Xeybər döyüşü
Xeybər döyüşü | |||
---|---|---|---|
Tarix | mart/aprel 628 | ||
Yeri | Xeybər | ||
Nəticəsi | Müsəlmanların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Xeybər döyüşü — (ərəb. غزوة خيبر) Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşdür ki, hicrətin 7-ci ili Məhərrəm ayında başlayıb və Səfər ayında Müsəlmanların qələbəsi ilə nəticələnmişdir. Xeybər yəhudilərinin Mədinədən qovulmuş yəhudilərə sığınacaq vermələri və bir sıra ərəb qəbilələrini müsəlmanların əleyhinə təhrik etmələri müharibəyə səbəb oldu. Bu müharibədə də müsəlmanlar qələbə çaldılar və bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər, amma yəhudilər bu şəhərdə qalmaları üçün peyğəmbərdən xahiş etdilər, o isə əkdikləri məhsulun yarısını müsəlmanlara vermələri şərti ilə buna razılaşdı.
Xeybər ərazisi
[redaktə | mənbəni redaktə et]Xeybər bölgəsi müasir dövrddə Mədinədən 165 km şimalda, Şam yolunun üstündə yerləşir və mərkəzi Şureyf şəhəridir. Dəniz səviyyəsindən 854 m yüksəklikdə olan bu bölgə, bir sıra kənd və yaşıllıq əraziləri əhatə edir ki, o vahəni Xeybər adlandırıblar. Böyük əhali sayına sahib olan Xeybər, geniş vadi və dərələr, su və kənd təsərrüfatı sahələrinə malikdir. Burada istehsal edilən əsas məhsul xurmadır. "Sureyr" və "Qaras" vadisində yaşayan Xeybər sakinlərinin əksəriyyəti Ənəzə qəbiləsindəndir[4].
Döyüşün səbəbləri
[redaktə | mənbəni redaktə et]Hicrətin 4-cü ili, Hz, Peyğəmbərinin Bəni Nadir Yəhudilərini xəyanətlərinə görə Mədinədən qovduqdan sonra, Hüyey ibn Əxtəb, Səllam ibn Əbil Huqəyq və Kənanə ibn Rəbi ibn Əbil Huqəyq kimi bəzi yəhudilər xeybərə getdilər. Növbəti il Məkkəyə getdilər və Qureyşliləri Müsəlmanlara qarşı vuruşmağa təhrik etdilər[5]. Beləliklə, Xeybər yeni yaranan İslam Ümmətinə qarşı təhlükə mərkəzinə çevrildi[6]. Məhəmməd peyğəmbər hicrətinin altıncı ilində, Şaban ayında, Xeybərin ərəb qonşularından biri Bəni Səd ibn Bəkr qəbiləsinin Xeybər Yəhudilərinə kömək üçün toplandığını eşitdikdə Hz. Əlini bir dəstə ilə onlara tərəf göndərdi. Hz. Əlinin hücumu nəticəsində düşmənlər qaçdı və müsəlmanlar qənimət əldə etdilər. Həmçinin, eyni ilin Ramazan ayında da Abdullah ibn Ətiq döyüşündə (səriyyəsində) Səllam ibn Əbil Huqəyq, müsəlmanlara və Hz. Məhəmmədə qarşı bəzi qrupları təhrik etmək ittihamı ilə öldürüldü. Bu vaxt Hz. Məhəməddin əmri ilə Abdullah ibn Rəvaha Xayberə göndərildi və Ona yəhudilərin vəziyyətini araşdırmaq tapşırıldı[7]. Daha sonra xeybər yəhudiləri Useyr ibn Zarmini (və ya Yuseyr ibn Rizamı) özlərinə lider seçdilər və O da, Qətfan tayfası kimi ərəb qəbilələrini Hz. Peyğəmbərlə döyüşmək üçün təhrik etməyə çalışırdı ki, onlarla birlikdə Mədinəyə hücum etsin. Buna görə də Məhəmməd Peyğəmbər hicrətin altıncı ilində, Şəvval ayında Abdullah ibn Rəvahanı yenidən bir qrupla Xeybərə göndərdi və bunun nəticəsində Useyr və bir qrup yəhudi öldürüldü[8]. Bundan əlavə, Bəni Qureyzə yəhudilərinin Mədinədən qovulması, şəhərdə əminamanlığın təmin olunması və Hz. Peyğəmbərlə digər Mədinə yəhudiləri arasındakı razılaşmadan sonra, Bəni Nadir liderlərinin də aralarında yaşadığı Xeybər yəhudiləri Hz.Məhəmməddən qisas almaq istəyirdilər. Onlar müsəlmanlara qarşı birləşmək üçün öz var-dövlətlərini qonşu ərəb qəbilələrinə o cümlədən, güclü qətəfan qəbiləsinə xərcləyirdilər. Bu səbəb kifayət idi ki, Hz. Peyğəmbər Hüdeybiyyə sülhündən az bir müddət sonra Xeybərə hücum etsin[9].
Xeybər qəzvəsinin tarixi
[redaktə | mənbəni redaktə et]Hicrətin yeddinci ili Məhərrəm ayının əvvəlində Xeybərə tərəf hərəkət edən Hz. Məhəmməd, Səfər ayında Xeybəri fəth etdi və Hicrətin yeddinci ili Rəbiüssani ayının ilk günü Mədinəyə qayıtdı[10].
Peyğəmbərin mədinədəki canişini
[redaktə | mənbəni redaktə et]Hz. Peyğəmbər, Səbba ibn Ərəfdə Qəffari və ya Əbuzər Ğəffarini[11] canişini olaraq mədinəyə təyin etdi. Ağ rəngli döyüş bayrağını Hz. Əli ibn Əbu Talibə verdi[12] və onu ordunun əsas dəstəsinin komandiri təyin etdi[13].
Müsəlman ordusunun sayı
[redaktə | mənbəni redaktə et]Tarixi mənbələr Xeybər qəzvəsində iştirak edən müsəlmanların sayını 1400 nəfər[14] və ya Hüdeybiyyə qəzvəsində iştirak edən 1500 nəfər[15] və ya 1540 nəfər[16] olduqları qeyd edir. Bu döyüşdə İslam ordusundan biri Hz. Məhəmmədin həyat yoldaşı Ümmü Sələmə olmaqla iyirmi qadın iştirak etmişdir. Bəni Ğəffarlı bəzi qadınlar da Hz. Peyğəmbərin icazəsi ilə müsəlmanlara kömək etmək və yaralıları müalicə etmək üçün bu müharibəyə qatıldılar[17]. Mədinə yəhudilərindən on nəfər və cəmiyyətdə mövqe sahibi olan bir neçə nəfər də Hz. Peyğəmbərin yanında idi[18].
