Yem və dəyişdirmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yem və dəyişdirmədələduzluğun növü. Bu, əsasən pərakəndə satışda istifadə edilsə də, digər kontekstlərə də aid edilir. İlk növbədə, müştərilər satıcıların reklam etdiyi aşağı qiymətə olan məhsulları və ya xidmətlərinə görə "yemə düşürlər", lakin onlar mağazaya gələndə ya reklam edilən məhsulların mövcud olmadığını aşkar edirlər, ya da satıcılar müştərilərə oxşar, lakin daha yüksək qiymətə olan məhsullara baxmağa məcbur edirlər. Buna "dəyişdirmə" deyilir.

"Yem və dəyişdirmə" üsulları kommersiya mədəniyyətinin bir hissəsi kimi uzun və geniş bir tarixə malikdir. Məsələn, məsələn, Çin müəllifi Çjan İnyinin təxminən 1617-ci ildə dələduzluq haqqında yazdığı "Dələduzluq haqqında kitab" əsərində bunun bəzi variasiyalarına rast gəlmək olar.[1]

"Yem və dəyişdirmə" İngiltərəUelsdə 2008-ci ildə qəbul edilmiş "İstehlakçıları ədalətsiz ticarət təcrübələrindən qorumaq" haqqında qanun çərçivəsində qadağandır.[2] Bu qanunun pozulması cinayət məsuliyyəti daşıyır. Dələduzluğun bu növü Kanadada Rəqabət haqqında qanuna əsasən qadağandır. "Yem və dəyişdirmə" Avstraliyada 2010-cu ildə qəbul edilmiş "Rəqabət və istehlakçı haqqında akt"a görə qadağandır.[3]

  1. Zhang Yingyu. The Book of Swindles: Selections from a Late Ming Collection. Rea, Christopher; Rusk, Bruce tərəfindən tərcümə olunub. Columbia University Press. 2017. ISBN 978-0-23117-862-4. 2020-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
  2. "The Consumer Protection from Unfair Trading Regulations 2008". Legislation.gov.uk. 5 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2019. (See paragraphs 5 and 6)
  3. "Consumer Law Australia - How is Bait Advertising Illegal?". Brucelegal.com.au. 6 August 2018. 1 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]