq- bu, onun öz ruhi bacarığından fəzilətə uyğun istifadə etməsidir.
  • İnsanın ən çox itirdiyi gün gülmədiyi gündür.
  • İnsanın içində olanlar xaricində məna tapır.
  • İnsanlar arasındakı anlaşılmazlıqları həll etmək istəyiriksə, xüdbinliyə son qoymalığıq.[4]
  • İnsanlar bütün hallarda dosta möhtacdırlar. Lakin iki halda daha çox: bolluqda - bir yerdə yeyib kef çəkmək, qıtlıqda - əlbir olub bir-birinə kömək etmək üçün. [5]
  • İnsanları idarə etmək sənəti haqqında düşünən hər kəs əmindir ki, imperiyaların taleyi gənclərin təhsilindən asılıdır.
  • İnsanları üzünə tərifləmək yaltaqlıq əlamətidir.
  • İnsanların hərəkət və əməllərinə yeddi amil təsir edir: şans, təbiət, məcburiyyət, vərdiş, ağıl, istək, ehtiras.
  • İnsanların məhz gülməli vərdişləri həyatı xoş edir və cəmiyyəti birləşdirir.
  • İnsanlığın yalnız bir düşməni var - o da nadanlıqdır. Nadanlığın yalnız bir dərmanı var - o da elmdir.
  • İradənə hakim ol, lakin vicdanına əsir ol.
  • İstedadlı həkimlər insan anatomiyasını dəqiq bilmələrini son dərəcə vacib hesab edirlər.
  • İstənilən ödənişli iş zehni sıxır və korlayır.
  • İşin kiçik bir hissəsini mükəmməl etmək 10 qat pis etməkdən yaxşıdır.
  • İşlər şərəfli və ya şərəfsiz olmur, məqsədinə görə şərəfli və ya şərəfsiz sayılır.
  • Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir.
  • Kasıb da olsa, bağışlamağı bacaran zəngin insandır.
  • Kasıb vaxtlarda və digər həyati çətinliklərdə dost ən yaxşı sığınacaqdır.
  • Kim ki, hansısa sahədə ən böyük biliklərə malikdir, öz predmetinin sübutlu təməllərini göstərməyi də bacarmalıdır.
  • Kişi cəsarətini əmr etməklə, qadınsa itaət etməklə göstərir.
  • Kişidə mərdlik – hakimiyyət, qadında mərdlik – itaət.
  • Komediyanın məqsədi pis, faciənin məqsədi isə yaxşı adamları əks etdirməkdir.
  • Korrupsionerlər qorxudan hörmət edirlər; yaxşı insanlar sevgidən
  • Qadın təbiətən şikəst olan kişidir.
  • Qadınla müqayisədə kişi təbiətcə qadından yaxşıdır, qadın isə kişidən pisdir. Çünki, kişi qadın üzərində hökmranlıq edir, qadın isə ona tabe olur.
  • Qadınlar təbiətcə əksik yaradılmış məxluqlardır. [6]
  • Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvanlardan da təhlükəlidir.
  • Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar.
  • Qəzəb, yaxud hər hansı bir çılğınlıq insana hakim kəsiləndə həmin adamın qərarı hökmən faydasız olur.
  • Qoçaq olmaq, deməli bütün qorxuları uzaq, qoçaqlıq təlqin edənləri isə yaxın hesab etməkdir.
  • Qorxunu şərin gözlənməsi kimi müəyyən edirlər.
  • Qulların bədəni güclü olur. Ona görə də onları müxtəlif işlərdə işlətmək olar. Azad olanların isə belləri bükük olmur və onlar qulların gördüyü işi görə bilmir, amma siyasi fəaliyyət üçün yararlı olurlar...
  • Məhz ən qaranlıq anlarımızda işığı görməyə diqqət yetirməliyik.
  • Məlumlar çoxlarına naməlumdur.
  • Mən ən güclü, ən qüvvətli, ən zəkalı o adamı hesab edirəm ki, o, öz istəklərini idarə etməyi bacarır.