Xeybər əhalisinin sayı
[redaktə | mənbəni redaktə et]Xeybər əhalisinin döyüşçülərinin sayı şişirdilərək on min[19] və ya iyirmi min[20] nəfər olduğu qeyd olunub. Hz. Məhəmmədin onlara qarşı müharibə aparacaqlarını düşünməyən yəhudilər, yüksək və güclü qalalarına, silahlarına, əhalisinə və daimi su qaynaqlarına güvənərək bir neçə il müqavimət göstərə biləcəklərini düşünürdülər. Mədinədən olan bəzi yəhudilər, Xeybər əhalisi ilə qarşılaşa bilməyəcəklərini və qalalarının öhdəsindən gələ bilməyəcəklərini söyləyərək müsəlmanları qorxudurdular. Hətta Xeybərə -Kənanə ibn əbi Həqiqə- Müsəlmanların saylarının və silahlarının az olduğunu söyləmək üçün birini göndərdilər. Qureyş kafirləri Xeybər xalqının müharibə vəziyyətində müsəlmanlar üzərində qələbə çalacağına ümid edərək, bu mövzuda iddiaya girdilər[21].
Mədinədən Xeybərə kimi İslam ordusunun marşrutu
[redaktə | mənbəni redaktə et]Hz. Peyğəmbər Əşcə qəbiləsindən olan iki bələdçi ilə birlikdə xeybərə tərəf yola düşdü. Hz. Peyğəmbərin Əsr kimi bəzi bölgələrdə düşərgə saldığına görə orada məscid inşa etdirdilər. Hz. Məhəmməd bələdçilərdən birinə Xeybər əhalisinin müttəfiqi olan Ətfan qəbiləsindən kömək ala bilməmələri üçün İslam ordusunu elə bir yolla aparmasını əmr etdi ki, Şam və xeybər yolunu tutsunlar. İslam Peyğəmbəri xeybərə aparan bir neçə yolladan "Mərhəb" yolu adıyla məşhur olan yolu seçdi[22]. İslam ordusunun komandirlərindən olan Abbad ibn Bişr, Əşcə qəbiləsindən olan Yəhudi casuslarından birini tutdu və onu sorğu-sual etdi. O Qətfan qəbiləsinin Xeybər qalalarında olduğunu və yəhudilərlə birləşərək Peyğəmbərlə döyüşmək istədiklərini deyərək, müsəlmanları qorxutmaq istədi. Ancaq Abbadın onu təhdid etməsindən sonra Xeybər yəhudilərinin Müsəlmanların hücumundan çox qorxduqlarını etiraf etdi[23]
Qətfan qəbiləsi Xeybər yəhudiləri ilə əməkdaşlıq etməməsi
[redaktə | mənbəni redaktə et]Qətfan qəbiləsi İslam peyğəmbərinin Xeybərə çatması xəbərini aldıqdan sonra yəhudilərə kömək etmək üçün bir mənzil(düşərgə) getdilər, lakin sonra öz ailələrinə və mallarına görə qorxdular və Xeybər qalalarına çatmadan geri qayıtdılar[24]. Başqa bir rəvayətə görə isə, Xayber müharibəsindən əvvəl Kinanə Qətfan qəbiləsinin yanına getdi və onlara bir illik(başqa bir görüşə görə yaısını) xurma məhsulu verəcəyini vəd edərək, Onları Hz. Peyğəmbərlə döyüşməyə təhrik etdi və bununla da onlarla müttəfiq oldu. Bu hadisədən sonra Qətfanlılar, Üyeynə ibn Hisni lider olaraq seçdilər və Hz. Peyğəmbərin gəlişindən üç gün əvvəl Xeybərə getdilər və Netat (Netah) qalasına girdilər. Hz. Məhəmməd Səd ibn Übadəni Üyeynənin yanına göndərərək Allahın Xeybərin fəth olunacağını bildirdiyini və Qətfanlıların geri dönəcəkləri təqirdə Xeybərin bir illik xurma məhsulunu (başqa bir görüşə görə yaısını) ona verəcəyini bildirdi. Üyeynə bu təklifi qəbul etmədi. Ancaq Müsəlmanların Xeybərə hücumundan bir gecə əvvəl, Qətfalılar, Hayfadakı (Mədinəyə bağlı) qohumlarına və əmlaklarına hücum edildiyi barədə bir xəbər eşitdilər. Buna görə də, Xeybəri tez tərk etdilər[25].
Xeybər yəhudilərinin döyüş strategiyası
[redaktə | mənbəni redaktə et]Digər tərəfdən də Müsəlmanların onlara tərəf gəldiyini bilən Xeybər yəhudiləri ixtilafa düşdülər. Haris ibn Əbuzeynəb adlı bir yəhudi qalanların xaricində qərargah qurmağı və qalalar xaricində müsəlmanlarla döyüşməyi tövsiyə etdi. Ancaq onlar qalaların möhkəm olduğuna güvənərək qalalarda qalmağı seçdilər[26].
İslam ordusunun Xeybərə daxil olması
[redaktə | mənbəni redaktə et]Allah-Taala İslam ordusunun çıxış vaxtını Xeybər əhalisindən gizlətdi. Beləliklə, Hz. Məhəmməd, Şiqq və Netat (Netah) qalalar arasından keçdikdən sonra gecə Xeybərin yaxınlığına çatdılar. Hz. Məhəmməd əvvəlcə bir dua oxudu və müsəlmanlardan onu oxumasını istədi. Daha sonra yollarına davam edərək, Mənzələ bölgəsinə çatdılar. Hz. Peyğəmbər Mənzilədə bir yeri məscid olaraq təyin etdi və orada namaz qıldı və daha sonra həmin her Xeybər məscidi olaraq tanındı. Sübüh vaxtı Hz. Peyğəmbərin bu bölgəyə girməsindən xəbərsiz olan xeybər yəhudiləri qaçıb öz qalalarına sığındılar[27]. Hz. Peyğəmbər səhabələrinə qadın və uşaqları öldürməmələrini əmr etdi[28]. Həmin gün axşamadək Netat (Netah) qalasının əhalisi ilə döyüşdülər. Daha sonra Hz. Peyğəmbər rütubətli və düşmən oxunun çatdığı düşərgələrini Rəciyə adlanan başqa bir bölgəyə daşımalarını əmr etdi. Həmçinin Xeybər xurmalıqlarının bir hissəsini (yəqin müharibə zərurətindən qaynaqlanıb) kəsmələrini əmr etdi[29].
Döyüşün Hesabatı
[redaktə | mənbəni redaktə et]Döyüşün birinci günü müsəlmanlardan əlli nəfər yarlandı. Rəciyə bölgəsində yeddi gün qalan Hz. Məhəmməd hər gününü hər birinin öz bayrağı olan müsəlman qruplar ilə birlikdə yəhudilərlə döyüşərək keçirdi. Altıncı günün axşamı Netat (Netah) bölgəsinin sakinlərindən olan Səmmak adlı yəhudi biri Hz. Peyğəmbərin yanına gəldi və Müsəlmanları qalaya aparmaq şərti ilə aman istədi. O, Yəhudilərin yemək və müxtəlif döyüş alətlərinin olduğu deponun Netat (Netah)qalasında olduğunu və əhalinin qorxaraq qalanı tərk etmək üzrə olduğunu bildirdi. Müsəlmanlar sonrakı gün Netatı (Netah) fəth etdilər və həmin yəhudi daha sonra müsəlman oldu[30].
