Yaponiyanın dövlət quruluşu
Yaponiya | |||||
---|---|---|---|---|---|
日本国 | |||||
| |||||
Himn: (君が代) |
|||||
Tarixi | |||||
• əsası qoyulmuş | III-IV əsrlərdə[1] | ||||
Paytaxt | Tokio | ||||
İmperator | Akixito | ||||
Baş Nazir | Şinzo Abe | ||||
Sahəsi | Dünyada 62-ci | ||||
• Ümumi | 377944 km² | ||||
Əhalisi | |||||
• Əhali | 127.960.000 nəfər (10-cu) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiyanın dövlət quruluşu — 1947-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Dövlət quruluşu
[redaktə | vikimətni redaktə et]Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır[2]. Milli bayram günü olan Yaponiya dövlətinin yaradılması günü fevral ayının 11-də qeyd olunur.
3 may 1947-ci ildə qüvvəyə minmiş Yaponiya Konstitusiyasına görə:
- İmperator xalqın birliyinin və dövlətin rəmzidir, hakimiyyət xalqın əlindədir;
- İcra səlahiyyəti bütövlükdə Parlament qarşısında məsuliyyət daşıyan Nazirlər Kabinetinə aiddir.
İnzibati bölgüsü
[redaktə | vikimətni redaktə et]Todofuken sisteminə görə Yaponiya Tokio paytaxt prefekturasından, Hokkaydo qubernatorluğundan, prefektura statusuna malik Kyoto və Osaka şəhərlərindən və digər 43 prefekturalardan ibarət olan ali dərəcəli 47 inzibati vahidliyə (Hokkaydo, Aomori, İvate, Miyaqi, Akita, Yamaqata, Fukuşima, İbaraki, Toçiqi, Qumma, Saytama, Çiba, Tokio, Kanaqava, Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Qifu, Şidzuoka, Aiçi, Mie, Şiqa, Kyoto, Osaka, Hyeqo, Nara, Vakayama, Tottori, Şimane, Okayama, Hiroşima, Yamaquti, Tokusima, Kaqava, Ehime, Koçi, Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oita, Miyazaki, Kaqoşima və Okinava prefekturaları) bölünür.
Yaponiyanın ərazisi 47 prefekturaya bölünüb:
|
2. Aomori |
8. İbaraki |
15. Niiqata |
24. Mie |
31. Tottori |
|
40. Fukuoka |
Dövlət başçısı
[redaktə | vikimətni redaktə et]1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədi ilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir.
Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (1989-cu ildən Akixitodur) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir.
Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. Bununla yanaşı, İmperator Baş naziri və Ali Məhkəmənin Baş Hakimini təyin edir. Baş nazir əvvəlcə Parlament tərəfindən seçilir və İmperator tərəfindən təsdiq edilir. Baş hakim Nazirlər Kabineti tərəfindən seçilir və daha sonra İmperator tərəfindən təsdiq edilir. İmperatorun qanun və müqavilələri imzalamaq, Parlamentin sessiyalarını çağırmaq və Nazirlər Kabinetinin tövsiyə və icazəsi ilə şərəf nişanı vermək səlahiyyəti vardır[3].
Qanunvericilik hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Yaponiyada qanunvericilik səlahiyyəti dövlətin ən yüksək orqanı sayılan Parlamentə məxsusdur. Parlament (Kokkay) 480 nəfərlik Nümayəndələr Palatası və 242 nəfərdən ibarət Müşavirlər Palatasından ibarətdir.
Nümayəndələr Palatasının üzvləri 4 ildən bir seçilir. Nümayəndələr Palatasının 180 nəfər üzvü 11 milli seçki dairəsindən proporsional qaydada, 300 üzv isə 300 seçki dairəsindən majoritar qayda ilə seçilir.
Müşavirlər Palatasının 242 üzvü 6 il müddətinə seçilir. Bu üzvlərin yarısı üç ildən bir keçirilən seçkilərlə seçilir. 98 nəfər üzv milli seçki dairəsindən proporsional qayda ilə, digər 144 üzv isə majoritar qaydaya əsasən seçilir.
Nümayəndələr və Müşavirlər palatalarının iclasları adi, fövqəladə və xüsusi iclaslar olmaq üzrə üç qrupa ayrılır. Parlamentin adi iclasları hər il dekabr ayında başlayır və 150 gün davam edir. Nümayəndələr Palatasının Nazirlər Kabineti tərəfindən hazırlanan və Parlamentə təqdim edilən büdcə layihəsini əvvəlcədən müzakirə etmək hüququ vardır. Eyni zamanda, Nümayəndələr Palatası Baş naziri seçmək, növbəti Parlament seçkilərini təyin etmək, müqavilələri müzakirə etmək kimi məsələlərdə Müşavirlər Palatası ilə müqayisədə nisbətən üstünlüyə malikdir.