  • Mən nəfsinə qalib gələni düşmənlərinə qalib gələndən daha cəsur hesab edirəm, çünki ən çətin qələbə öz üzərində qələbədir.
  • Mənəvi keyfiyyətlər niyyətdən irəi gəlir.
  • Minnətdarlıq tez köhnəlir.
  • Mövqelərini pul ilə satın alanlar, xərclərini geri almaq üçün yola düşərlər.
  • Musiqi ruhun etik tərəfinə müəyyən təsir göstərə bilər; və musiqinin belə xüsusiyyətləri olduğu üçün, açıqca, gənclər üçün təhsil mövzuları sırasına daxil edilməlidir.
  • Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar.
  • Müdriklik bütün elmlərin ən dəqiqidir.
  • Müəyyən bir xüsusiyyətə malik olmaq istəyirsənsə, həmin xüsusiyyətin tələb olunduğu situasiyalarda artıq o xüsusiyyətə malik bir adam kimi davranmalısan.
  • Müştərək qorxu və təhlükə bir-birinə düşmən olanları belə birləşdirər.
  • Nadanlıq təklikdə qorxulu deyil. O yalnız qürurla birləşdikdə təhlükəli olur.
  • Natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər səmimi bilgi tələb edən bir keyfiyyətdir.[7]
  • Necə etməli ki, şagirdlər müvəffəqiyyət qazansınlar sualına Aristotel cavab verdi: “Geridə qalanı gözləməyib qabaqda gedənə çatsınlar”.
  • Nəcib əməllər etmək üçün quruda, dənizdə hökmranlıq etmək vacib deyil.
  • Nəticənin məqsədi- biz hər hansı bir vəziyyəti müdafiə edəndə ortaya çıxan problemdən nəticə çıxarmağa, ziddiyyətə yol verməməyə kömək edə biləcək metod tapmaqdır.
  • Nəyə görə ata oğulu daha çox sevir, nəinki oğul atanı? Çünki oğul onun əsəridir. Hər kəs öz yaratdığına meylli olur.
  • O dövlət quruluşunda ki, qadınların hüququ tapdalanır, həmin dövlətin yarısı qanunsuzdur.
  • Oh, dostlarım! Dünyada heç bir dost yoxdur!
  • Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir.
  • Öyrənməyin ən mühüm məqsədi necə öyrənəcəyini öyrənməkdir.
  • Öz düşüncələrində ədalətli olmaq əməldə də ədalətli olmaq demək deyil.
  • Özünü tanımaq bütün müdrikliyin başlanğıcıdır.
Praktiki həyat, bəzilərinin düşündüyü kimi, mütləq başqa insanlara yönəldilmir; və praktiki düşüncələrin yalnız baş verənlər naminə fəaliyyət nəticəsində yaranan fikirlər olması belə deyil. Əksinə, öz məqsədinə malik olan və öz mənafeyi üçün həyata keçirilən zehni fəaliyyətlər və düşüncələr daha praktikdir.
  • Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür.[8]
  • Poetik əsərlərdə mümkün olmayanın ehtimal edilməsi, mümkün olanın ehtimal edilməməsindən daha yaxşı hesab edilir.
  • Poeziya özünəməxsus istedadı olan, ya da içində çılğınlıq hissi olan bir insanı tələb edir.
  • Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir.[9]
  • Praktiki həyat, bəzilərinin düşündüyü kimi, mütləq başqa insanlara yönəldilmir; və praktiki düşüncələrin yalnız baş verənlər naminə fəaliyyət nəticəsində yaranan fikirlər olması belə deyil. Əksinə, öz məqsədinə malik olan və öz mənafeyi üçün həyata keçirilən zehni fəaliyyətlər və düşüncələr daha praktikdir.
  • Pul gələcəkdə istədiyimizi əldə edə biləcəyimizə zəmanətdir. Hazırda heç bir şeyə ehtiyacımız olmasa belə, pul yeni istəyimizi ortaya çıxanda təmin edə biləcəyimizə zəmanət verir.
