Vasili Tatişev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasili Tatişev
rus. Васи́лий Ники́тич Тати́щев
Doğum tarixi
Doğum yeri Pskov qəzası, Rusiya
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Moskva quberniyası, Rusiya
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Nikitiç Tatişev (rus. Васи́лий Ники́тич Тати́щев) (19 aprel, 168615 iyul, 1750)—Tanınmış rus tarixçisi, coğrafiyaşünası.

Rusiyanın berq-kollegiyasının müşaviri olmuşdu.

Tatişev coğrafiyaşünas kimi

[redaktə | mənbəni redaktə et]

Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən «Ümumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı əsər yazmışdır. Əsərdə göstərilir ki, coğrafiya üç hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya.

Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir.Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 tərkibli təsvir edir. I. Tədqiqatın miqyasına görə:

  • a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə;
  • b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya;
  • v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya

II. Keyfiyyət göstəricilərinə görə:

  • a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya;
  • b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya;
  • v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.

III. Zaman dəyişikliklərinə görə:

Beləliklə, Vareniusdan fərqli olaraq, Tatişev tarixiliyi qəbul edir və onu öyrənməyi lazım bilir. Siyasi coğrafiyada o, əhali coğrafiyası məsələlərinə, o cümlədən əhalinin təsərrüfatla əlaqəsi məsələlərinə böyük yer verir.Alim coğrafi tədqiqatların aparılması üçün ekspedisiyaya gedənlərə kömək məqsədilə xüsusi proqramlar tərtib etmişdir. Çox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bölgüsünə xüsusi diqqət verilmiş, müxtəlif ərazilərin bu və ya digər istehsal sahələri üzrə ixtisaslaşmasını öyrənməyi irəli sürülmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]