Yuri Dud
Yuri Dud | |
---|---|
rus. Юрий Дудь | |
Doğum tarixi | |
Doğum yeri | Potsdam, ADR |
Vətəndaşlığı | Rusiya |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, videobloqqer |
yurij-dud.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Dud (rus. Юрий Дудь; 11 oktyabr 1986, Potsdam) — rusiyalı jurnalist və videobloqqer. Sports.ru nəşrinin baş redaktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yuri Dud 1986-cı il oktyabrın 11-də Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olub.[1] Milliyyətcə ukraynalıdır.[2] 1990-cı ildən Rusiyada yaşayır.[3] 2008-ci ildə MDU-nin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Moskvada yaşayır.
11 yaşında "Yunoşeskaya qazeta" üçün məqalələr yazırdı. 13 yaşında "Seqodnya" qəzetində təcrübə keçib. 14 yaşında "İzvestiya" qəzetində ştatdankənar müxbir işləyib. 2003-cü ildə, 16 yaşında ikən qəzetin ştatlı əməkdaşı olub. 2007-ci ildə "PROsport" jurnalında çalışıb.[4] 2011-ci ildən Sports.ru nəşrinin baş redaktorudur.
"Rossiya-2" kanalında "Başla zərbə" və "Matç TV"də "Turun kultu" verilişlərini aparıb.[5][6]
2011-ci ildə "NTV-Plyus" peyk televiziyasının idman redaksiyasının xüsusi müxbiri və şərhçisi kimi çalışıb.
YouTube-da "vDud" adlı kanalı var. Burada o, tanınmış mədəniyyət, televiziya, internet, biznes və siyasət xadimlərindən müsahibə götürür.[7][8]
2017-ci ilin mayında Vasili Oblomovun "Nesti xernyu" mahnısının klipində öz rolunda çıxış edib.[9]
Mükafatları
[redaktə | mənbəni redaktə et]2016-cı ildə "Turun kultu" proqramından tərəf müqabili olan Yevgeni Savinlə birlikdə "Televizordan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[10]
2017-ci ildə "Ekrandan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ КАКТУС #025. Юрий Дудь про «Зенит-Арену», феминизм, коррупцию и интервью с Путиным, 1:02:58 hissəsindən başlayaraq
- ↑ "Кто такой Юрий Дудь и как журналисту украинского происхождения удается критиковать Путина в России". ru.espreso.tv. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
- ↑ "«Я панк, не мечтающий о бегстве из страны». Гуру спортивной журналистики выступит с лекцией в Екатеринбурге". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
- ↑ "Юрий Дудь: «Я сел с Емельяненко на маты — и если бы меня начали бить, не успел бы убежать»". 2018-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "Юрий Дудь: "Могу только догадываться, почему закрывают "Удар головой"". Советский спорт. 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23.
- ↑ "Юрий Дудь: «Я не работаю на «Матч ТВ» — делаю программу «Культ тура» в другой компании, а канал её покупает»". Sports.ru. 2015-12-15. 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "Юрий Дудь: Из шоу «КультТура» ушел спонсор. Но мы и сами виноваты". 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "Кто такой Юрий Дудь: биография и личная жизнь журналиста". 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "Премьера клипа «Нести херню»: Вася Обломов и Юрий Дудь сняли пародию на российское ТВ". Дождь. 2017-05-18. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
- ↑ "Лицо из ТВ 2016: Евгений Савин и Юрий Дудь". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
- ↑ "GQ. Человек года 2017: Лицо с экрана". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.