Yanis Simze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yanis Simze
Doğum tarixi 3 may 1814(1814-05-03)[1], 21 iyun (3 iyul) 1814[2] və ya 3 iyul 1814(1814-07-03)[2]
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1881(1881-10-22)[3][4][…] (67 yaşında) və ya 10 (22) oktyabr 1881[2] (67 yaşında)
Fəaliyyəti orqan ifaçısı[d], bəstəkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yanis Simze (latış. Jānis Cimze‎) — Latviya xor dirijoru, bəstəkar və pedaqoq, Latviya xor musiqisinin banisi.

O, 1814-cü il iyunun 21-də Livoniya əyalətinin Venden rayonunda yerləşən Simze malikanəsində, mülk müdirinin ailəsində anadan olub. İlk təhsilini 1830-cu ildə bitirdiyi Rauna məktəbində alıb. Rauna və Smiltenedə ev müəllimi kimi çalışır, 1833-cü ildən Volmardakı kilsə məktəbində dərs deyir. 1835-ci ilin payızında o, Vaysenfelsdəki müəllim seminariyasına oxumağa göndərilir, İsveçrə və Avstriyadakı xalq məktəblərinin təcrübəsini öyrənir, Valmierada bunların bənzəri olan seminariya qurmağa hazırlaşır. 1838-ci ildə seminariya kurslarını bitirmiş, F. A. Disterveqdən didaktika və riyaziyyat kurslarında əlavə təhsil almışdır.

Elə həmin illərdə o, skripka çalmağı ciddi şəkildə öyrənməyə başlayır, xalq musiqisi məsələləri ilə maraqlanır. Müəllim Lüdviq Erkdən alman folkloru və musiqisini öyrənmişdir.

1839-cu ildən Volmarda, 1853-cü ildən ölümünə qədər isə Valkada müəllimlər seminariyasına rəhbərlik etmişdir. Bu, paroxial məktəblər üçün latviyalı müəllimlər hazırlayan ilk təhsil müəssisəsi idi. Simze seminariyasının Latviya təhsil müəssisəsi sayılmasına və latış xalqı üçün müəllimlər hazırlamasına baxmayaraq, sonradan Atmoda iştirakçıları (o cümlədən K.Baumanis və A.Kronvald) seminariyanın direktorunu milli özünüdərkin olmamasına görə qınayırlar.

Simse əsasən xor ifaçılığı vasitəsilə musiqi qabiliyyətinin inkişafına xüsusi diqqət yetirirdi. Onun təcrübəsi uşaq və xalq xorlarının, xor bayramları ənənəsinin yayılmasının başlanğıcını qoyur. O, 4 səsli kişi və qarışıq xor üçün Latviya xalq melodiyalarının ilk adaptasiyalarının müəllifidir. Simsenin bir çox aranjemanları xorların repertuarında hələ də qorunub saxlanılır.

1872-ci ildən başlayaraq o, bir neçə xalq mahnıları toplusunu nəşr etdirir.

Yanis Simze 10 oktyabr 1881-ci ildə Valkada vəfat edir və ona abidə ucaldıldığı Luqaj icmasının qəbiristanlığında (indiki Simses qəbiristanlığı) dəfn edilir.

Qardaşı - bəstəkar David Simze.

Onun həyat yoldaşı Riqa Böyük gildiyasının nümayəndəsi Luiza Molinin qızıdır. Toy 1849-cu ildə baş tutmuşdur. Bu evlilikdən dörd uşaqları dünyaya gəlir. Qızları Anna, Luiza, Yoanna və yeganə oğlan övladı Emil-Karlis. O, bir neçə həftəlik olarkən ölür. Evləndikdən yeddi il sonra, 1856-cı ildə Luiza dünyasını dəyişir[6].

1932-ci ildə Yanis Simzenin adı Riqada yeni bir küçəyə verilir Valka və Valmierada Y. Simzenin adını daşıyan küçələr də vardır.

2014-cü ildə Yanis Simzenin 200 illik yubileyi Latviyada geniş şəkildə qeyd olunur. 1 aprel 2014-cü il tarixində Sesisdə "Yanis Simze Vidzeme və Avropada" adlı sərgi açıllır və burada qədim sənədlər və fotoşəkillər təqdim olunur.

31 may 2014-cü il tarixində qardaşlaşmış Valka və Valqa şəhərləri Yanis Simzenin 200 illik yubileyinə həsr olunmuş "Simze's Code" adlı birgə beynəlxalq mahnı festivalı keçirmişdir. Festival çərçivəsində eston bəstəkarı Rene Eesperin Simseyə həsr etdiyi “Ante Lucem” oratoriyasının premyerası olur. Ümumilikdə şənlikdə Estoniya və Latviyadan 2000-ə yaxın müğənni iştirak edib.

  1. Deutsche Nationalbibliothek Record #1034859722 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 Педагоги и психологи мира (rus.). 2012.
  3. Bibliothèque nationale de France Jānis Cimze // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Jānis Cimze // Musicalics (fr.).
  5. http://www.vanderkrogt.net/statues/object.php?webpage=CO&record=lv001.
  6. Кетнере, Наталья Денисовна. "200 ЛЕТ ЯНИСУ ЦИМЗЕ". Неделя Огре. eogre.lv. 2014-06-26. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-26.