Yunan çoban iti
Yunan çoban iti | |||||
---|---|---|---|---|---|
Mənşəyi | |||||
Ölkə | Yunanıstan | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Yunan çoban iti (yun. Ελληνικός Ποιμενικός) — Bu Yunanıstanın dağlıq bölgələrində yetişdirilən və yerli çobanlar tərəfindən mal-qaranı qorumaq üçün istifadə edilən bir it cinsidir.
Görünüşü
[redaktə | mənbəni redaktə et]Yunan çoban itləri orta və böyük cinslər qrupuna aiddir. Güclü inkişaf etmiş əzələli bədənə malikdirlər. Bu köpəklər tək canavarla bacara bilirlər.
Gözlər qəhvəyi, ovaldır və simmetrik olaraq yerləşmişdir. Görünüşü ümumiyyətlə sakit və ciddidir. Sinəsi geniş və dərin olub yaxşı əyilmiş qabırğa ilə, ağciyərləri və ürəyin yerləşməsi üçün kifayət qədər yer verir. Quyruğu qalın və uzundur.
Tükləri orta uzunluqlu və ya uzun olur. Bir az dalğalı, sıx bir kürkü ilə seçilir. Rəng qara, boz və ağ ola bilir. Bununla belə üzərlərində ağ və ya qara ləklər olur. Cins yüksək iş keyfiyyətləri və xüsusi bir xarici görünüş əldə etmək üçün yetişdirilmişdir. Buna görə bir tip rəng və naxışa sahib deyildir[1].
Xarakteri
[redaktə | mənbəni redaktə et]Yunan çoban itləri ilk növbədə bir xidmət itidir. Bu cins böyük dözümlülük və iddiasızlıq ilə fərqlənir. Bu sadiq, cəsarətli və qətiyyətli ilə bir sahibə xidmət edir. Yunan çoban itini güc və qəddarlığa əsaslanaraq tərbiyə etmək çətindir. Ardıcıl təlim və ciddiyyətə ehtiyac duyur. Şübhə, cəsarət və təcavüzkarlıq səbəbiylə Yunan çoban iti digər itlər və insanlarla zəif əlaqə saxlayır. Bu it sakit görünsə də təsərrüfatını nəyin bahasına olursa-olsun müdafiə etməyə tələsməyə hazırdır. Yunan çoban itləri bütün ərazini görə biləcəyi bir yerdə gözətçi durur. Bu cins itləri maksimal dərəcədə erkən zamanlarda sosiallaşdırmaq lazımdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yunan çoban iti
- Yunan çoban itinin standartı Arxivləşdirilib 2015-01-21 at the Wayback Machine (yun.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Greek Sheepdog". 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.