Yonida Maliçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yonida Maliçi
alb. Jonida Maliqi
Yonida Maliçi Avroviziya səhnəsində
Yonida Maliçi Avroviziya səhnəsində
Ümumi məlumatlar
Doğum adı Yonida Maliçi
alb. Jonida Maliqi
Doğum tarixi (42 yaş)
Doğum yeri Tirana, Albaniya
Vətəndaşlığı  Albaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aparıcı
Fəaliyyət illəri 1995–h.h.
Janr
Təhsili
jonidamaliqi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yonida Maliçi (alb. Jonida Maliqi; d. 26 mart 1982, Tirana, Albaniya) — Albaniya müğənnisi və televiziya aparıcısı. O, ifa etdiyi "Ktheju tokës" (azərb. Vətənə qayıdış‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında qələbə qazanmışdır. Həmin mahnı ilə Yonida Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1]

Həyatı və musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Yonida Maliçi 26 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Yonida 13 yaşında ikən "Planeti i fëmijëve" mahnısı ilə Albaniyanın məşhur Festivali i Këngës mahnı yarışmasında iştirak etmiş və musiqi karyerasına başlamışdır. İki il sonra 1997-ci ildə ifaçı yenidən həmin festivala qatılmışdır. 1999-cu ildə isə Yonida festivalda çıxış etdiyi "Do jetoj pa ty" mahnısı ilə ikinci yeri qazanmışdır.

Yonida Maliçi Albaniyanın Romeo və Cülyetta müziklında Cülyetta obrazını canlandırmışdır. O, Albaniyanın Ulduzlarla rəqs yarışmasına aparıcılıq etmişdir. Yonida eyni zamanda The Voice Albania səs yarışmasında münsif kimi iştirak etmişdir.[2]

Yonida Maliçi 2018-ci ilin dekabr ayında Albaniyanın dövlət kanalı olan RTSH-nin təşkil etdiyi 57-ci Festivali i Këngës müsabiqəsində iştirak etmiş və ifa etdiyi "Ktheju tokës" mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq festivalın qalibi seçilmişdir. Müğənni festivaldakı qalibiyyəti ilə birlikdə "Ktheju tokës" mahnısı ilə Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşan Alban immiqrasiyası mövzusuna toxunulur.[3]

Müsabiqə üçün sürən hazırlıqlardan sonra Yonida Maliçi 16 may tarixində baş tutan yarımfinal mərhələsində 14-cü nömrə altında çıxış etmişdir. Nəticədə 96 xalla 10-cu yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Maliçi 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 90 xal toplayaraq, 17-ci yerdə qərarlaşmışdır.

  • Nuk të pres (2005)[4]
  • Jonida Maliqi (2013)
  • 1995: Planeti i fëmijëve
  • 1999: Do jetoj pa ty
  • 2000: Çast
  • 2001: Ik
  • 2002: Ti s'më meriton
  • 2002: Larg teje
  • 2002: Do humbas me ty
  • 2003: Vetëm një natë
  • 2004: Ne të dashuruar
  • 2004: Frikem se më pëlqen
  • 2004: Nuk kam faj që robëroj
  • 2005: Papagalli i dashurisë
  • 2006: Pa identitet
  • 2007: Parfum nate
  • 2007: S'ka fajtor në dashuri
  • 2008: Njëri nga ata
  • 2010: Sot t'i japim fund
  • 2011: Një orë më shumë
  • 2011: Thesar pa emër
  • 2013: Ti
  • 2014: Sonte
  • 2015: Jam bërë si ti
  • 2018: Ktheju tokës
  1. "Albania: Jonida Maliqi to Eurovision 2019". Eurovoix. 22 dekabr 2018. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  2. "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  3. "Albania: Jonida Maliqi wins Festivali i Këngës 57 with "Ktheju tokes"". Wiwibloggs. 22 dekabr 2018. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  4. "Arxivlənmiş surət". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
Əvvəlki:
Euqent Buşpepa
"Mall"
Albaniya Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]