Zəncilərin üsyanı
Zəncilərin üsyanı — Abbasilər dövründə IX əsrin birinci yarısında Cənubi Mesopotomiyada baş vermiş silsilə qiyam.
Tarixi
[redaktə | mənbəni redaktə et]Xilafət ərazisində Zincilərdən ən ağır işlərdə (kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər) istifadə edirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu.
Xəlifə əl-Müxtədinin dövründə (868–870), 869-cu ildə Bəsrə bölgəsində zincilərin üsyanı baş verdi. Üsyanın rəhbəri Əli ibn Məhəmməd idi. O, nə zənci, nə də qul idi. Özünü Həzrət Əli ibn Əbutalibin törəməsi kimi qələmə verirdi. Üsyanın yayıldığını görüb özünü Mehdi elan etdi.
Xəlifə yalnız 879-cu ildə üsyanı yatıra bildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Али-заде Эльмира Элмар кызы. Восстание зинджей в Аббасидском халифате (869–883). Баку, 1986.
- "История Востока" (в 6 томах). Т. II "Восток в средние века" — Москва, издательская фирма "Восточная литература" РАН, 2002. ISBN 5-02-018102-1