Z1
Z1 — alman mühəndisi Konrad Zuse tərəfindən yaradılan bu qurğu ilk məhdud proqramlaşdırılabilən hesablama maşını idi. Verilənlər qurğuya onluq say sistemində, sürüşkən nöqtəli ədədlər şəklində daxil edilirdi və həmin formada çıxışa verilirdi. Komandalar və verilənlər yazı makinası əsasında düzəldilmiş klaviatura vasitəsilə daxil edilirdi, çıxış isə lampalardan qurulmuş kiçik panelə verilirdi. Yaddaş isə növbələnən şüşə qatları və metal lövhələrdən ibarət kondesator vasitəsilə təşkil olunmuşdu. Belə konstruksiya 64 sayda 22-bitlik həqiqi ədədi saxlamağa imkan verirdi; 14 bit mantissaya, 8 bit isə işarəyə və tərtibə ayrılırdı. Prosessor 2 ədəd 22-bitlik registrdən ibarət idi. Takt tezliyi 1 Hz, sürət isə orta hesabla 5 saniyədə 1 vurma əməlinə bərabər idi. Maşın perfokartları oxuyan qurğu ilə təchiz olunmuşdu və gücü 1 kilovatt olan tozsoran vasitəsilə hərəkətə gətirilirdi. Vurma və bölmə vaxtilə Blez Paskalın özünün “Paskalina” (PASCALINE) adı ilə tanınan hesab maşınında (ARITHMETIC MACHINE) istifadə etdiyi təkrar toplama və çıxma prosedurlarının köməyilə yerinə yetirilirdi. Proqramın oxunan komandaları yaddaşa yüklənmədən dərhal icra olunurdu. Z1 etibarlı işləmirdi, çünki onun hissələrinin işi yetərincə dəqiq deyildi. Bu maşın praktik hesablamalarda istifadə olunmayıb. Buna baxmayaraq, Zuse yaratdığı maşının işindən razı idi. Onun sonradan işləyib hazırladığı proqramlaşdırılabilən başqa maşınlar – Z2, Z3, Z4 və s. məhz Z1 maşınına əsaslanırdı. İkinci dünya müharibəsinin gedişində Berlinin bombalanması zamanı Z1 maşınının orijinalı və ona aid bütün sənədlər məhv oldu. Ancaq 1987-1989-cu illərdə Zuse Siemens və beş başqa şirkətin maliyyə dəstəyi ilə Z1 maşınını yenidən qurdu. Bitmiş model 30 komponentdən ibarət idi.
Konrad Zuse Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı. Maşında verilənləri daxil etmək, yaddaş, idarə etmək və xaric etmək üçün ayrıca proqramlar nəzərdə tutulmuşdur. Çusenin maşını hesablama əməliyyatlarını sırf düal məntiq əsasında yerinə yetirirdi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.