Naim qalasının fəthi
[redaktə | mənbəni redaktə et]Hz. Peyğəmbərin ilk fəth etdiyi qalanın "Naim qalası" olduğu nəql edilir. Naim qalasının özü bir neçə qaladan ibarət idi. Hz. Peyğəmbər onlara hücum etmək üçün öz səhabələrini döyüşə hazırladı. Yəhudilər müsəlmanları ox yaxışına tutdular və səhabələr özlərini Hz. Peyğəmərə sipər etdilər. Həmin günü Hz. Peyğəmbər öz ağ bayrağını mühacirlərdən iki nəfərə (İbn İshaqın rəvayətində: XəlifəƏbu Bəkr və Ömər) və daha sonra ənsardan bir nəfərə verdi, amma onlar heç bir müvəffəqiyyət qazanmadan geri qayıtdılar. Peyğəmbər buyurdu:"Sabah bayrağı elə bir şəxsə verəcəm ki, Allah və Rəsulu onu sevir və Allah onun əli ilə müsəlmanlara fəthi nəsib edəcəkdir. O heç vaxt (düşmənə arxa çevirib) qaçmaz". Növbəti səhər Hz. Əlinin göz ağrısını möcüzə ilə müalicə etdikdən sonra bayrağı ona verdi[31].
Mərhəbin qardaşı Harisin öldürülməsi
[redaktə | mənbəni redaktə et]Mərhəbin qardaşı Harisin (qalanın lideri) bir qrupla döyüşə girdikdə müsəlmanlar pərakəndə oldular, amma Hz. Əli Harislə döyüşdə qalib gəldi və Harisin dəstəsi qorxaraq qalaya qaçdılar və qapını bağladılar[32]. Bunun üzərinə Mərhəb rəcəz (Döyüş meydanında qarşı tərəfə gözdağı vermək üçün oxunan şeir) oxuyaraq meydana girdi.
Mərhəbin öldürülməsi
[redaktə | mənbəni redaktə et]Bəzi rəvayətlərdə Məhəmməd ibn Məsləmənin Hz. Peyğəmbərdən icazə alaraq Mərhəblə təkbə-tək döyüşə girərək onu oldürdüyü[33] və ya ağır bir şəkildə yaraladığını və Hz. Əlinin də onu öldürdüyü qeyd olunur[34]. Ancaq bir çox rəvayətlərdə Hz. Əli ibn Əbu Talibin təkbə-tək döyüşdə Mərhəbi öldürdüyü və bu hadisədən sonra qalanın fəth edildiyi qeyd olununr[35]. Əhli-Sünnənin görkəmli tarixçilərindən bəzilri ikinci rəvayətin doğru olduğunu qeyd edirlər[36].
Qamus qalasının fəthi
[redaktə | mənbəni redaktə et]Mənbələrdə qeyd olunduğuna görə, Xeybər qalalarının ən böyük və möhkəm qalası Qamus qalası idi. Hz. Peyğəmbər "Mərhəb qalası" kimi də tanınan bu qalanın fəth bayrağını Hz. Əli ibn Əbu Talibə verdi. Hz. Əli Mərhəbi qətlə yetirməklə həmin qalanı fəth etdi [37]. Əbu Rəfi nəql edir: Qala qapısının yanında bir şəxs Hz. Əlini vurdu və zərbənin təsirindən qalxanı əlindən düşdü. Məcburən Qalanın yaxınlığında olan bir qapını götürərək özünə qalxan edərək döyüşə davam etdi və sonda qalanı (Mərhəb qalasını) fəth etdi[38]. Başqa bir rəvayətdə həmin Yəhudi şəxsin Mərhəb olduğu qeyd olunur[39]. Mənbələrdə qeyd olunub ki, döyüşdən sonra həmin qapını qirx və ya yetmiş nəfər qaldıra bildi [40]. Yəhudilərin bu iki Qəhrəmanının (Haris və Mərhəb) və Naim qalasında olan digər pəvləvanlardan bir neçəsini öldürdükdən sonra Xeybərin bütünlüklə fəth edilməsi asanlaşdı[41].
Nətat qalasının fəthi
[redaktə | mənbəni redaktə et]İçərisində qida, məhsul, heyvan və beş yüz nəfər döyüşcu olan Sab ibn Muaz qalası, Nətat qalasında yerləşirdi. Müsəlmanlar on gün ərzində Nətat qalasını mühasirəyə alıb vuruşdular. Müsəlmanların məxsusən Bəni Əsləmin aclığa dözə bilmədiyini görən Hz. Pyğəmbər, Qalardan ən böyük və zəngin olan birinin fəth edilməsini Allahdan istədi. Bundan sonra Sab ibn Məaz qalası iki gün davam edən şiddətli müharibədən sonra üçüncü günün səhərində Allahın lütfü ilə fəth edildi. Bunun ardınca Yəhudilər Nətat və Naim qalalarını da tərk edərək ən hündür və möhkəm olan əz-Zübeyr qalasına sığındılar[42]. əz-Zübeyr qalası da üç gün mühasirə qaldıqdı. Yəhudilərdən biri təslim olaraq Hz. Peyğəmbərdən amannamə aldı. Onun rəhbərliyi altında ağır bir döyüşdən sonra, Müsəlmanlar Nətat qalasının sonuncu qalasını da fəth etdilər[43].
Müsəlmanların rahatlanması və qərargahlarını dəyişməsi
[redaktə | mənbəni redaktə et]Nətat əhalisi Xeybər Yəhudilərinin ən şücaətlisi idi. Bu qalanın fəthindən sonra Hz. Peyğəmbər, yəhudilərin müharibə və basqın etməyəcəyindən arxayın oldu və qərargahın Rəcidən ilk yerə, Mənziləyə köçürməyi əmr etdi. Daha sonra bir neçə qaladan ibarət olan Şiqq qalasını mühasirə etdilər. Ağır bir müharbədən sonra Müsəlmanlar birinci Sumran və daha sonra Nizar qalasını fəth edərək, əhalisini də əsir götürdülər[44].
Yəhudilərin sülh təklifi
[redaktə | mənbəni redaktə et]Nizar, Xeybərin axırıncı qalası idi. Nizarın fəthindən sonra oradan qaçan yəhudilər (Kətibə qalasındakı) daha möhkəm olan Qamus, Vətih və Sulalim qalalarəna sığındılar və qapıları möhkəm bağladılar. Buna görə də Müsəlmanlar mancanaqdan istifadə etməyə qərar verdilər. Ondörd günlük mühasirədən sonra Yəhudilər Hz. Peyğəmbərə sülh təklifi etdilər. Sulalim qalasının lideri olan Kənanə ibn Əbil Həqiq baxmayaraq ki, mahir oxçu idi öz adamlarına ox atmamağı əmr etdi. Az sonra Kənanə və bir neçə yəhudi, Kətibə qalasının əhalisi (iki mindən çox əhalisi vardı) tərəfindən bəzi şərtlər əsasında Hz. Peyğımbər onlarla sülh bağladı. Hz. Peyğəmbər onlara amannamə verdi və onlar da sərvətlərini (qızıllarını, gümüşlərini və zirehlərini) verdilər. Vətih və Sulalim Xeybərin axrıncı qalaları idi ki, fəth olundu. Bu sülh müqaviləsinə görə, qaladakı döyüşçülərin öldürülməməsi və mallarını, torpaqlarını, silahlarını, paltarlarını və silahlarını Hz. Peyğəmbərə təhvil verərək qadınları və uşaqları ilə birlikdə Xeybari tərk etmələri qərara alındı[45].
