Varyaq mühafizəçiləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Varyaq mühafizəçilərinin təsvir olunduğu Bizans təsviri.

Varyaq mühafizəçiləri (yun. Τάγμα των Βαράγγων, Tágma tōn Varángōn) X - XIV əsr müddətincə Bizans imperiyasında imperator və digər yüksək rütbəli şəxslərin şəxsi mühafizəsini təşkil etmiş xüsusi hərbi birləşmə. Vareq mühafizəçilərinin əsas xüsusiyyətlərindən biri Skandinaviya mənşəyli olmaları ilə bağlıdır..[1] Belə ki, X əsrdən etibarən Bizans imperiyası daxilindəki siyasi vəziyyətin gərginləşməsi fonunda imperatorlarla özlərinə qarşı baş verə biləcək mümkün təhlükələrin qarşısını almaq üçün başqa ölkələrdən gətirilmiş muzdlu mühafizəçilərin saxlanılmasına üstünlük verməyə başlamışdılar.[2]

Mühahifəzçilər ilk dəfə Böyük Kiyev Knyazı I Vladimirin xristianlığı qəbul etməsindən sonra Bizans imperatoru II. Basileiosun nəzarəti altında 988-ci ildə yaradılmışdır. I Vladimir varyaqlardan təşkil olunmuş döyüşçülərin köməkliyi ilə Kiyev şəhərini ələ keçirdikdən sonra Bizans tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən 6.000 min döyüşçünü II Basileiosa göndərmişdir.[3][4][5]

  1. Alvarez, Sandra, "English Refugees in the Byzantine Armed Forces: The Varangian Guard and Anglo-Saxon Ethnic Consciousness", De Re Militari, The Society for Medieval Military History, 2014-06-23, 2017-08-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-11-22
  2. Maggio, Edward. Private Security in the 21st Century: Concepts and Applications. Sudbury, Massachusetts: Jones and Bartlett Publishers. 1997. 4–5. ISBN 978-07637-5190-6.
  3. Raffaele D'Amato. The Varangian Guard 988-1453. İstifadə tarixi: 18 August 2011.[ölü keçid]
  4. Abbot Gleason. A companion to Russian history. 5 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2011.
  5. Thomas Craughwell. How the Barbarian Invasions Shaped the Modern World. 22 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2011.