Vera Açeva
Vera Açeva (mak. Вера Ацева; 24 noyabr 1919, Oreoveç (indiki Prilep), Makedoniya Sosialist Respublikası, Yuqoslaviya SFR – 10 noyabr 2006, Skopye, Makedoniya Respublikası) — Makedoniya əsilli Yuqoslaviya kommunisti, İkinci Dünya Müharibəsi iştirakçısı və Yuqoslaviya Milli Qəhrəmanı.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Maddi çətinliklər üzündən Açeva oxuduğu gimnaziyanın ikinci ilindən təhsilini yarımçıq qoymalı və iş axtarmalı olmuşdur. O, tütün sənayesində işləmişdir.[1]
O, 1940-cı ilin əvvəllərində Yuqoslaviya Kommunist Liqasının üzvü olmuşdur. Həmin ilin sentyabr ayında o, əyalət yığıncağında Yuqoslaviya Kommunist Liqasının Regional Komitəsinə Makedoniyadan üzv seçilmişdir. Vera 1940-cı ilin sentyabrından 1941-ci ilin noyabrına qədər Prilepdə yerli Komitənin Katibi olmuşdur.
Açeva Prilep Partizan Hərəkatının ilk təşkilatçılarından biri idi. O, 1944-cü ilin yanvarında Makedoniya Kommunistlər Liqasının üçüncü və dördüncü ərazi komitəsi üzrə siyasi katib olmuşdur. Açeva 1944-cü ilin avqustunda Makedoniya Milli Azadlıq Hərəkatı Antifaşist Yığıncağının birinci sessiyasında iştirak edərək həmin orqanın rəhbər heyətinə seçilmişdir.[2]
Azadlıq əldə edildikdən sonra Aceva daha çox idarəedici vəzifələrdə olmuşdur. 1948-ci ildə o, Skopye şəhərinin bələdiyyə sədri olmuşdur. 1948-ci ilin iyulunda o, Yuqoslaviya Kommunist Partiyasının Beşinci Konqresində Yuqoslaviya Kommunist Liqasının Mərkəzi Komitəsinə üzv seçilmişdir.[3]
1991-ci ildə o, "Svetozar Vukmanovik - Tempoya məktub" adlı əsərini çap etdirmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Darko Stuparić “Revolucionari i bez funkcija”, “Otokar Keršovani”, Rijeka, 1975, 405 str.
- ↑ "Службен весник на федералната единица Македонија во Демократска и Федеративна Југославија, 1/1945, 47-48 стр" (PDF). 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-07.
- ↑ "Службен весник на Народна Република Македонија, 8/48, 1 стр" (PDF). 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-07.