Xəzinənin tapılması
[redaktə | mənbəni redaktə et]Hz. Peyğəmbər, Kənanə və qardaşının kətibə qalasında gizlətdikləri xəzinəni tapdı. Hz. Peyğəmbər Kinanə və qardaşı belə bir xəzinənin mövcudluğunu inkar etdikləri üçün onları iki müsəlmana təslim etdi ki, qohumlarının qisasını alsın. Həmçinin müqavilənin şərtini pozduqlarına görə, müqavilənin şərtinə uyğun olaraq əmlaklarını qənimət olaraq və ailələrini də əsir götürdü[46].
Hz. Peyğəmbər və səhabələrin Yəhudi qadını tərəfindən zəhərlənməsi
[redaktə | mənbəni redaktə et]Xeybərin fəthindən sonra Zeynəb bint Haris (Səllam ibn Meşkinin həyat yoldaşı) döyüşdə öldürülmüş atasının, əmisinin və həyat yoldaşının intiqamını almaq üçün Hz. Peyğəmbərə zəhərli ət verdi. Hz. Peyğəmbər və Buşr ibn Bəra kimi bəzi səhabələri həmin ətdən bir neçə tikə yedikdən sonra Peyğəmbərin göstərişi ilə həmin ətdən yemədilər. Buşr ibn Bəra həmin an (və ya bir il xəstə yatdıqdan sonra) vəfat etdi. Həmçinin bəziləri Hz. Peyğəmbərin vəfatına həmin zəhərlənməin səbəb olduğunu qeyd edirlər[47].
Statistika
[redaktə | mənbəni redaktə et]İlkin ehtimalların əksinə olarq Xebər yəudiləri məğlub oldu. Bu, yəhudilərin təxminən bir aylıq müharibə və mühasirədən sonra[48] ikinci məğlubiyyəti[49] idi. Bu səbələ hicrətin yeddinci ilini İstiğlab (qələbə) ili adlandırıblar[50]. Xeybər qəzvəsində 15 və ya 18 nəfər Müsəlman şəhid oldu. Yəhudilərdən isə 93 nəfər öldürülmüşdür[51]. Hz. Peyğəmbər və müsəlmanların Xaybərdəki qələbəsi Qureyş və müttəfiqləri olan tayfaların hərbi gücünün azalmasına müsəlmanların hərbi və iqtisadi güclərinin isə artmasına səbəb oldu[52].
Qənimətlər
[redaktə | mənbəni redaktə et]Hz. Məhəmməd Xeybər müharbəsindən əldə olunan qənimətləri (Şiqq, Nətat və Kətibə qalaları) qorunmasını Fərvə ibn Əmr Bəyaziyə tapşırdı və buyurdu kim nə götürübsə geri qaytarsın hətta iynə və ya sap olsa belə. Hz. Məhəmməd Bu qəniməti beş hissəyə böldü. Bir hissəsini Xums olaraq Özü götürdü və ondan bir qismini həyat yoldaşlarına, Əhli-beytinə (Hz. Əli və Hz. Fatimə), Bəni Əbdulmuttəlib ibn Haşim ibn Əbdumənaf və Bəni Əbdulmuttəlib ibn Əbdumənafa, bəzi [[Səhabə|səhabələrə]], yetimlərə və ehtiyaclı ailələrə verdi. Digər dörd hissəni isə satdı[53]. Xeybərin sülh yolu ilə fəth edilən digər qalaları (Vətih və Sulalim kimi) isə Fey olaraq Hz. Peyğəmbərə çatdı[54].
Qənimət alanlar
[redaktə | mənbəni redaktə et]Xeybər qəzvəsindən əldə olunan qənimətlərdən Allahın payı (Xums) ayrıldıqdan sonra Xeybər qəzvəsində iştirak edib-etməməsindan aslı olmayaraq Hüdeybiyyə qəzvəsində iştirak edənlər arasında bölüşdürüldü[55], amma Vaqidiyə[56] görə isə Hüdeybiyyədə iştirak etməyib Xeybər qəzvəsində iştirak edənlərə verildi. Satılan qənimətlərin gəliri də onların arasında paylanıldı. Ümumilikdə 1800 hissə olan paylar, 18 yerə bölündü və hər yüz səhm üçün bir cavabdeh təyin edildi[57]. Hz. Peyğəmbər Xeybərin Fəthindən sonra Əbu Hüreyrə, Tufeyl ibn Əmr və Əşca qəbiləsindən bir qrupla birlikdə gələn Dəvs qəbiləsindən bir qrupa da qənimətdən pay verdi[58]. Hz. Peyğəmbər Yəhudilərə, Kölələrə və bu qəzvədə iştirak edən qadınlara da qənimətdən bir pay verdi və ya bağışladı[59].
Yəhudilərin Xeybərdə əkinçilik etmək istəyi
[redaktə | mənbəni redaktə et]Xeybərin fəthindən sonra İslam Peyğəmbəri, oradakı yəhudilərin istəklərini nəzərə alaraq Xeybər torpağında xurma ağacları əkmələrinə və Bunun müqabilində xurma və kənd təsərrüfatı məhsullarından yarısını da özlərinə götürmələrinə icazə verdi. Hz. Peyğəmbər onlarla bir müqavilə bağlayaraq can, mal və namuslarının amanda olduğunu bildirdi[60].
Fədək bağının Peyğəmbərə verilməsi
[redaktə | mənbəni redaktə et]Xeybərin fəthi və Yəhudilərin təslim olma xəbərini eşidən digər qalalarda və Fədək xurmalığında yaşayan yəhudilər qorxuya düşdülər. İslam ordusunun onların üzərinə də yürüş etmələrindən qorxuya düşərək Hz. Peyğəmbərin yanına nümayəndə göndərərək təsim olduqlarını bildirib sülh müqaviləsi bağladılar. Müqavilənin mahiyyəti bundan ibarət idi ki, Fədək bağlarının məhsulunun və ərazisinin yarısını Hz. Peyğəmbərə verərək burada qalsınlar və həmçinin onların digər kənd və qəsbələrdəki mülkləri də amanda olsun[61].
Peyğəmbərin Səfiyyə ilə evlənməsi
[redaktə | mənbəni redaktə et]Xeybərdə və ya Xeybərdən Mədinəyə qayıdarkən "Səhba" bölgəsində Hz. Peyğəmbər Huyey ibn Əxtab qızı Səfiyyəni İslama dəvət etdi o da İslamı qəbul etdi. Bundan sonra Hz. Peyğəmbər Səfiyyəni azad edərək onunla evləndi[62].