  • Ritmə və musiqiyə qulaq asanda əhval-ruhiyyəmiz dəyişir.
  • Ritorika, hər bir predmetə görə ehtiyatlı olmağın mümkün yollarını tapmaq imkanıdır.
  • Riyaziyyata kral yolu yoxdur.
  • Ruhun dəyanəti heç nə ilə müqayisə edilməyən bir bəxşişdir. Kimdə bu varsa və bu dəyanət böyük inam və ümidlə birləşərsə, o bəxtiyardır.
  • Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz.
  • Savadlı insanla savadsız insan arasındakı fərq, canlı insanla ölü insan arasındakı fərq kimidir.
  • Sevmək - əzab çəkməkdir, sevməmək isə ölmək.
  • Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.
  • Sevmək, yaxşı hesab etdiyin şeyi başqasına da arzulamaq, üstəlik, özün üçün deyil, sevdiyin üçün arzulamaq və bu yaxşılığı ona çatdırmağa mümkün qədər çalışmaq deməkdir.
  • Səadəti məqsədimizdə, arzu və istəklərimizdə deyil, daha çox öz iradə və əzmimizdə axtarmaq lazımdır.
  • Səbr acı olsa da, meyvəsi şirindir.
  • Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.
  • Səxavətli insan lazımi adama lazımi şeyi lazımi vaxtda verəndir.
  • Səxavətli insan özü üçün heç bir xeyir güdmədən başqalarına yaxşılıq etməyə həmişə hazır olan insandır.
  • Sənətin məqsədi şeylərin zahiri görünüşünü deyil, daxili mənasını təmsil etməkdir.
  • Sərxoşluq könüllü dəlilikdir.
  • Sərxoşluğa qurşanan qadın bu münasibətdə öz analarına bənzəyən uşaqlar doğur.
  • Siyasət elmlərin ən yaxşısıdır.
  • Söz dinləməyi bilməyən söz dinlətməyi bilməz.
  • Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.
  • Şərab badəsi ilə dodaq arasında çox şey ola bilər.
  • Şərəf- fəzilətə verilən mükafatdır.
  • Şərəfin boş şey olduğunu düşünənlər üçün bütün başqa şeylər də miskindir.
  • Şöhrətpərəst insanlar şöhrətpərəst olmayanlardan daha çox paxıl olurlar.
  • Şübhə edən adam bağlanmış adam kimidir: bir addım belə irəli gedə bilməz.
  • Tabe olanlar bərabər olmaq üçün üsyan edirlər. Bərabər olanlar üstün olmaq üçün üsyan edirlər.
  • Tam mükəmməliyə çatmış insan bütün heyvanlardan yüksəkdədir. Amma o, qanunlarsız və ədalətsiz yaşayırsa, hamıdan aşağıdadır.
  • Təbiətcə özünə yox, başqasına mənsub olan insan quldur.
  • Təbiətin tamamlaya bilmədiyini sənət tamamlayır. Rəssam bizə təbiətin reallaşmamış məqsədlərini bilmək imkanı verir.
  • Təhsil almaq ən yaxşı pensiya təminatıdır.
  • Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır.
  • Təhsil xoşbəxtlikdə zinət, bədbəxtlikdə sığınacaqdır.
  • Təhsil qocalığın ən yaxşı təminatıdır.
  • Təhsil sağlam bədəndə sağlam düşüncənin yaradılmasıdır.
  • Təhsil üç şeyə ehtiyac duyur: istedad, elm, idman.
  • Təhsilin kökləri acı, meyvələri şirindir.
  • Təkəbbür savadsızlıqdan və tamahkarlıqdan irəli gəlir.
  • Tənqiddən qaçmağın yalnız bir yolu var: heç nə etmə, heç nə demə və heç nə olma.
  • Tərbiyə-xoşbəxtlikdə bəzək, bədbəxtlikdə isə sığınacaqdır.
