Velosiped

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müasir velosiped

Velosiped (fr. vélocipèdetez ayaq) — çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipedlə hərəkət etmək mümkün olur.

Tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur.

Hal-hazırda dünayda bir milyarddan çox velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir.

Çexiyadakı Skoda avtomobil muzeyində çəkilmiş velosiped

İlk velosipedin bizim eradan əvvəl yarandığını söyləyən mülahizələr həqiqətə uyğun deyil.

20-ci əsrin əvvəllərində İngiltərənin Plimut şəhərində velosiped

Leonardo da Vinçinin şagirdinə aid edilən velosiped cizgisi də həqiqətə uyğun deyil. Bu rəsmin XX əsrin 70-ci illərində çəkilməsi şübhə olunur. 1791-ci ildə guya Comte de Sivraçın iki təkərli velosipedin ixtira etməsi də təhrif olunmuş informasiyadır.

Kənisçi Artmanovun ixtira etdiyi velosipedlə 1801-ci ildə Uraldan Moskvaya getməsi də müəyən dərəcə də şişirdilmiş hesab olunur. Çünki bu velosipedin konstruksiyasında sonralar ixtira olunmuş elementlər mövcuddur.

Velosipedin müxtəlif vaxtlarda ixtirasına aid çoxlu sayda əfsanəvi informasiyalar vardır. Lakin, məlumdur ki, ilk ikitəkərli velospedi 1817-ci ildə alman professor Karl Drays ixtira edib[1][2]. İki təkərdə sükan və oturacaq nəzərdə tutulmuşdu. Bu ixtira onun şərəfinə "draysine" adlandırılır. O, 1818-ci ildə Drays bu ixtirasına patent alır.

Əzələ ilə işləyən velosipedlər

[redaktə | mənbəni redaktə et]

XVII əsrdə insanlar tərəfindən hərəkət etdirilən arabalar yalnız nümunə kimi tətbiq olunurdu. Ayaqları tutulmuş saatsaz Stefan Farfler ilk dəfə dişli çarxların köməyi ilə əllə hərəkətə gətirilən arabanı düzəldir.

XVIII əsrdə insan əzələsi tərəfindən hərəkət etdirilən dördtəkərli araba düzəldilir. Bu araba pedalla sürülürdü. Buna baxmayaraq ağır çəkili arabanı çəkmək üçün güclü əzələyə ehtiyac yaranırdı.

Bu gün velosipedlərdə ağıllı texnikadan istifadə edilir. Avtomobilmotosikletlərdən fərqli olaraq bu texnika çox sadədir. Ancaq onların işləmə prinsipi fiziki baxımdan çox mürəkkəbdir.

İki təkər prinsipi

[redaktə | mənbəni redaktə et]

Əslində iki təkərli velosipedi alman Karl Drays 1817-ci ildə Mahaym şəhərində düzəldir. Sürücü təkərlər arasında oturaraq qurğunu irəliyə itələyir. Bu daha çox özü diyirlənən maşın idi. Karl Drays sonra 1843-cü ildə dörd təkərli ayaq barabanı ilə hərəkət etdirilən arabanı düzəldir.

Mülahizələrə görə velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır.

Karl Drays düzəldiyi yeriyən maşın qabaq təkəri vasitəsilə idarə oluna bilirdi. Bu hərəkət zamanı ayaqların yerdən tam üzülməsinə və tarazlıq yaradılmasına imkan yaradırdı. Bununla çoxtəkərli arabalardan ikitəkərliyə keçmək və hiroskop effektindən istifadə edərək tarazlığın yaradılması mümkün olmuşdur. Ancaq bu nəqliyyat vasitəsilə hərkət etmək istəyənlər gərək öncə balanslaşdırmanı öyrənməli idilər.

Bundan bir az sonra İngiltərədə metaldan hazırlanmış ilk velosiped hazırlanır. 1819-cu ildə İpsvişdə ilk velsopied yarışı keçirilir. Almaniyada belə yarış 1829-cu ildə keçirilir.