Bəzi ayələrin Xeybər müharibəsinə dair təfsiri
[redaktə | mənbəni redaktə et]Allahın Qurani-Kərimdə müjdələdiyi (فَتْحًا قَرِیبًا -yaxın bir zəfər[63])-in Xeybərin fəthi olduğunu və "مغانم کثیره" çoxlu qənimətdən də məqsədin Xeybər qəzvəsindən əldə olunan gəlir və qənimətlər olduğu qeyd olunur[64]. Bəzi Müfəssirlər Fəth surəsi 1–15-ci ayələri və Əhzab surəsi 27-ci ayəsindəki "…وَأَرْضًا لَّمْ تَطَئُوهَا …"(ayaq basmadığınız yerləri) cümləsinin Xeybər qəzvəsi barəsində olduğunu bildirmişlər[65].
İkinci xəlifənin dövründə Xeybər yəhudilərinin sürgün edilməsi
[redaktə | mənbəni redaktə et]İkinci xəlifə (Ömər) dövründə Xeybər yəhudiləri müsəlmanlardan birinin öldürülməsində iştirak etmiş və bundan əlavə xəlifə Ömər Hz. Peyğəmbərə nisbət veridyi "Ərəbistan yarımadasında iki din bir arada ola bilməz" hədisinə görə, Xeybər əhalisinin də aralarında olduğu Hicaz yəhudiləri Şama sürgün edilmişdir. Xeybər torpaqlarındakı tarla və xurmalıqları yenidən böldü. Bəziləri su və torpaq almağı seçərkən, bəziləri də zəmanətli məhsulu seçdi[66]. Sürgün edilən Xeybər yəhudilərindən bəziləri də İraq və Misirə getdilər[67].
Xeybərin fəthinə dair şeirlər
[redaktə | mənbəni redaktə et]Xaybərin fəthindən sonra Həssan ibn Sabit kimi bəzi şairlər bu qəzvə haqqında şeirlər yazdılar[68].
Həssan ibn Sabitin xeybərin fatehi İmam Əli haqqındakı şeiri:
- "Əli göz xəstəliyindən əziyyət çəkirdi, onu müalicə etmək üçün bir vasitə axtararkən heç nə tapılmamışdır."
- "Allah Rəsulu onu ağzının suyu ilə yaxşılaşdıranadək. Nə mutlu sağaldana və nə mutlu sağalana."
- "Və dedi: Bu gün bayrağı Allahı sevən, çox igid və cəsarətli birinə verəcəyəm."
- "Allah da mən də onu sevirik. Allah onun əliylə açdı möhkəm qalaları."[69]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Məhəmməd İbrahim Ayəti, Tarixe Peyəmbəri İslam, Çap: Əbulqasim Qorci, Tehran, 1366-ş.
- İbn Adəm, Kitabul Xərac, Çap:Əməd Məhəməd Şakir, Qahirə.
- İbn Əbi Şeybə, əl-Musənnəf fil Əhadis vəl asar, Çap:Səid Leham, Beyrut,1989/1409.
- İbn Əsir, Əli ibn Məhəmməd ibn Məhəmməd, Əsədul Ğabətifi Mərifətis Səhabəti, Tədqiq, Əli Məhəmməd Muəvviz və Adil Əhməd Əbdulmövcud, Beyrut, Darul Kutubul Elmiyyə,1415-q.
- İbn Babaveyh, Kitabul Xisal, nəşr, Əli Əkbər Ğəffari, Qum,1362-ş.
- İbn Hayik, Sifətu Cəzirətul Ərəb, Nəşir, Məhəmməd ibn Əli Əkva, Bağdad,1989.
- İbn Həbib, Kitabul Muhəbbər, İlse Lichtenstadter (ایلزه لیشتن اشتتر), Heydərabad, Nər, Ofost, Beyrut,1361/1942,
- İbn Hazm, Cəmhərətul İnsab əl-Ərəb, Beyrut,1403/1983.
- İbn Hordzəbih
- ibn Zəncəveyh, Kitabul Əmval, Nəşr, Şakir Zib Fəyyaz, ər-Riyad,1406,1986.
- ibn səd, Byrut
- İbn Şəhr Aşub, Mənaqib Ali Əbi Talib, Nəcəf,1956.
- İbn fərra, əl-Əhkamus Sultaniyyə, Nəşr, Məhəmməd Həmid Fəqi, Beyrut,1403/1983.
- İbn hişam, əs-Sirətun Nəbəviyyə, Nəşr, Mustafa Səqqa, İbrahim Abyari, Əbdul Həfiz Şələbi, Qahirə,1355/1936.
- Əbureyhan Biruni, əl-asarul Baqiyə.
- Qasib ibn Səlam, Əbu Ubeyd, Kitabul Əmval, Nəşr, Məhəmməd Xəlil Hərras, Beyrut,1408/1988.
- Yəqub ibn İbrahim Əbu Yusif, Kitabul Xərac, Beyrut,1399/1979.
- Əhməd ibn Hənmbəl, Musnədul İmam Əhməd ibn Hənbəl, Beyrut, Dar Sadir.
- Abdullah ibn Əbduləziz Bəkri, Mucəmu ma İstəcəmə min Əsmail Bilad vəl Məvazi, Nəşr, Mistafa
- Səqqa, Beyrut,1403/1983.
- Atiq Biladi, Mucəmul Məalimi əc-Coğrafiyyəti fi əs-Sirətin Nəbəviyyə, Məkkə,1402/1982.
- Atiq Biladi, Mucəmu Məalim əl-Hicaz, Məkkə,1398–1978/1402–1982.
- Əhməd ibn Yəhya Bəlazuri, Ənsabul Əşraf, Nəşr, Məhəmməd Firdovs Əzm, Dəməşq,1966–2000.
- Əhməd ibn Yəhya Bəlazuri, Kitabu Futuhil Buldan, Nəşr, Duxuviyyə, Lidən,1866, Nəşr, Ofost, Frankfurt,1413/1992.
- Əhməd ibn Hüseyn Beyhəqi, Dəlailun Nubuvvə, Nəşr, ƏbdulMuti Qaləci, Beyrut,1405/1985.
- Cavad Əli, əl-Mufəssəl fi Tərixil Ərəbi qabləl İslam, Beyrut,1976–1978.
- Məhəmməd ibn Musa Hazimi Həmədani, əl-Əməkin əv ma İttəfəqə Ləfzuhu və İftəraqa Məsəmməh minəl Əmkinəti, Nəşr, Həmid Casir, ər-Riyad.
- Hafiz Vəhbi, Cəzirətul Ərəb Fi Əl Qərnil İşrin, Qahirə,1375/1956.
