Yanvar hadisələri (Litva)
Şərq bloku |
---|
Yanvar hadisələri — 1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə törədilən qırğın.
1991-ci il yanvarında sovet qoşunları Vilnüsdə SSRİ-nin Litvaya müstəqillik verməsini tələb edən dinc nümayişçilərə qarşı tədbirlər həyata keçirmişdir. Baş verən hadisələr nəticəsində 13 nəfər həlak olub[1], 600-ə qədər adam isə yaralanmışdır.
Bu hadisə ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar Litva Baş Prokurorluğu Rusiya hökumətinə Mixail Qorbaçovu dindirmək tələbiylə müraciət etmiş, lakin Rusiya hökuməti bu tələbdən imtina etmişdir. Rusiya etirazını Avropa Şurasının "Cinayət işlərində qarşılıqlı yardım haqqında" konvensiyasının göstərişi ilə izah etmişdir. Konvensiyaya əsasən, sifariş alan ölkənin suverenliyinə və təhlükəsizliyinə, ictimai asayişə və ya digər maraqlara zərər gətirə bilən yardım göstərilmir[2].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "1991: Bloodshed at Lithuanian TV station". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.
- ↑ RUSİYA LİTVANIN QORBAÇOVLA BAĞLI TƏLƏBİNİ RƏDD ETDİ. Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (az.)