Hazırda uşaqlar arasında pedalsız özüdiyirlənən velospiedlər geniş yayılmışdır.

Braziliya şahzadələri (soldan) Antonio, Luis və Pedro sürgün zamanı üçlü tandem velosipedində, 1891-ci il

Pedal ötürməsi

[redaktə | mənbəni redaktə et]
Pedallı velosiped
Hündür velosiped

XIX (19-cu) əsrin ortalarında diyircəkli ayyaqabıların geniiş yayılması balanslaşma qorxusunu aradan götürmüşdür. Kimin ilk dəfə olaraq ayaqlarını yerdən götürüb pedala qoyaraq hərkət etməsi mübahisəlidir, bu 1864-cü ildə Pierre Mişo və ya Pierre Lallement olması məlum deyil. İlk dəfə olaraq pedallı velosipedin Filip Mority Fişer tərəfindən hazırlanıb tətbiqi 1853-cü ildə tarixə yazılıb. Ötürmə qabaq təkərdə sərt bərkidilmiş qolla-pedalla aparılırdı. Burada gedilən yol pedalın bir dövründə təkərin bir dəfə fırlanmasına uyğun idi.

Zəncir ötürməsi

[redaktə | mənbəni redaktə et]

Velosipeddə pedalda və oxda oturdulmuş dişli çarxların zəncir ötürməsi ilə birləşdirilməsi hündür velosipedlərin düzəldilməsinə gətirib çıxarır. Yalnız 1878-ci ildə arxa oxla pedalın zəncirlə birləşdirilməsi geniş tətbiq oluna bilir. Bunun sayəsində velosipedin konstruksiyasını yüngül hazırlamaq, idarəni asanlaşdırmaq və əlavə oturacağın yerləşdirilməsi mümkün olur.

Hündür velosipedlər

[redaktə | mənbəni redaktə et]

Pedalın bir dəfə dönməsindən əldə olunan enerjidən daha çox yol qət etməyə nail olmaq üçün velosipedlərdə yeni konstruksiya tətbiq olunur, qabaq təkərlərin ölçüsü böyüdülür. Beləki 1870-ci ildə ilk hündür velosiped hazırlanır. Ötürmə prinsipi o dövrə qədər naməlum idi. 1867-ci ildə Parisdə keçirilən sərgidə Mişo fr. Michaux və başqa mühəndislərin nümayiş etdirdikləri konstruksiyadan sonra bu velosipedlərə maraq artır. 1868-ci ildə Mişo velosipedinin təmiri ilə məşğul olan ingilis Ceyms Serli ing. James Starley Ariel adlı yeni velosiped konstruksiyası layihələndirir və onu 1871-ci ildə nümayiş etdirir. Bu velosiped ilk dəfə olaraq rezin üzlüklü təkərlərə malik idi. Onun qabaq təkərinin diametri 125 sm, arxa təkərininki isə 35 sm idi. Yenilik həm də ondan ibarət idiki, ilk dəfə olaraq təkərlər məftil çubuqlardan hazırlanmışdır. Hündür velosipedlərin hazırlanması üçün əsas şərt 1869-cu ildə Eugene Meyer tərəfindən metal çubuqlardan ibarət təkərlərin ixtirası olmuşdur.

Hündür velosipedlərin idarəsi tərpənmə və dayanma zamanı yüksək diqqət tələb edirdi. Oturacaq təxminən 1,25 m hündürlükdə olduğundan dönmə zamanı onun aşma ehtimalı vardır. Buna baxmayaraq bu velosipedlərdə yarışlar keçirilir və ilk dəfə olaraq 40 km/saat sürət əldə olunur. Tez tez baş verən ölümcül qəzalar onun sonrakı inkişafına əngəl törətmişdir. Bu çatışmazlıqlara baxmayaraq velosiped uzun müddət bazarda monopolu saxlayır.

Sonrakı təkmilləşmələr

[redaktə | mənbəni redaktə et]

1880-ci ildə şotlandiyalı Con Danlop kauçukdan hazırlanmış hava ilə doldurulan rezin təkər üzlüklərini ixtira edir. Bu 1845-ci ildə patentləşdirilmiş ixtiranın təkmilləşdirilmiş forması idi. Bununla velospiedlə hərəkət daha rahat olur.

