Zabot su anbarı
Zabot su anbarı alm. Stausee Soboth | |
Ölkə | Avstriya |
Tikilmə tarixi | 1.990 |
Dəniz səviyyəsi | 1.080 m |
Uzunluğu | 2.000 m |
Eni | 500 m |
Sahəsi | 0,8 k m² |
Dərin yeri | 80 m |
Zabot su anbarı (alm. Stausee Soboth, sloven. Stausee Soboth) — Avstriyada su anbarı. Koralpe SES-in qidalanması üçün 1990-cı ildə Faystris çayı üzərində bənd tikilmiş və su anbarı formalaşmışdır. Su anbarı Koralpe dağ silsiləsində, Zabot kommunasının yaxınlığında yerləşir. Su anbarı Ştiriya və Karinti əyalətlərinin ərəzisinə aid olunur. Zabot su anbarı sloveniya-avstriya sərhəddi yaxınlığında yerləşir. Qrats və Lavamyund şəhərlərini birləşdiriən avtomobil yolu su anbarı yaxınlığından keçir. Su anbarı dəniz səviyyəsindən 1080 metr yüksəklikdə yerləşir. Su anbarının ümumi su toplayıcı sahəsi 29,7 km²-dir. Uzunluğu 2 km, eni isə 500 metrdir. Su səthinin sahəsi 0,8 km², ən dəri yeri isə 80 metrdir.
Yerli təbiəti qoruma qanunlarına görə su anbarı 1 metr dəqiqliklə 15 iyun-31 sentyabr aylarında doldurulmalıdır. Məqsəd həmin aylarda su anbarının turizm baxımdan istifadəsidir. Yay aylarında su anbarı təmiz suyuna görə populyar çimərlik məkanlarından birinə çevrilir[1][2]. Rütubətli iqlimə, böyük yüksəkliyə və təbi şəraitə görə ərazi küknar ağacları ilə əhatələnmişdir.
Koralpe su-elektrik stansiyası
[redaktə | mənbəni redaktə et]Koralpe su-elektrik stansiyası 1987–1991-ci illərdə inşa edilmişdir. Stansiya pasivv maliyələşdirilən formada tikilirdi. 2009–2011-ci illərdə elektrostansiya hidroakkumuliyasiya edici elektrostansiya səviyyəsinə kimi genişləndirilmiş[3][4]. 50 MVt gücündə olan stansiya Drava çayının sahilində yerləşir. Lavamyundadan az aralı yerləşən stansiyanın dəniz səviyyəsindən hündürlüyü 339 metrdir. Su anbarından su elektrikstansiyasına tunnellər yüksək təziqlə düşür. Tünnellərin uzunluqları 3 və 5 km-dir. Boruxətləri arasında olan maksimal hündürlük fərqi 735 metrdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "StauseeSoboth". Holidays in Styria. Tourism portal of Styria. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- ↑ "StauseeSoboth". Marktgemeind Eibswald. Municipality of Eibswald. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- ↑ "KW Koralpe: Upgrading zum Pumpspeicherkraftwerk" (PDF). Kelag. July 2015. 2017-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-05.
- ↑ "Pumpspeicherkraftwerk Feldsee & Pumpspeicherkraftwerk Koralpe". Kelag. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.