Vikkers pulemyotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vikkers pulemyotu
Tipi pulemyot
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruksiya tarixi 1912
İstehsalçı Vikkers
İstehsal illəri 1912-1968
Xüsusiyyətləri
Ağırlığı 33-50 kq
Uzunluğu
  • 1,12 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vikkers pulemyotu və ya Vikkers silahıBöyük Britaniya Ordusu üçün Vickers Limited şirkəti tərəfindən istehsal edilmiş olan, 303 düymlük (7,7 mm) mərmilər atan su ilə soyudulan lüləsi olan pulemyotdur. Pulemyot üçün 4–6 nəfərlik bir ekipaj lazım idi. Bunlardan biri atəş açır, digəri döyüş sursatı ilə daşıyır, qalanları isə silah daşınarkən kömək edirdilər.

Silah şöhrətini davamlılığı və etibarlılığı sayəsində qazanmışdır. Ian V. Hogg tərəfindən yazılmış olan Silahlar və Müharibə Maşınları (ing. Weapons & War Machines) kitabında 1916-cı ilin avqust ayında Britaniya Ordusunun Pulemyot Korpusunun 100-cü diviziyasının on ədəd Vikkers pulemyotunun 12 saat müddətində fasiləsiz olaraq atəş açdığı yazılmışdır. Bu müddət ərzində silahlardan bir milyon ədəd güllə atılmış və yüz lülə dəyişdirilmişdir. Eyni zamanda da bu müddət ərzində silahlarda heç bir nasazlıq qeydə alınmamışdır. Silahın atış sürəti dəqiqədə 450–600 mərmi arasında olub, effektiv mənzili 740 m təşkil etmişdir.

Vikkers pulemyotunun dizaynı XIX əsrin axırlarında istifadə edilmiş olan çox müvəffəqiyyətli bir silah olan Maksim topundan ilhamlanaraq hazırlanmışdır. Maxim şirkətini satın alan Vikkers, Maxim silahını daha da inkişaf etdirmişdir. Çəkisi azaldılan silahın lüləsi bir qədər də təkmilləşdirilmişdir.

26 noyabr 1912-ci ildə Vikkers İngilis ordusunun standart pulemyotu kimi xidmətə qəbul edilmişdir. Lakin 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı Fransaya gedən BEF (Britaniya Xarici Ekspedisiya Qüvvələri) hələ də Maxim modelli pulemyotlardan istifadə edirdi. Vikkers şirkəti, şirkətə qarşı müharibə fürsətçiliyi təqibi təhdidlərinə cavab olaraq silahın qiymətində böyük endirimlər etmişdir. Müharibənin sonrakı illərində Vikkers MT bütün cəbhələrdə Britaniya ordusunun standart pulemyotuna çevrilmişdir. Lewis pulemyotu yüngül pulemyot kimi təsnif edildikdən sonra, Vickers pulemyotları da ağır pulemyotlar kimi təsnifatlandırılmışdırlar. Sonradan piyada bölmələrindən yığışdırılan bu MT-lər yeni yaradılmış olan Pulemyot Korpusunun istifadəsinə verilmişdir. 0,5" çaplı ştativ və tüfəng çaplı pulemyotların meydana çıxması ilə Vikkers bu dəfə də orta səviyyəli pulemyot olmuşdur. İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq planlar hazırlanarkən Vikkers MT pulemyotları da nəzərdə tutulsalar da, müharibənin sonrakı illərində 7,92 mm-lik Besa pulemyotları (Çex dizaynlı) Britaniya ordusundakı tankların standart pulemyotu olmuşdur. Buna baxmayaraq, Vikkers 30 mart 1968-ci ilə qədər Britaniya Ordusunun xidmətində qalmışdır və onun son istifadə olunduğu məkan Yəmən ərazisində yerləşən Radfan təpələrindəki Ədən böhranı olmuşdur. Bu pulemyotdan sonra Britaniya ordusu L7 pulemyotlarından istifadə etməyə başlamışdır.

Vikkers 1916-cı ildə Britaniya və Fransa döyüş təyyarələri üçün standart silah olmuşdur. Bunlardan bəziləri Sopwith Camel və SPAD XIII təyyarələri idi. Bu silah atəşi dayandırmaq üçün nəzərdə tutulmuş olan xüsusi bir sistem ilə təyyarənin ön hissəsinə bərkidilirdi. Beləliklə də, pulemyotun güllələri təyyarənin pərvanəsinə dəymədən fasilələrlə atılırdı. Bundan əlavə, su ilə soyudulma sistemi çıxarılan silahın başqa bir modelində isə, silah mühərrikə daxil olan hava vasitəsilə soyudulurdu.