  • Tərbiyə- qocalıq üçün toplanan ən yaxşı ehtiyatdır.
  • Tərbiyə üç şeyə əsaslanmalıdır: qabiliyyətə, elmə, çalışmağa.
  • Tərifi və qınamanı əməlin məcburi və ya qeyri-məcburi edilməsinə görə edirlər.
  • Təvazökarlıq, utanmazlıqla utancaqlıq arasında orta haldır.
  • Uşaqları yaxşı tərbiyə edənmüəllimlər, onları yetişdirən valideynlərdən daha çox hörmətə layiqdirlər; çünki valideynlər onlara yalnız həyat verdi, müəllimlər isə onlara yaxşı yaşamaq sənəti verdi.
  • Uşağı böyüdüb yaxşı tərbiyə edənlərə onu dünyaya gətirənlərdən yüksək qiymət verilməlidir.
  • Utancaqlıq gəncliyə bəzək, qocalığa isə məzəmmətdir.
  • Uzun sürən fiziki fəaliyyətsizlik kimi insanı məhv edə biləcək heç nə ola bilməz.
  • Ümid kasıbın çörəyidir.
  • Ümid oyanan insanın yuxusudur.
  • Üslubun üstünlüyü aydın olmasındadır.
  • Üzə tərif söyləmək yaltaqlıq əlamətidir.
  • Vərdiş ikinci naturadır.
  • Vicdan yaxşı insanın düzgün məhkəməsidir.
  • Yaddaş ruhun yazıçısıdır.
  • Yaxşı kitab o kitabdır ki, müəllif nə lazım olduğunu söyləyir, nə etməməli olduğunu söyləmir və lazım olduğu kimi danışır.
  • Yaxşı şey korlananda xüsusi pisə çevrilir.
  • Yaxşı yazmaq üçün özünü sadə insanlar kimi ifadə et, amma müdrik adam kimi düşün.
  • Yaxşılıq etmək üçün ona malik olmaq lazımdır.
  • Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.
  • Yaxşılıq haqqında mühakimə yürütmək, hələ yaxşı adam olmaq demək deyildir.
  • Yaxşılıq, sadə; pislik isə çox istiqamətlidir.
  • Yaxşılıq üçün düşüncəli şəkildə özünü qorxmadan təhlükəyə atan insan cəsurdur və cəsurluq məhz budur.
  • Yaramaz adamın vicdanını oyatmaq üçün onu şillələmək lazımdır.
  • Yaşamaq- şeyləri əldə etmək yox, onu etmək deməkdir.
  • Yeganə sabit dövlət bütün insanların qanun qarşısında bərabər olduğu dövlətdir.
  • Yoxsulluq- qəzəb və cinayətlərin mənbəyidir.
  • Yoxsulluqda və digər bədbəxtliklərdə həqiqi dostlar etibarlı sığınacaqdır.
  • Yüksək təfəkkürlü insan insanların düşündüklərindən daha çox həqiqətə əhəmiyyət verməlidir.
  • Zarafat gərginliyi zəiflətməkdir. Çünki, zarafat istirahət etməkdir.
  • Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər.
  • Zülmkarın xüsusiyyəti ürəyi qürurlu və sərbəst olanları rədd etməkdir.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar

[redaktə]

Vikianbarda Aristotel ilə əlaqəli mediafayllar var.

Vikipediyada Aristotel haqqında məqalə var.

  1. Aforizmlər. Bakı, 2013. səh.17
  2. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.77
  3. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.39
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.212
  5. Xəzinə. Bakı, 1997. səh.48
  6. [1] O dahilər qadınları belə təhqir edirdilər.
  7. [2]Heydər Əliyev və nitq mədəniyyəti.
  8. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.84
  9. Aristotel.Poetika. (Poeziya sənəti haqqında. – tərcüməçi Aslan Aslanovdur). Б., «Azərnəşr», 1974, səh. 63