1898-ci ildə əyləc və boş gediş mexanizmlərinin hazırlanması ilə velospiedlərdə hərəkət daha da təhlükəsiz olurlar. Həmin ildə də əl əyləclərin tətbiqi baş verir. 1878-ci ildə ilk dəfə olaraq alüminiumdan hazırlanmış çərçivələrdən istifadə olunur.

XX əsrin əvvəlində sürətləri dəyişən mexanizm inkişaf etdirilib tətbiq olunur. İlk mexanizm arxa təkərin oxunda hər iki tərəfdə oturdulmuş dişli çarxlardan ibarət idi. Sürəti dəyişmək üçün velosipedi saxlamaq, təkəri çıxarıb çevirmək və bərkitmək tələb olunurdu. 1903-cü ildə ixtira olunmuş planetar ötürmə yalnız 1930-cu ildə geniş tətbiqini tapır. Bu ötürmə 1950-ci illərdə İtaliyada ixtira edilir.

1974-cü ildə velosipedlərin gövdələri kütləvi şəkildə titandan istehsal olunmağa başlayır. 1983-cü ildə velokompüter ixtira olunur. 1990-cı ildən sürətlərin indeksli ötürməsi tətbiq olunur.

Velosipedin qurluşu
Velosipedin qurluşu

Velosiped aşağıdakı hissələrdən ibarətdir:

  • 1 Çərçivə
  • 2 Çərçivənin yuxarı borusu
  • 3 Sükan sistemi
  • 4 Sükan qolu
  • 5 Sükan dəstəkləri
  • 6 Əylənc və sürəti dəyişmək üçün dəstək
  • 7 Çərçivənin idarə borusu
  • 8 Çəngəl
  • 9 Təkər
  • 10 Üzlük
  • 11 Oymaq
  • 12 Məftil çubuq
  • 13 Təkərin qasnağı
  • 14 Çərçivənin aşağı borusu
  • 15 Pedal
  • 16–17 Dişli çarx ötürməsi
  • 18 Karetka
  • 19 Zəncir
  • 20 Qabaq dəyişdirici
  • 21 Arxa dəyişdirici
  • 22 Zəncirin dartılması mexanizminin gövdəsi
  • 23 Arxa çevricinin bərkidilməsi üçün yer
  • 24 Kasseta
  • 25 Çərçivənin arxa üçbucağı
  • 26 Sərbəst əylənc
  • 27 Arxa oturacaq üçün boru
  • 28 Oturacaq
  • 29 Otaracaqaltı hissə
  • 30 Oturacağın hündürlüyünü tənzim edən eksentrik bərkidici
  • Adi (yol üçün) velosipedlər;
  • Dağ velosipedləri – dağlar və narahat ərazilər üçün nəzərdə tutulur.
  • Qatlanan velosipedlər – istifadə olunmadığı zamanlar qatlana bilən velosipedləri şkaflara, yaxud maşın baqajlarına asanlıqla yerləşdirmək mümkündür;
  • Elektrikli velosipedlər – qismən elektrikli olan və velosipedlər bateriyalara və səssiz motora sahibdir. Buna görə də digər velosiped növlərindən daha ağırdır. başlayanda başyanda motor işə düşür və velosipedçiyə arxadan çox güclü külək əsirmiş kimi hiss etdirir;
  • Turizm (tur) velosipedləri -
  • Hibrid velosipedlər;

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Stern: 225 лет со дня рождения изобретателя велосипеда Карла Дреза (225. Geburtstag des Fahrrad-Erfinders Karl Drais) Arxivləşdirilib 2015-04-18 at the Wayback Machine (alm.)
  2. Официальный сайт города Карлсруэ: Карл Фридрих Дрез фон Зауербронн: изобретатель велосипедов — (Karl Friedrich Drais von Sauerbronn: Erfinder des Zweirades) Arxivləşdirilib 2015-12-28 at the Wayback Machine (alm.)