Yanszı deltası
Yanszı deltası (çin. 長江三角洲) — Çinin şərqində, Cənubi Çin dənizi sahillərində, Yanszı çayının əmələ gətirdiyi delta. Deltaya Yansızı çayı il ərzində milyon tonlarla suxur gətirir. Region ərazisi üçbucağı xatırladır. Şanxay, Szyansu vilayətinin cənubu, Sjeszyan vilayətinin isə şimal hissəsini əhatə edir. Regionda U dialekti layılmışdır.
Hazırda Yanszı deltası regionu Çinin iqtisadi baxımdan ən inkişaf etmiş regionudur. Burada ÜDM 21 % cəmləşmişdir. Regionda inşa edilən tikililər sayəsinı 99 600 km² ərazisi olan şəhər aqlomerasiyası meydana gəlmişdir. Yanszı deltası regionunda ümumilikdə 80 liliyon insan yaşayır. Bunun 50 milyonu şəhərlərdə cəmləşmişdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Yanszı deltası rayonu Çin siviliziyasiyasının təşəkkül tapdığı regionlardan biridir. 5000-3000 min il arası b.ə delta regionunda neolit dövrünə aid Maszyaban mədəniyyəti yayılmışdır. Üst neolit dönəmində isə Lyanmju mədəniyyəti hökm sürürdü (3400-2250 il b.e.ə). Bizim eradan əvvəl 334-cü ildə Yanszı deltası Çu çarlığı ərazisinə keçmişdir. 223-ci il b.e.ə Yanszı deltası birləşmiş Tsin sülaləsi imperiyasına birləşdirilmişdir Tan sülaləsi dönəmində Yanszı deltası sıx məskunlaşılmış və kənd təsərrüfatı inkişaf etdirilmişdir. Cənub və şimal sülalələrinin dönəmində Yanszı deltası mədəni və iqtisadi baxımdan Çinin mərkəzinə çevrilir. Bu zaman regionun qədim şəhərləri formalaşır: Suçjou, Nankin, Xançjou, Şaosin.
Yuan sülaləsi və Min sülaləsi dönəmində bölgədə mühün ticarət limanı Lyuszyaqan olur. Ancaq çayın fəaliyyəti nəticəsində liman lillə dolur. Şanxay mühüm dəniz limanına çevrilir.
Əhali
[redaktə | vikimətni redaktə et]Hal-hazırda Yanszı deltası dünyanın ən sıx məskunlaşmış regionudur. Burada dünyanın ən böyük şəhərlərindən olan Şanxay yerləşir. Şanxayda hər km² 2700 nəfər düşür. Əhalinin doğma dili U dialektidir. Bu dialekri bəzən Şanxay çivəsidə belə adlandırırlar.
Yanszı deltasına inkişaf etmiş 20 şəhər daxildir. Bu şəhərlər ümumilikdə üç vilayətə aiddir. 2004-cü il məlumatına görə regionun ÜDM payı 21,6 %[1] olmuşdur. Bölgə əhalisinin ümumi sayı isə 80 milyon nəfərdir.
Şəhərləri
[redaktə | vikimətni redaktə et]Əsas mərkəzlər: Şanxay, Nankin, Xanjou, Suçjou, Ninbo
Syansu regionu: Suçjou, Usi, Nantun, Çanjou, Çjenszyan, Yanjou, Tayçjou.
Çjeszyan vilayəti: Nindo, Şaosin, Szyasin, Xuçjou, Çjouşan, Tayçjou, Szinxua.
Ümumdünya vəhşi təbiət fondu Yanszı deltası regionunu Sakit okeanın ən çirklənmiş yeri olaraq elan etmişdir[2].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Вице-мэр Шанхая: 周禹鹏:加快推进长三角城市群的连带发展 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine People.cn (çin.)
- ↑ "G2 in China: Jonathan Watts on China's greatest river". 2008-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Межпровинциальная туристическая зона создаётся в дельте Янцзы
- Tansızı deltası Çinin ən güçle iqrisadi regionlarından birinə çevriləcək
- PBS.org, Journey to Planet Earth, Yangtze River Delta, China Arxivləşdirilib 2014-07-27 at the Wayback Machine
- WWF - Threat of Pollution in the Yangtze
- Golden Triangle extending to become a parallelogram?
- Constructing the next world megacity: The Yangtze Delta Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine