Zelensi qoruğu
Zelensi | |
---|---|
sloven. Zelenci | |
Yerləşməsi | |
46°29′27″ şm. e. 13°44′23″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zelensi - Sloveniyanın ucqar şimal-qərbində təbiət qoruğu. Qoruq Kranska Qora şəhəri yaxınlığında yerləşir. Sava çayının (Dunayın qolu) mənbəyi olan bataqlı-göl ərazisi məhs buradadır. Gölün suyu isə Nadiza bulağı (Nadiža, Tamar) ilə qidalanır. Su dərinliyi 2 metr olan göldən keçir. Yaz və yay aylarında ətraf ərizilər yaşıllığa qərq olur. Ona görə də ərazinin adı Zelensi (yaşıllıq) adlandırılmışdır.
Geologiyası
[redaktə | mənbəni redaktə et]Yuxarı Sava dərəsi buzlaq fəaliyyəti nəticəsində formalaşmışdır. Zelensi ərazisində kütləvi göl çöküntülərinə rast gəlinir. Ehtimal olunur ki, Zelinsi ərazisi qədim Koren gölünün yatağı olmuşdur. Ölçüsü böyük olan bu göl buzlağın geri çəkilməsi nəticəsində meydana gəlmişdir. Göl suyunun səviyyəsi tədricən düşmüş və sonda ancaq kiçik Zelensi mənbəyi qalmışdır. Göl suyunun illik temperaturu 5-6 °C arasında dəyişir. Göldən çıxan su sonradan Blate bataqlığını yaradır. Bataqlığın eni 200 metr, uzunluğu isə 1 km-dir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1992-ci ildə Zelensi ərazisi təbiət qoruğu elan edilmişdir. Geoloji özəllikləri ilə yanaşı bölgədə yetərincə nəsli kəsilməkdə olan heyvan və bitki növləri mövcuddur. Zelensi qoruğunun sahəsi 47 hektardır. Qoruq ərazisində məlumat lövhələri olan cığırlar, müşahidə meydançaları və qüllələri var. Ərazinin əsrarəngiz gözəllikləri rəssam Ladislau Beneşin diqqətini cəlb etmişdir.[1]
İngilis kimyaçısı və fiziki Hemfri Devi XIX əsrdə bölgəni ziyarət etmiş və yazmışdır:« Daha çox məni Zelensi vadisinin gölləri valeh etdi. Mən Avropada belə gözəl bir yer görmədim».[2]
Florası
[redaktə | mənbəni redaktə et]Yazın əvvəlində bitki örtüyü canlanan bu bölgədə əsasən su kənarı bitkilər üstünlük təşkil edir: cil, qızılağac, söyüd. Çiçəkli bitkilərdə yetərincə geniş yayılıb: Üçyarpaq suyoncası ( Menyanthes trifoliata ), Qaymaqçiçəyi ( Batrachium sp ) və s.
Faunası
[redaktə | mənbəni redaktə et]Su hövzələrində farel balığı əsasən gündəcələrlə qidalanır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Decree on Declaration of Zelenci Springs as a Nature Reserve, Official Gazette nos. 53/92, 17/94, Official Gazette of Upper Carniola, no. 32/96 (Odlok o razglasitvi Zelencev za naravni rezervat, Uradni list št. 53/92, 17/94, Uradni vestnik Gorenjske, št. 32/96)
- Sinfo (Jan 2006) ISSN 1854-0805 http://www.ukom.gov.si/fileadmin/ukom.gov.si/pageuploads/Sinfo/2006-januar.pdf Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sinfo" (PDF). Jan 2006. 2016-03-03 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 2008-10-25.
- ↑ Davy, Humphry. 1839. The Collected Works of Sir Humphry Davy, vol. 1. Memoirs of His Life. London: Smith, Elder and Co. Cornhill, p. 389.