Zəncəfil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zəncəfil
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zəncəfil (lat. Zingiber)[1]zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.[2]

Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar: aptek zəncəfili (Zingiber officinale), alpiniya zəncəfili və kurkuma zəncəfilləridir.

Göstərilən bu bitkilərin üçü də cənubi Asiyanın rütubətli tropik meşələrində bitir. Bunlardan: aptek zəncəfili Amerikanın münasib iqlimli rayonlarında çoxdan becərilir.

Zəncəfil bitkiləri çoxillik, orta boylu ot bitkiləridir. Hər üçünü də xoşagələn ətirli efirli yağı vardır. Kökümsov gövdələrində efirli yağın miqdarı daha çox olduğu üçün o, xammal kimi işlədilir. Bu bitkilərin efirli yağına xoş ətirli iy verən tərkibindəki seskviterpenlərdir [sineol, zinkiberol, kingerol və s.].

Zəncəfil yeyinti sənayesində ətirli ədviyyə kimi geniş istifadə edilir. Zəncəfilin eyni zamanda müalicəvi əhəmiyyəti də vardır. O, mədənin həzmetmə üzvlərinin fəaliyyətini artırır, mədə - bağırsağın iltihabının və çürüməsinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə - bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri vardır.

Çin və Hind təbabətində zəncəfil

[redaktə | mənbəni redaktə et]

Çində miladdan 500 il əvvəl bitkilər haqqında yazılan bir təbabət kitabında zəncəfildən bəhs edilməsi bu bitkinin çinlilər tərəfindən əsrlərdən bəri istifadə olunduğunu göstərir. Adət ənənələrinə bağlı olan Çin təbabətində çox istifadə olunan zəncəfil, müasir Çin təbabətində də öz yerini mühafizə etməkdədir. Çində dərc olunan gündəlik dərman istifadəsi bələdçisində zəncəfilin müalicədəki istifadəsi bildirilir. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.

Hindistanda zəncəfilin istifadə tarixi 2000 il əvvələ gedib çıxır. Xüsusilə günəş işığında qurudulmamış zəncəfil soyuqdəymə, astma, öskürmə, bağırsaq xəstəlikləri, iştahsızlıq, həzmsizlik və revmatizm xəstəliklərində müalicə məqsədilə istifadə olunur. Bal ilə dadlandırılmış zəncəfil çayı hindlilər tərəfindən öskürüyə və soyuqdəyməyə qarşı içilir.

"Quran"da zəncəfil haqqında belə bir ifadə var:

"Orada qarışığı zəncəfil olan bir kasadan içirərlər."[3]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Quranda adı çəkilən bitkilər Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine  (az.)

Zəncəfil:The Plant List saytında takson barədə məlumat. (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]