- İbrahim ibn İshaq Hərəbi, Kitabul Mənasiq və Əmakin Turqul Həcci və Məalimil Cəzirəti, Nəşr, Həmid Casir, Ər-Riyad, 1401/1981
- Xəlifə ibn Xəyyat, Tərixu Xəlifə ibn Xəyyat, nəşr Mustafa Nəcib Fəvvaz və Hikmət Kəşli Fəvvaz, Beyrut,1415/1995
- Səlam Şafii Mahmud, Husnu Xeybər fi əl-Cahiliyyəti və Əsri ər-Rəsul (s), İsgəndəriyyə,1409/1989
- Əli ibn Səhmudi, Vəfaul Vəfa bi Əxbari Darul Mustafa, nəşr Məhəmməd Muhyiddin Əbdul Həmid, Beyrut 1404/1984
- Məhəmməd ibn Yusif Salihi Şami, Sublul Huda və Ər-Rəşadi fi Sirəti Xayril İbad, nəşr, Adil Əhməd Əbdul Məvcud və Əliməhəmməd Müavviz, Beyrut 1414/1993.
- Səlah Ticani, Ət-Tərtibatu Əl Maliyəti fi Tərixi Ğəzbəti Xeybər: Mutəciuhə və Bəva Usihə, Məcəllətul Muvərrixi Ərəbi, C,1, Nömrə,5, Mart,1997
- Əbdur-Rəzzaq ibn Həmman Sənani, Əl Musənnəf, nəşr, Həbib Ər-Rəhman ƏƏzəmi, Beyrut,1403/1983
- Təbəri, Tarix, Beyrut
- Təbəri, Cami.
- Məhəmməd ibn Həsən Tusi, Nısbahul Mutəhəccid, Beyrut,1411/1991
- Cəfər Murtəza Amuli, Əs-Səhih min Sirəti Ən-Nəbi Əl Əzəm(s), Qum,1385-Ş.
- Harry St John Bridger Philby, Ərzul Ənbiya:Mədain Salih, Tarib Ömər Dirsavi, Beyrut,1962
- Zəkəriyyə ibn Məhəmməd Qəzvini, Asarul Buldan və Əxbarul İbad, Beyrut,1404/1984
- Əhməd ibn Əli Qəl Qəşəndi, Nihayətul Ərb fi Mərifətil Ənsabil Ərəb, Beyrut,1405/1984
- Mucməlu Ət-Təvarixi və Əl Qasasi, Nəşr, Məhəmməd Təqi Bəhar, Tehran:Kəlalə Xavər,1318-ş
- Məsudi, Ət-Tənbih.
- Müslim ibn Xəccac, Əl Camius Səhih, Beyrut, Darul Fikr.
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əl İrşadu fi Mərifəti Hucəcilləhi aləl İbəd, Tərcümə, Əmirxan Bəluki, Təhzib, Qum,1388.ş
- Mufid Məhəmməd ibn Məhəmməd, Əl İrşad, Tərcümə Rəsuli Məhəllati, Çap2, Tehran, İslamiyyə
- Məqdisi.
- Məqrizi, İmtaul Əsma Bima Lin-Nəbiyyi minəl Əhvali və əl-Əmvali və Əl-Həfidəti vəl Mətə, Beyrut, Daru Əl-Kutubu Əl-elmiyyə,1420-q.
- Əhməd ibn Əli Məqrizi, İmtaul Əsma Bima Lin-Nəbiyyi minəl Əhvali və əl-Əmvali və Əl-Həfidəti vəl Mətə, nəşr, Məhəmməd Əbul həmid Nəmisi, Beyrut,1420/1999
- Əli ibn İbrahim Nurəddin Hələbi, Əs-Siratul Hələbiyyə, nəşr, Abdullah Məhəmməd Xəlili, Beyrut,1422/2002.
- Məhəmməd ibn Ömər Vaqidi, Kitabul Məğazi, Nəşr, Marsden Johannes, London,1966, Nəşr, Ofost, Qahirə
- Yaqut Həməvi.
- Yəqubi, Tarix.
- William Montgomery Watt, Muhammad at Madina, Karachi 1981
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.islamstory.com/غزوة-خيبر-1-2 Arxiv surəti 25 oktyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-10-25 at the Wayback Machine
- ↑ 1 2 Lings (1983), p. 264.
- ↑ Lings (1983), p. 255-6.
- ↑ بلادی، ص ۱۷۰-۱۷۱؛ حافظ وهبه، ص ۲۱؛ حربی، ص ۴۱۳ / Biladi, s,170–171; Hafiz VƏhbi, s,21; Hərbi, s,413
- ↑ واقدی، ج ۲، ص ۴۴۱-۴۴۲؛ ابن هشام ، ج ۳، ص ۲۰۱، ۲۲۵؛ بلاذری، ۱۹۹۶-۲۰۰، ج ۱، ص ۴۰۹؛ نیز: صلاح تجانی، ص ۵۶-۵۷، ۹۲؛ / Vaqidi, c,2, s,441–442; İbn Hişam, c,3, s,201,225; Bəlazuri,1996–2000, c,1, s,409; Salah Ticani, s,56–57,92
- ↑ صلاح تجانی، ص ۹۳-۹۴؛ وات، ص ۲۱۲ / Salah Ticani, s,93–94;Wat, s,212
- ↑ واقدی، ج ۲، ص ۵۲۶-۵۶۳؛ ابن هشام، ج ۳، ص ۲۸۶-۲۸۸ / Vaqidi, c,2, s,526–563; İbn Hişam, c,3, s,286–288
- ↑ واقدی، ج ۲، ص ۵۶۶-۵۶۸؛ ابن هشام، ج ۴، ص ۲۶۶-۲۶۷؛ ابن سعد، ج ۲، ص ۹۲؛ وات، ص ۲۱۲، ۲۱۳ / İbn Səd, c,2, s,92; Wat, s,212–213; İbn Hişam, c,4, s,266–267; Vaqidi, c,2, s,566–568
- ↑ وات ص ۲۱۶-۲۱۸ / Wat, s,216–218
