Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2016

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 29 noyabr 2024, Cümə (İlin 48. həftəsi); bu an saat 09:36 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

10. Həftə
Malurus eleganssərçəkimilər dəstəsinin Maluridae fəsiləsindən quş növü. Köçəri deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsinə endemikdir. Cinsi deformizmin müşahidə olunduğu bu növün erkək fərdləri çoxalma dövründə parlaq gümüşü-göy təpə, qulaq örtüsü və bel lələkləri ilə qırmızı çiyin lələkləri və qara boğaz, boz-qəhvəyi quyruq, qanad ilə soluq alt lələklərdən ibarət diqqətçəkən lələklərə sahibdir. Çoxalma dövründən xaric erkək və dişi fərdlər boz-qəhvəyi lələklərə malik olurlar, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur. Yarimnövləri yoxdur. Malurus lambertiMalurus pulcherrimus növlərinə çox oxşar və yaxından əlaqəlidir, amma yaşadıqları yerlərdə keçid formaları tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. Saylarının azalmasına dair bir neçə məlumat əldə edilmişdir.

Dar dimdikli bir quş olan bu növ cücüləri ovlamaq üçün adaptasiya olmuş növdür və cücüyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və nəm meşələrdə kollarda bəslənir və yaşayır. Malurus cinsinin digər növlərinə xas olan xüsusiyyət kimi bu növün ancaq dişi fərdləri balaların qayğısına qalır. Bu növ üçün digər növlərə nəzərən daha çox köməkçi dişi quş qeydə alınmışdır. Əlaqə üçün bu növ cəh-cəh vurur. Bölgələrini göstərmək üçün oxuyurlar və quşlar digər fərdləri oxumalarından ayırd edə bilir. Erkək fərdlər çoxalma dövründə sarı tac ləçəklərini qopararaq dişilərə təqdim edirlər.

Malurus elegans növü ilk dəfə 1837-ci ildə ornitoloq Con Quld tərəfindən təsnif olunmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
We Can Do It!1943-cü ildə ABŞ-da müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C. Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Hoff adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur.

Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu. Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkillərdən biridir.

Plakatın yenidən tapılmasından sonra, müşahidəçilər çox vaxt plakatı qadın işçiləri ruhlandırmaq üçün müharibə cəhdlərinə qoşulması yönündə işləndiyini iddia edirlər. Lakin müharibə zamanı plakat, yalnız 1943-cü ilin fevralında "Westinghouse"a daxilində istifadə olunmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Pirsinqbədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılmasıdır.

Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqin geyinilməsini məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib.

Əslində pirsinq - invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.

Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb. Conun cəsədi 1980-ci il dekabrın 10-da Qrinburqda, Fernkliff qəbiristanlığında kremasiya olunub və külü Yoko Onoya verilib, o isə öz növbəsində Con üçün dəfn mərasimi keçirməmək qərarını qəbul edib. Lennonun ölümü barəsində geniş ictimaiyyətə ilk məlumatı ABC kanalında "Monday Night Football" verilişinin yayımı zamanı idman jurnalisti Hovard Kosell verib.

Conun qatili Mark Çepmen 24 avqust 1981-ci ildə keçirilmiş məhkəmədə yalnız 20 ildən sonra əfv olunma məsələsinə baxılması şərti ilə ömürlük həbs cəzasına məhkum edilib. 2000-ci ildən başlayaraq Mark Devid Çepmen vaxtından əvvəl şərti olaraq azad olunma hüququna malikdir, lakin onun azad olunması ilə bağlı müxtəlif illərdə keçirilən dinləmələrin hamısı nəticəsiz keçib.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə