Yan Kum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yan Kum
ukr. Ян Кум
Doğum tarixi 24 fevral 1976(1976-02-24)[1] (48 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti mühəndis, informatik, proqramçı
Fəaliyyət illəri 2009-cu ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yan Kum (24 fevral 1976[1], Kiyev) — Amerikan sahibkar və proqramçı, WhatsApp"ın yaradıcısı.

Yan Kum 24 fevral 1976-cı ildə Kiyev yaxınlığında kiçik kənddə, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun valideynləri sadə insanlar olub — anası evdar qadın, atası tikintidə sadə iş icraçısı idi. Ailəlikcə 1992-ci ildə Ukraynadakı qeyri-stabil vəziyyət üzündən mühacirət etməyə məcbur olurlar və ABŞ-yə köçməyə qərar verərək, yaşayış üçün Silikon vadisində yerləşən kiçik Kaliforniya şəhəri Mauntin-Vyunu seçirlər.

Emiqrasiyada onlar ciddi məhrumiyyətlərlə rastlaşır. Bu zaman Kumun 16 yaşı var idi. Yoxsulluq həddində olan valideynlərə kömək etmək üçün o, təhsillə paralel olaraq xidmətçi işləməyə başlayır. Ola bilər ki, o zaman Kum hələ bunu anlamırdı, ancaq tale onu ən prespektivli texnologiya startaplarının yaradılması üçün əlverişli bir məkana atmışdı. Məşəqqətli həyat yaşamasına baxmayaraq Kum təhsilə var qüvvəsini verirdi. Gələcək milyarder hələ məktəbdə təhsil aldığı zaman, hər şeydən əvvəl, hesablama şəbəkələri, informasiya texnologiyalar ilə maraqlanırdı. Sonradan o, San-Xose Ştat Universitetinə daxil olur.

Bir gün Kum "Facebook"un əməkdaşı Brayan Ektonla tanış olur. Kumun istedadını görən Ekton onun ən nüfuzlu şirkətlərdən biri olan "Yahoo"ya işə düzəlməsinə kömək edir. Bir müddət sonra o, universiteti atır.

Kum "Yahoo"da internet sənayesini öyrənərək böyük təcrübə qazanır, sonradan "WhatsApp" investoru olacaq insanlarla tanış olur. Öz növbəsində onun Ektonla dostluğu davam edirdi.

Sonradan şirkətdə işlər o qədər də ürəkaçan olmur. Kum hiss edirdi ki, gələcək sosial şəbəkələrlədir, o səbəbdən də "Facebook"a işə düzəlməyə çalışır, lakin rədd cavabı alır.

O, 2009-cu ildə qərara gəlir ki, indi mobil əlavənin yaradılması üçün mükəmməl zamandır. İdeya sadə idi: smartfonların xüsusiyyətlərini nəzərə alan və telefon nömrəsinə bağlanmış ünsiyyət üçün xüsusi proqramı yaratmaq.

Kum layihədə iştirak üçün Brayan Ektonu dəvət edir və investor kimi Sequoia Capital Risk Fondundan Cim Qets seçilir.

İdeyasını gerçəkləşdirir

[redaktə | mənbəni redaktə et]

Bir neçə ay sonra proqram "App Store"da çıxdı, ancaq məşhurluq qazanmadı. Kum ümidsizliyə qapılır. O, hər şeyi atmağa və heç olmasa hər hansı işə düzəlməyə hazır idi, ancaq onu bir az da gözləməyə inandırdılar.

Bu zaman "Apple iOS"da push-xəbərdarlıqlar funksiyasını reallaşdırdı və Kum proqrama onların dəstəyini operativ olaraq əlavə etdi. İndi istifadəçilər öz statusları haqqında əlaqələri bir anda xəbərdar edə bilirdilər. İstifadəçilərin messencerə marağı artdı. O vaxtdan layihənin məşhurluğu virus templəri ilə artmağa başladı: nə qədər istifadəçi meydana çıxırdı, o qədər daha sürətlə abunə bazası artmağa başlayırdı.

"WhatsApp" uzun müddət pulsuz qalmağı bacarmadı, çünki istifadəçilərin sayının artması ilə mesajların çatdırılmasını təsdiqləmək üçün mobil operatorlara daha çox ödəniş etmək lazım gəlirdi. Nəticədə istehsalçılar proqramın yüklənməsini pullu etmək məcburiyyətində qaldılar. Əlbəttə, hətta bir dollar həcmində olan qiymət istifadəçi bazasının artım sürətini azalda bildi, ancaq sonrakı nəticə pis olmadı – "WhatsApp" stabil olaraq artmaqda davam edirdi.

Bir müddət sonra şəkillərin göndərilməsi funksiyası çıxdı, beləliklə xidmət yalnız SMS-i deyil, daha da irəli gedərək MMS-i əvəz etməyə başladı. Hazırda "WhatsApp" mətn mesajları, təsvir, audioyazı və videoçarxlarla mübadilə etməyə imkan verir.

Kum "WhatsApp"ı multiplatformalı proqram etməyi qarşısına məqsəd qoymuşdu. Şirkət "iOS", "Android", "Windows Phone", "BlackBerry", "Nokia S40/Asha" və "Symbian" sahiblərini, yəni hamını praktik olaraq əhatə etdi. "WhatsApp"da hesab edirdilər ki, istənilən istifadəçi əhəmiyyətlidir və ölən platformalar üçün müştərilər yaratmağa tənbəllik etmirdilər, məsələn, "Symbian". "WhatsApp" bu telefonlarında az qala müasir messencerin tək variantı idi. Sonra daha müasir smartfonlar alan "Symbian" istifadəçiləri çoxdan tanış və sevimli məhsulu yükləməyə üstünlük verirdilər.

"WhatsApp" — dünyanın ən populyar mobil messenceri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: WhatsApp

Artıq 2013-cü ilin başlanğıcında bütün dünyadan 200 milyondan çox insan proqramdan fəal istifadə edirdi, bu da "Whatsapp"ı sahənin sözsüz liderinə çevirdi.

Bundan sonra aydın oldu ki, "WhatsApp" ciddi olaraq uzun müddət fəaliyyət göstərəcək, ona görə də istehsalçılar yenidən proqramı yükləmə üçün pulsuz etməyə və abunə sisteminə keçməyə qərar verdilər.

O vaxtdan "WhatsApp"dan istifadə etmək birinci il ərzində pulsuz oldu, sonra ildə 99 sent ödəmək lazım olur. Bu güzəştli qərar xidmətin istifadəçilərinin sayının daha da sürətlə artmasına səbəb oldu.

Daha əvvəl "WhatsApp" üçün ödəniş aparmış istifadəçilər müddətsiz pulsuz abunə imtiyazını əldə etdilər və incik qalmadılar. Artıq "WhatsApp" messencerinin köməyi ilə gündəlik göndərilən mesajların sayı SMS göstəricisini ötüb.

Kumun sözlərinə görə, hazırda mobil messencerin istifadəçiləri gündəlik təxminən 50 milyard mesaj göndərirlər. "WhatsApp" messencerinin aktiv istifadəçilərinin sayı 1 milyardı ötüb ki, nəticədə o, dünyanın ən populyar mobil messenceri adına layiq görülüb.

  1. 1 2 Jan Koum // Munzinger Personen (alm.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]