- ↑ ابن هشام، ج ۳، ص ۳۴۲، ۳۵۵؛ ابن حبیب، ص ۱۱۵ / İbn Kişam, c,3, s,342,355; İbn Həbib, s,115
- ↑ واقدی، ج ۲، ص ۶۳۶-۶۳۷؛ برخی منابع اشخاص دیگری را نام بردهاند؛ از جمله: ابن هشام، ج ۳، ص ۳۴۲: نمیله بن عبدالله لیثی؛ ابن حبیب، ص ۱۲۷: ابورهم غفاری کلثوم بن حصین / Vaqidi, c,2, s,636–637; bəzi mənbələrdə başqa səhabələrin adı qeyd elunub;məsələn: İbn Hişam, c,3, s,342:Numeylə ibn Abdullah Leysi; İbn Həbib, s,127:Əburəhm Ğəffari, Külsüm ibn Hsin
- ↑ ابن هشام، همانجا؛ قس واقدی، ج ۲، ص ۶۴۹؛ ابن سعد، ج ۲، ص ۱۰۶؛ عاملی، ج ۱۷، ص ۱۵۳-۱۵۴ / İbn Hişam, c,3, s,342; Vaqidi, c,2, s,106; Amuli, c,17, s,153–154
- ↑ ابن اثیر، ج ۳، ص ۴۵ / İbn Əsir, c,3, s,45
- ↑ واقدی، ج ۲، ص ۶۸۹ / Vaqidi, c,2, s,689;
- ↑ ابن زنجویه، ج ۱، ص ۱۹۰ / İbn Zəncəveyh, c,1, s,190
- ↑ بلاذری، ص ۲۸ / Bəlazuri, s,28
- ↑ واقدی، ج ۲، ص ۶۸۵-۶۸۷؛ ابن هشام، ج ۳، ص ۳۵۷ / Vaqidi, c,2, s,685–687; İbn Hişam, c,3, s,375
- ↑ واقدی ج ۲، ص ۶۸۴-۶۸۵ / Vaqidi, c,2, s,684–685
- ↑ واقدی ج ۲، ص ۶۳۴، ۶۴۰ / Vaqidi, c,2, s,634,640
- ↑ یعقوبی، ج ۲، ص ۵۶ /Yəqubi, c,2, s,56
- ↑ واقدی، ج ۲، ص ۶۳۴، ۶۳۷، ۶۴۰-۶۴۱، ۷۰۱-۷۰۳ / Vaqidi, c,2, s,634,637,640–641,701–703
- ↑ ابن هشام، ج ۳، ص ۳۴۴ واقدی، ج، ۲، ص ۶۳۹-۶۴۰؛ / İbn Hişam, c,3, s,344; Vaqidi, c,2, s,639–640
- ↑ واقدی، ج ۲، ص ۶۴۰-۶۴۲ / Vaqidi, c,2, s,640–642
- ↑ ابن هشام، ج ۳، ص ۳۴۴ واقدی، ج ۲، ص ۶۵۰ / İbn Hişam, c,3, s,344; Vaqidi, c,2, s,650
- ↑ واقدی، ج ۲، ص ۶۵۰-۶۵۲ / Vaqidi, c,2, s,650–652
- ↑ واقدی، ج ۲، ص ۶۳۷-۶۳۸ / Vaqidi, c,2, s,637–638
- ↑ بکری، ج۲، ص۵۲۲ابن هشام، ج ۳، ص ۳۴۳-۳۴۴؛واقدی،ج ۲، ص ۶۳۷ / Bəkri, c,2, s,522;İbn Hişam, c,3, s,343–344;Vaqidi, c,2, s,637
- ↑ ابن ابی شیبه، ج ۸، ص ۵۲۶ / İbn əbi Şeybə, c,8, s,526
- ↑ قس عاملی، ج ۱۷، ص۱۳۹-۱۴۱؛ واقدی، ج۲، ص۶۴۳-۶۴۵ / Qis Amuli, c,17, s,139–141;Vaqidi, c,2, s,643–645
- ↑ واقدی، ج ۲، ص ۶۴۴-۶۴۸ / Vaqidi, c,2, s,644–648
- ↑ واقدی،چ ۲، ص۶۴۸-۶۴۹، ۶۵۲-۶۵۴؛ ابن هشام، ج ۳، ص۳۴۹؛ بلاذریف ج ۲، ص۸۶، ۹۲-۹۳؛ ابن حزم، ص۲۱۳ / Vaqidi, c,2, s,648–649,652–654;İbn Hişam, c,3, s,349;Bəlazuri, c,2, s,86,92–93;İbn Hazım, s,213
- ↑ واقدی، ج ۲، ص ۶۵۴ / Vaqidi, c,2, s,654
- ↑ خلیفه بن خیاط، ص ۳۸؛ ابن هشام، ج ۳، ص ۳۴۸ / Xəlifə ibn Xəyyat, s,38; İbn Hişam, c,3, s,348
- ↑ واقدی، ج ۲، ص ۶۵۵-۶۵۶ / Vaqidi, c,2, s,655–656
- ↑ احمد بن حنبل، ج ۴، ص ۵۲؛ مسلم بن حجاج، ج ۵، ص ۱۹۴-۱۹۵؛ طبری، تاریخ، ج ۳، ص ۱۲-۱۳؛ مفید، ج ۲، ص ۱۲-۱۳؛ مفید، ج ۲، ص ۱۲۶-۱۲۷؛ صالحی شامی، ج ۵، ص ۱۲۶-۱۲۷ / Əhməd ibn Hənbəl, c,4, s,52; Mülim ibn Həccac, c,5, s,194–195; Təbəri, Tarix, c,3, s,12–13; Müfid, c,2, s,12–13; Müfid, c,2, s,126–127; Salihi Şami, c,5, s,126–127
- ↑ نور الدین حلبی، ج ۳، ص ۵۵ / Nurəddin Hələbi, c,3, s,55
- ↑ یعقوبی، ج ۲، ص ۵۶؛ بکری، ج ۲، ص ۵۲۲ / Yəqubi, c,2, s,56;Bəkri, c,2, s,522
- ↑ مقدسی، ص ۸۳؛ واقدی، ج ۲، ص ۶۵۵؛ ابن هشام، ج ۳، ص ۳۴۹-۳۵۰ / Məqdisi, s,83;Vaqidi, c,2, s,655;İbn Hişam, c,3, s,349–350
- ↑ مقریزی، ج ۱، ص ۳۱۰ / Məqrizi, c,1, s,310
- ↑ مفید، ج ۲، ص ۱۲۸-۱۲۹؛ بیهقی، ج ۴، ص ۲۱۲؛ ابن شهر آشوب، ج ۲، ص ۷۸، ۱۲۵-۱۲۸؛ عاملی، ج ۱۸، ص ۷-۲۷ / Müfid, c,2, s,128–129;Beyhəqi, c,4, s,212;ibn Şəhr Aşub, c,2, s,78,125–128;Amuli, c,18, s,7–27
- ↑ واقدی، ج ۲، ص ۶۵۴، ۶۵۷-۶۵۸ / Vaqidi, c,2, s,654,657–658
- ↑ ابن هشام، ج ۳، ص ۳۴۵-۳۴۶؛ واقدی، ج ۲، ص ۶۶۲ / İbn Hişam, c,3, s,345–346;Vaqidi, c,2, s,662
- ↑ واقدی، ج ۲، ص ۶۶۶-۶۶۷ / Vaqidi, c,2, s,666–667
- ↑ واقدی، ج ۲، ص ۶۴۸، ۶۶۸ / Vaqidi, c,2, s,648,668