Nümayəndələr Palatasının Kabinetə gizli və ya açıq şəkildə təklif irəli sürmək səlahiyyəti vardır. Bu da Nümayəndələr Palatasının Parlament daxilində ən əhəmiyyətli səlahiyyəti hesab olunur. Müşavirlər Palatası rəsmi olaraq gizli şəkildə təklif vermək səlahiyyətinə malik deyildir.
25 yaşına çatmış Yaponiya vətəndaşları Nümayəndələr Palatasına, 30 yaşına çatan şəxslər isə Müşavirlər Palatasına seçilə bilər. Yaponiyada 20 yaşına çatmış bütün vətəndaşlar səsvermə hüququna malikdir.
Konstitusiyaya düzəliş etmək üçün, onun lehinə Konqresin hər iki palatasının üzvlərinin 2/3 hissəsi səs verməlidir və xüsusi referendumun əksər elektoratı tərəfindən bu düzəliş təqdir edilməlidir.
İcra Hakimiyyəti
[redaktə | vikimətni redaktə et]İcra etmə səlahiyyəti Baş nazirin rəhbərlik etdiyi və Parlament qarşısında məsuliyyət daşıyan Kabinetə verilmişdir. Parlament üzvü olan və Parlament tərəfindən müəyyən edilən Baş nazir mülki və böyük əksəriyyəti Parlament üzvləri arasından olmaqla dövlət nazirlərini təyin etmək və vəzifədən azad etmək səlahiyyətinə malikdir. Hökumətə etimad təklifini rədd etdiyi və ya etimadsızlıq təklifini qəbul etdiyi hallarda, Nümayəndələr Palatası 10 gün ərzində buraxılmamışsa, Kabinet istefa etməlidir.
Məhkəmə hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Yaponiyada namizədliyi Kabinet tərəfindən irəli sürülən və İmperator tərəfindən təyin edilən ali hakim istisna olmaqla, 15 üzvü Kabinet tərəfindən təyin olunan Ali Məhkəmədir. Bir dəfə təyin olunan hakimlər vəzifələrini qanunla müəyyən edilən pensiya yaşına qədər icra edirlər, lakin onlar öz peşəkarlıqlarını təsdiq etmək üçün hər on ildən bir keçirilən referendumlarda iştirak etməlidirlər.
Ali Məhkəmə digər məhkəmələrin fəaliyyətinə nəzarət edir və işlərə yenidən baxmaq hüququna malikdir. Qanunların konstitusiyaya uyğun olmasını müəyyən edən Ali Məhkəmənin hakimiyyəti, əslində bir çox hallarda məhdudlaşır, belə ki, yaponlar sərbəst disputlara və danışıqlara üstünlük verirlər.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Qanunlar;
- (yap.) Конституция Великой Японской Империи // Национальная парламентская библиотека Японии
- (yap.) Конституция Японии // Национальная парламентская библиотека Японии
- (yap.) "Законы Японии" Arxivləşdirilib 2014-05-28 at the Wayback Machine // База данных Министерства внутренних дел и коммуникаций.
- (yap.) № 3 от 16 января 1947 года "Об Императорском доме" // Законы Японии Arxivləşdirilib 2012-06-04 at the Wayback Machine
- (yap.) № 5 от 16 января 1947 года "О Кабинете министров" // Законы Японии Arxivləşdirilib 2010-04-25 at the Wayback Machine
- (yap.) № 59 от 16 апреля 1947 года "О судах" // Законы Японии Arxivləşdirilib 2012-05-30 at the Wayback Machine
- (yap.) № 67 от 17 апреля 1947 года "О местном самоуправлении" // Законы Японии Arxivləşdirilib 2005-02-05 at the Wayback Machine
- (yap.) № 79 от 30 апреля 1947 года "О Парламенте" // Законы Японии Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine
- (yap.) № 100 от 15 апреля 1950 года "Об избрании на общественные должности" // Законы Японии Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine
- Политическая система Японии // Энциклопедия Ниппоника: в 26 т. 2-е издание. — Токио: Сёгаккан, 1994–1997.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Мещеряков А. Н., Грачев М. В. История древней Японии. СПб.: Гиперион. 2002. səh. стр. 81, 84.
- ↑ Политическая структура Японии — конституционная монархия[ölü keçid]
- ↑ Конституция Японии Arxivləşdirilib 2015-12-10 at the Wayback Machine // Национальная парламентская библиотека Японии; Конституция Японии Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine // Викитека