Vikipediya:Həftənin seçilmiş məqaləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir

Ana Səhifə, seçilmiş məqalə bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara seçilmiş məqalə qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Məqalənin ana səhifəyə çıxarılması üçün o ya seçilmiş məqalə statusunda ya da həftənin aktual mövzusuna aid olmalıdır.

Həftənin seçilmiş məqaləsi bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.


Qısa keçid yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 25 dekabr 2024, Çərşənbə (İlin 52. həftəsi); bu an saat 16:13 (UTC)
(yenilə)


Seçilmiş məqalə

Nəsrlə yazılmış Milad nəğməsiÇarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır.

(Davamı...)

Növbəti həftənin seçilmiş məqaləsi

Milad — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə "İsanın həqiqət günəşi olması" haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.

(Davamı...)