- ↑ بلاذری، ج ۱، ص ۴۲۱ابن هشام، ج ۳، ص ۳۴۷، ۳۵۱-۳۵۲؛واقدی،ج ۲، ص ۶۶۹-۶۷۱
- ↑ واقدی، ج ۲، ص ۶۷۱-۶۷۳؛ قس ابن هشام، ج ۳، ص ۳۵۱؛ بلاذری، ص ۲۳-۲۴ / Vaqidi, c,2, s,671–673;Qas ibn Hişam, c,3, s,351;Bəlazuri, s,23–24
- ↑ واقدی، ج ۲، ص ۶۷۷-۶۷۸؛ ابن هشام، ج ۳، ص ۳۵۲-۳۵۳؛ بلاذری، ج ۱، ص ۶۳۹؛ یعقوبی، ج ۲، ص ۵۶-۵۷ / Vaqidi, c,2, s,677–678;İbn Hişam, c,3, s,352–353;Bəlazuri, c,1, s,639;Yəqubi, c,2, s,56–57;
- ↑ بلاذری، ص ۲۳، قس ص ۲۶: بیست تا سی شب؛ مفید، ج ۱، ص ۱۲۵: بیست شب و اندی / Bəlazuri, s,23, Qas, s,26:iyirmi- otuz gecə;Muufid, c,1, s,125:Yanlız iyirmi gecə
- ↑ واقدی، ج ۲، ص ۶۷۶ / Vaqidi, c,2, s,676
- ↑ مسعودی، ص ۲۵۶ / Məsudi, s,256
- ↑ واقدی، ج ۲، ص ۷۰۰؛ ابن هشام، ج ۳، ص ۳۵۷-۳۵۸؛ ابن سعد، ج ۲، ص ۱۰۷ / Vaqidi, c,2, s,700;İbn Hişam, c,3, s,357–358;İbn Səd, c,2, s,107
- ↑ صلاح تجانی، ص ۶۰-۶۱، ۹۴ / Səlah Ticani, s,60–61,94
- ↑ واقدی، ج ۲، ص ۶۸۰-۶۸۲، ۶۹۰، ۶۹۳-۶۹۶؛ ابن هشام، ج ۳، ص ۳۶۳، ۳۶۵-۳۶۶؛ ابن سعد، ج ۲، ص ۱۰۷-۱۰۸؛ ابن زنجویه، ج ۱، ص ۱۸۷ / Vaqidi, c,2, s,680–682,690,693–696;İbn Hişam, c,3, s,363,365–366;İbn Səd, c,2, s,107–108;İbn Zəcəveyh, c,1, s,187
- ↑ صالحی شامی، ج ۵، ص ۱۴۳؛ واقدی، ج ۲، ص ۶۷۰-۶۷۱؛ ابن فراء، ص ۲۰۰-۲۰۱؛ سهمودی، ج ۴، ص ۱۲۰۹-۱۲۱۰ / Salih Şami, c,5, s,143;Vaqidi, c,2, s,670–671;İbn Fərra, s,200–201;Səhmudi, c,4, s,1209–1210
- ↑ صنعانی، ج ۵، ص ۳۷۲؛ ابن هشام، ج ۳، ص ۳۶۴ / Sənani, c,5, s,372;İbn Hişam, c,3, s,364
- ↑ ج ۲، ص ۶۸۴ / c.2, s,684
- ↑ /ابویوسف، ص ۲۳؛ واقدی، ج ۲، ص ۶۸۹؛ ابن هشام، ج ۳، ص ۳۶۴؛ قس ابن آدم، ص ۳۷-۳۹؛ ابن زنجویه، ج ۱، ص ۱۸۸-۱۹۰؛ بلاذری، ص ۲۶-۲۸؛ درباره نحوه تقسیم سهام و طوایف مسلمانان و سرپرستان آنها: ابن هشام، ج ۳، ص ۳۶۴-۳۶۵؛ بلاذری، ج ۲، ص ۶۸۹-۶۹۰؛ درباره رفتار ابوبکر، عمر و عثمان درباره حق وراث سهام غنایم: واقدی، ج ۲، ص ۶۹۷-۶۹۹ / Əbu Yusif, s,23;Vaqidi, c,2, s,689;İbn Hişam, c,3, s,364;Qas ibn Adəm, s,37–39;İbn Zəncəveyh, c,1, s,188–190;Bəlazuri, s,26–28; Səhmlərin paylnaması və Müsəlman qəbilələri və onların cavabdehləri barədə: İbn Hişam, c,3, s,364–365;Bəlazuri, c,2, s,689–690; Xəlifə Əbu Bəkr, Ömər və Osmanın səhmlərin varislərinin haqqı barəsindəki fikirləri: Vaqidi, c,2, s,697–699
- ↑ واقدی، ج ۲، ص ۶۸۳؛ قس عاملی، ج ۱۸، ص ۹۵-۹۸ / Vaqidi, c,2, s,683;Qas Amuli, c,18, s,95–98
- ↑ واقدی، ج ۲، ص ۶۸۴-۶۸۷؛ ابن هشام، ج ۳، ص ۳۵۶-۳۵۷ / Vaqidi, c,2, s,684–687;İbn Hişam, c,3, s,356–357
- ↑ ابویوسف، ص ۵۰-۵۱؛ صنعانی، ج ۸، ص ۹۹؛ ابن هشام، ج ۲، ص۳۳۷؛ ابوعبید، ص ۹۷-۹۸؛ ابن زنجویه، ج ۳، ص ۱۰۶۶-۱۰۶۸ / Əbu Yusif, s,50–51;Sənani, c,8, s,99;İbn Hişam, c,2, s,337;Əbu Ubeyd, s,97–98;İbn zəcəveyh, c,3, s,1066–1068
- ↑ امتاع الاسماع، ج۱، ص۳۲۵ / Əmtəul Əsma, c,1, s,325
- ↑ واقدی، ج ۲، ص ۶۷۳-۶۷۵؛ ۷۰۷-۷۰۸؛ ابن هشام، ج ۳، ص ۳۵۴ / Vaqidi, c,2, s,673–675,707–708;İbn Hişam, c,3, s,354
- ↑ Fəth, 48/18
- ↑ واقدی، ج۲، ص۶۸۴؛ صنعانی، ج۵، ص۳۷۲؛ بلاذری، ج۱، ص۲۵۴ / Vaqidi, c,2, s,684;Sənani, c,5, s,372;Bəlazuri, c,1, s,254
- ↑ ابن ابی شیبه، ج۸، ص۵۱۹؛ طبری، جامع، ذیل همین آیات / İbn Əbi Şeybə, c,8, s,519;Təbəri Cami, bu ayələrin təfsiri
- ↑ ابویوسف، ص ۸۹، واقدی، ج ۲، ص ۶۵۴، ۶۹۵-۶۹۹یوسف، ص ۸۹. ابن هشام، ج ۳، ص ۳۷۱-۳۷۲؛ بلاذری، ص ۲۳-۲۶ / Əbu Yusif, s,89;Vaqidi, c,2, s,654,695–699,716–721;Yusif, s,89;İban Hişam, c,3, s,371–372;Bəlazuri, s,23–26
- ↑ جوادعلی، ج ۶، ص ۵۲۵ / Cəvad Əli, c,6, s,525
- ↑ واقدی، ج ۲، ص ۷۰۱؛ ابن هشام، ج ۳، ص ۳۵۵-۳۵۶ / Vaqidi, c,2, s,701;İbn Hişam, c,3, s,355–356
- ↑ Mufid, əl-İrşad fi Mərifəti Hucəcullah ələl İbad, s,70