Vilyam Parsons (lord Ross)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vilyam Parsons
ing. William Parsons, 3rd Earl of Rosse
Doğum tarixi 17 iyun 1800(1800-06-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1867(1867-10-31)[1][2] (67 yaşında)
Elm sahəsi astronomiya
Təhsili
Üzvlüyü
Mükafatları Order of St Patrick Knight of St. Patrick
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Parsons (ing. William Parsons, 3rd Earl of Rosse; 17 iyun 1800[1][2][…], York, Yorkşir[d], Birləşmiş Krallıq[3]31 oktyabr 1867[1][2]) — Britaniya-irland astronomuictimai xadimi. Qraf Ross bir sıra reflektor teleskopların yaradıcısı kimi tanınır. Teleskoplardan ən böyüyü 1845-ci ildə tikilən, XX-ci əsrin əvvəllərinə qədər dünyanın ən böyük teleskopu olaraq qalan 72 düymlük "Leviafan" tekeskopudur.[4] Parsons 1807-ci ildən 1841-ci ilə qədər "Baron Oksmentaun" titulunu daşıyıb.

Yorkda, irland zadəganı Laurens Parsonsun ailəsində anadan olmuşdur.[5] O, Dublin Triniti Kollecində təhsil almış və Oksford Universitetinin Maqdalen kollecini 1822-ci ildə riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1841-ci ildə atasının ölümündən sonra Parsons qraf titulunu almış və Offali qraflığında (İrlandiya) mülkə sahib olmuşdur. 14 aprel 1836-cı ildə Meri Feld ilə ailə qurmuşdu. Bu evlilikdə onların 13 (digər mənbələrə görə — 11) uşağı olmuşdur, lakin onlardan yalnız dördü yetkinlik yaşına qədər sağ qalmışdır:[6]

  • Laurens Parsons, IV-cü qraf Ross (1840–1908);
  • Möhtərəm Randal Parsons (1848–1936);
  • Riçard Kler Parsons (21 fevral 1851–26 yanvar 1923), Cənubi Amerikada dəmir yollarının tikintisi ilə məşğul olmaqla məşhurlaşmışdır;
  • Ser Çarls Algernon Parsons (1854–1931), buxar turbininin ixtiraçısı kimi tanınırdi.

Uilyam Parsons elm ilə yanaşı, siyasi fəaliyyətlə də məşğul olmuşdur: Britaniya Parlamentinin İcmalar Palatasının (1821–1834) və Lordlar Palatasının (1845–1867) üzvü, Dublin Universitetinin Triniti Kollecinin kansleri (1862–1867), London Kral Cəmiyyətinin prezidenti (1848–1854) olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]
Parsonun 6 funtluq "Leviafan" teleskopu

Uilyam Parsons həyatı boyu astronomiyateleskop tikintisi ilə fəal məşğul olmuş, 1824-cü ildən Kral Astronomiya Cəmiyyətinin üzvü olmuşdur. 1840-cı illərdə o, Offali qraflığının Birr sarayında "Leviafan" adını almış güzgü diametri 72 düym (1,83 metr) olan teleskop qurmuşdur. "Leviafan"ın tikintisi 1845–1847-ci illərdə həyata keçirilmişdir. "Leviafan" XX-ci əsrin əvvəllərinə qədər dünyanın ən böyük teleskopu olaraq qalırdı. Lord Rossun teleskopu texnologiya möcüzəsi hesab olunurdu, onun təsvirləri Britaniya İmperiyasında geniş yayılmışdır. Müşahidələr üçün bu teleskopdan istifadə edən Uilyam Parsons çoxlu sayda qalaktikalar barədə kataloqlaşdırma işləri aparmışdır.

Müşahidələri zamanı Parsons bu gün spiral qalaktikalar kimi tanınan bəzi dumanlıqların spiral təbiətini kəşf etmişdir. Xüsusilə o, M51 qalaktikasının sonradan "Messier" adlanan spiral quruluşunu ilk dəfə ortaya qoymuşdur (onun rəsmləri bu qalaktikanın müasir fotoşəkillərini xatırladır).