İkinci Dünya müharibəsindən əvvəlki illərdə dəyişdirilmiş olan təyyarə texnologiyası ilə silahlar daha əvvəlki kimi təyyarənin mühərrik hissəsinə deyilir, təyyarənin gövdəsinə yerləşdirilirdi. Vickers MT-ləri daha sonralar Browning Model 1919 pulemyotları əvəz etmişdir. Bəzi İngilis bombardmançıları və qırıcıları isə dizayn baxımından çox fərqli olan Vickers K pulemyotu ilə təchiz edilmişdirlər.

Vikkersin daha böyük çaplı modeli olan 0,5"/62 Vickers Pulemyotu Mark III (yarım düym daha geniş) modeli Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmilərində zenit silahı kimi istifadə edilmişdir. Bu tipik dördlü birləşmə (360°) dairəvi və (+80°dən −10°-ə qədər) yüksəklik bucağı altında atəş açmağı bacaran bir silah idi. Güllə kəməri dairəvi formada hərəkət edir və bəslənmə gözündən silaha birləşdirilirdi. Onun güllələrindən hər birinin çəkisi 37 qram idi və atış məsafəsi 1300 m-ə qədər təşkil edirdi.

Xarici ölkə modelləri

[redaktə | mənbəni redaktə et]

Vickers MT kommersiya məqsədləri üçün də böyük miqdarlarda xarici ölkələrə satılmış və bir çox ölkələrin ordularında geniş bir formada istifadə edilmişdir. Misal üçün,

  • 6,5 mm İtaliya
  • 6,5 mm Arisaka
  • 6.5x54R Alman
  • 7x57 Mauzer
  • 7.5x55 İsveçrə
  • 7.62x51 NATO
  • .30–06 Springfield
  • 7.62x54R rus
  • 7.65x53 Mauzer
  • 8 mm Lebel

Vickers MT-lər müasir dövrdə Hindistan, Pakistan və Nepal silahlı qüvvələri tərəfindən ehtiyat silah kimi istifadə olunur.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
.303 düymlük (7.7 mm) güllə IIDS.

Silahın çəkisi 11 ilə 13 kq arasında, quraşdırıldığı ştativin çəkisi isə 18 ilə 23 kq arasında dəyişirdi. Hər birində 250 güllə olan sursat qutusunun bir ədədinin çəkisi isə 10 kq idi. Bundan əlavə, lüləni soyutmaq üçün istifadə olunan sistem 4,3 litr sudan ibarət idi. Sistem lülənin ətrafını dolaşan içində su olan borulardan ibarət idi. Qızdırılaraq buxara çevrilmiş olan su bunun üçün nəzərdə tutulmuş olan xüsusi bir elastik boruda yığılırdı. Ehtiyatda olan borularla əvəzlənən sistemdə soyudulmuş olan su buxarı təkrar-təkrar istifadə oluna bilirdi. Bu, səhra mühitində silah üçün böyük rahatlıq təmin edirdi.

Britaniya ordusu xidmətindəki Vikkers silahlarında əllə doldurulan Lee Enfield tüfəngində istifadə edilmiş olan standart .303 düymlük (7,7 x 56 mm) güllələrdən ibarət olan parça sursat zolaqlarından istifadə edirdi. Bundan əlavə, silahın 12,7 mm-lik çapı olan versiyası zenit silahı kimi istifadə edilmişdir. Xarici ölkələrə isə silahın müxtəlif çaplı modelləri satılmışdır. İkinci Dünya müharibəsinin ilk illərində bəzi İngilis tankları 12,7 mm-lik Vikkers pulemyotları ilə təchiz edilmişdir.

Pulemyotun uzunluğu 1,1 metr idi. Atəş sürəti dəqiqədə 450 mərmidən 600 mərmiyə qədər dəyişirdi. Praktikada saatda 10.000 güllə atacağı gözlənilən silahın lüləsi hər saatda dəyişdirilməli idi. Təlimlər zamanı bu proses 2 dəqiqəlik bir iş idi. Aerodinamik Mark 8 gülləsini atan silahın effektiv məsafəsi 740 m, maksimal mənzili isə 4,1 km olmuşdur.