XII Georgi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XII/XIII Georgi
გიორგი XII
Kartli-Kaxeti kralı XII Georgi
Kartli-Kaxeti kralı XII Georgi
1798 – 1800
ƏvvəlkiII İrakli
SonrakıRusiya işğalı
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1746(1746-11-10)
Doğum yeri
Vəfat tarixi 28 dekabr 1800(1800-12-28)[1] (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti monarx, rəhbər
Atası II İrakli
Anası Anna Abaşidze
Uşaqları
Ailəsi Baqrationi[1]
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XII Georgi (10 noyabr 1746, Telavi[1]28 dekabr 1800[1], Tiflis[1]) — cəmi 2 il (12 yanvar, 1798 - 28 dekabr, 1800) hökmdarlıq etmiş Kartli-Kaxetiyanın son kralı .

10.11.1746də Telavidə II İrakliAnna Abaşidzenin ilk övladı olaraq dünyaya gəlmişdi. Böyük qardaşı Vaxtanq Baqartioniın 1756-cı ildə ölümündən sonra vəliəhd elan olunmuşdu. 1766-cı ildə Lori mahalıPəmbək mahalının idarəsi ona tapşırıldı. Qardaşı Levon Baqrationi ilə birlikdə 1777-ci ildə üsyan edan Ksani eristavlığını ələ keçirmişdi.

Atasının ölümündən sonra 12 yanvar 1798-ci ildə çar elan olmuş, I Pavel tərəfindən 22 fevral 1799-cu ildə təsdiq edilmiş, 5 dekabr 1799-cu ildə isə tac qoymuşdu. Atasından fərqli olaraq o çox sevilən və hörmət edilən biri deyildi. Qardaşı Aleksandr Baqrationi onun taxtına iddia edirdi və Dağıstana qaçmışdı. İran şahı Fətəlinin təhdidlərindən çəkinən çar Rusiya ilə daha da yaxınlaşmış və taxtdan əl çəkmək fikrində idi. Onsuz da xəstə olan çarın yerinə kimin gələcəyi haqda indidən əyanlar müzakirə edir biri oğlu Davidi, digəri isə İulonu dəstəkləyirdi. 1799-cu ildə I Paveldən kömək istəyən çar Pyotr Kovalenski başçılığında gələn bölüyü xoş qarşılamışdı. Çar 28 dekabr 1800-cü ildə vəfat etdi.[2] Rusiyanın yeni çarı olan I Aleksandr isə David Baqrationinin çarlığını tanımadı və Şərqi Gürcüstanı işğal etdi.

XII Georgi əvvəlcə Kotevan Andronikaşvili ilə sonra isə Mariam Çistişvili ilə evlənmişdi. Oğulları:

Qızları:

  • Varvara (1769—1801)
  • Sofio (1771—1840)
  • Nino (1772—1847)
  • Salome
  • Ripsime (1776—1847)
  • Qayana (1780—1820)
  • Tamar (1788—1850)
  • Anna (1789—1796)
  • Anna (1800—1850)
  1. 1 2 3 4 5 6 7 გიორგი Giorgi XII King of Kartli and Kakheti ბაგრატიონი aka Bagrationi (8 Oct 1750 - 28 Dec 1800) // WikiTree (ing.). 2005.
  2. Дубровин Николай Федорович. Георгий XII последний царь Грузии и присоединение ее к России. Издательство: Санкт-Петербург, типография департамента уделов, Литейный проспект №39, 1867 год. Оглавление: Глава IX, стр. 163