Parsons 36 düymlük teleskopla müşahidə apararkən Krab Dumanlığını kəşv etmişdir. Parsonsun tədqiqatlarının əsas məqsədlərindən biri də cazibə qüvvəsinin təsiri altında planetlərinulduzların qaz dumanlıqlarından əmələ gəldiyi dumanlıq hipotezini təkzib etmək olmuşdur. Parsons hesab edirdi ki, dumanlıqlar qaz halında yox təbiətcə ulduzdular, lakin teleskopların kifayət qədər gücü olmadığı üçün onların ulduzlardan ibarət olduğunu ayırd etmək hələ mümkün deyildir. Ross və onun həmfikirləri Orion dumanlığının ayrı-ayrı ulduzlardan ibarət olduğuna dair sübut tapa bildiklərini iddia edirdilər, bu da kosmologiyafəlsəfə elmləri üçün əhəmiyyətli nəticələrə səbəb ola bilərdi. Parsonsun bu məsələdə rəqibi Con Herşel idi o, öz müşahidələrinin nəticələrinə əsaslanaraq, Orion dumanlığının "həqiqi" (yəni qaz halında) olduğunu təsdiq edirdi.

Parsons teleskopunun pərəstişkarlarından biri irlandiyalı siyasətçi Tomas Lefroy idi. O deyirdi: "Adi şüşədən bir ulduzdan böyük görünməyən Yupiter planeti gözlə görünən aydan iki dəfə böyük görünür. Teleskopun çəkisi on altı tondur, lakin Lord Ross onu tək idarə edir və iki nəfər teleskopu asanlıqla istənilən hündürlüyə qaldıra bilir".[7]

Uilyam Parsonsun ölümündən sonra oğlu Lourens Parsons atasının müşahidələrini, o cümlədən 226 NGC obyektinin kəşfini "Observations of Nebulae and Clusters of Stars Made With the Six-foot and Three-foot Reflectors at Birr Castle From the Year 1848 up to the Year 1878" (Scientific Transactions of the Royal Dublin Society Vol. II, 1878) kitabında nəşr edilmişdir.[8]

U.Parsons Peterburq Elmlər Akademiyasının xarici üzvü seçimişdir (1852).

Lord Rossun teleskopları

[redaktə | vikimətni redaktə et]

Lord Ross çox sayda əks etdirən teleskoplar qurmuşdur. Onlardan ən məşhurları:

  • 15 düym (38 sm)
  • 24 düym (61 sm)
  • 36 düym (91 sm)
  • 72 düym (180 sm) ("Leviafan")

1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə U.Parsonsun adını vermişdir.

  1. Lundy D. R. William Parsons, 3rd Earl of Rosse // The Peerage (англ.)
  2. Brozović D., Ladan T. William Parsons Rosse // Hrvatska enciklopedija (хорв.) — LZMK, 1999. — 9272 с. — ISBN 978-953-6036-31-8
  3. William Parsons // Dictionary of Irish Biography (англ.) — Royal Irish Academy.
  4. Парсонс Уильям // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
  5. Telescopes: Lord Rosse’s Reflectors. Дата обращения: 10 марта 2014. Архивировано 7 июля 2012 года.
  6. The York Courant, Monday 23rd June 1800; Archives and Local History, York Explore Centre, Museum Street, York YO1 7DS
  7. Hughes, Stefan (2012). Catchers of the Light: The Astrophotographers' Family History. Google Books. p. 1085. ISBN 978-1-62050-961-6.
  8. https://books.google.co.uk/books?id=iZk5OOf7fVYC&pg=PA1085 Архивная копия от 6 апреля 2018 на Wayback Machine.
  9. Lefroy, T. 1871, Memoir of Chief Justice Lefroy, Hodges, Foster & Co., Dublin.
  10. Photos (англ.). Klima-luft.de. Дата обращения: 3 сентября 2012. Архивировано 16 октября 2021 года.
  • Колчинский И.Г., Корсунь А.А., Родригес М.Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп. Киев: Наукова думка. 1986.
  1. 1 2 3 4 Lundy D. R. William Parsons, 3rd Earl of Rosse // The Peerage (ing.).
  2. 1 2 3 4 Brozović D., Ladan T. William Parsons Rosse // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  3. 1 2 Парсонс Уильям // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. "Telescopes: Lord Rosse's Reflectors". 2012-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-10.
  5. The York Courant, Monday 23rd June 1800; Archives and Local History, York Explore Centre, Museum Street, York YO1 7DS
  6. Hughes, Stefan (2012). Catchers of the Light: The Astrophotographers' Family History. Google Books. p. 1085. ISBN 978-1-62050-961-6. https://books.google.co.uk/books?id=iZk5OOf7fVYC&pg=PA1085 Arxivləşdirilib 2018-04-06 at the Wayback Machine.
  7. Lefroy, T. 1871, Memoir of Chief Justice Lefroy, Hodges, Foster & Co., Dublin.
  8. "Photos" (ingilis). Klima-luft.de. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-03.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]