Vanderbilt Universiteti
Vanderbilt Universiteti | |
---|---|
36°08′51″ şm. e. 86°48′09″ q. u.HGYO | |
Əsası qoyulub | 1873 |
Tələbə sayı | 12.093, 12.962[1] |
Ölkə | |
Sayt | vanderbilt.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Vanderbilt Universiteti — ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində özəl tədqiqat universiteti.
Universitet "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Vanderbilt Universitetində bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verilir.[3]
Universitet 10 məktəbdən ibarətdir və ABŞ və 70 xarici ölkədən təxminən 13,800 tələbə qəbul edir.[4][5]
Vanderbilt məzunları, professor-müəllim heyəti ABŞ Konqresinin 54 hazırkı və keçmiş üzvü, 18 ABŞ səfiri, 13 qubernator, 8 Nobel mükafatçısı, ABŞ-ın 2 vitse-prezidenti və 2 ABŞ Ali Məhkəməsinin hakimi daxildir. Digər görkəmli məzunlar arasında 3 Pulitzer Mükafatı qalibi, 27 Rodos Alimi, 2 "Oskar" mükafatı qalibi, 1 Qremmi Mükafatı qalibi, 6 MacArtur Təqaüdçüsü, 4 xarici dövlət başçısı və 5 Olimpiya mükafatçısı var. Dünyada universitetin 40 məzun klubu yaradılıb.[6]
Tarixi
[redaktə | mənbəni redaktə et]Vanderbilt Universiteti 1873-cü ildə gəmiçilik və dəmir yolu maqnatı Kornelius Vanderbilt tərəfindən açılmışdır.
1920-ci illər. İkinci Dünya Müharibəsinə qədər
[redaktə | mənbəni redaktə et]1920–1930-cu illərdə Vanderbilt Universitetində Amerika düşüncəsinə və ədəbiyyatına böyük təsir göstərən iki üst-üstə düşən alimlər qrupu çalışırdı.[7]
1930-cu illərdə Ernest Uilliam Gudpastur və onun Tibb məktəbindəki həmkarları virusların və rikketsiyaların becərilməsi üsullarını icad etdilər.[8] Bu iş canlı hüceyrələrdə çoxalan patogenlərin törətdiyi suçiçəyi, çiçək, sarı qızdırma, tifus və digər xəstəliklərə qarşı peyvəndlər istehsal etməyə imkan verdi.[8] Həmşinin o illərdə universitetin professorları travmatik şokun müalicəsinı ixtira etmişdilər.[9]
Universitet tələbələrə Dəniz Komissiyasına yol təklif edən V-12 Dəniz Hərbi Kollecinin təlim proqramında iştirak etmək üçün ölkədəki 131 kollec və universitetdən biridir.[10]
Akademik strukturu
[redaktə | mənbəni redaktə et]2021-ci ilə qədər Vanderbilt Universitetində 13,796 tələbə təhsil alırdı.[6]
Universitetin bakalavr proqramları ABŞ-də çox seçicidir.[11][6][12]
Vanderbilt Universiteti özəl bir korporasiya olaraq tamamilə müstəqil, daimi Qəyyumlar Şurası tərəfindən idarə olunur. Şura Rektordan və daimi üzvlərdən (istənilən sayda fəxri qəyyumlardan) ibarətdir.[13]
Kollecləri və məktəbləri:
[redaktə | mənbəni redaktə et]- Hüquq məktəbi
- İncəsənət kolleci
- Elm kolleci
- Mühəndislik kolleci
- Təhsil və İnsan İnkişafı kolleci
- Bleyer Musiqi məktəbi
- Din məktəbi
- İbtidai təhsil kolleci
- Tibb bacısı məktəbi
- Biznesin İdarəetməsi kolleci
Milli Elm Fondunun məlumatına görə, Vanderbilt Universiteti 2021-ci ildə Tədqiqat və inkişafa 1 milyard dollar xərcləyib.
Kampusları
[redaktə | mənbəni redaktə et]İncəsənət və Elmlər Kolleci, Humanitar elmlər bölmələrinin əksəriyyəti, habelə Hüquq fakültəsi, İdarəetmə Kolleci və İlahiyyat məktəbi, həmçinin Heard Mərkəzi Kitabxanası və Surratt Tələbə Mərkəzi Zalı Əsas kampusda yerləşir.[14] Memorial Gimnaziya, Vanderbilt stadionu və bütün digər universitet idman sahələri kampusun uzaq qərb tərəfindədir.[14]
Milli Tarixi Abidələr proqramı 1965-ci ildə Universitetin Peabodi kampusunu tarixi rayon kimi təyin etmişdir.[14]
Tanınmış məzunları
[redaktə | mənbəni redaktə et]-
ABŞ Ali Məhkəməsinin hakimi və baş prokuroru James Klark McReynolds (1882)
-
ABŞ-ın vitse-prezidenti Con Nens Qarner (1886)
-
Amerikalı astronom Edvard Emerson Barnard (1887)
-
Pulitzer mükafatlçısı, yazıçı Robert Penn Uorren (1925 )
-
Müğənni/aktrisa Dinah Şore (1938)
-
Bain & Company qurucusu Bill Bain (1959)
-
ABŞ-ın 45-ci vitse-prezidenti Al Gore (1971–72)
-
Nobel Sülh Mükafatı laureatı sosial sahibkar Məhəmməd Yunus (1971)
-
Amerikalı yazıçı Ceyms Patterson (1970)
-
ABŞ-ın keçmiş Ticarət naziri Mayk Kantor (1951)
-
American Airlines Grupun sədri və direktoru Doug Parker (1986)
-
Time Inc-in keçmiş direktoru Ann S. Mure (1971)
-
Somalinin keçmiş baş naziri Abdiweli Mohamed Ali (1988)
-
Texas qubernatoru Greg Abbott (1984)
-
NASA astronavtı Maykl L. Gernhardt (1978)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ https://web.archive.org/web/20150819095228/http://www.vanderbilt.edu/info/facts/
- ↑ "Quick Facts". Vanderbilt University (ingilis). 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-12.
- ↑ "Vanderbilt At A Glance". Vanderbilt University (ingilis). 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-12.
- ↑ 1 2 3 "Vanderbilt at a Glance". Undergraduate Admissions. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
- ↑ "Arxivlənmiş surət". 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
- ↑ 1 2 "Obituary (AP): Dr. Ernest Goodpasture Dead; Developed Vaccine for Mumps: Pathologist's Chicken Embryo Virus Led to Immunization Against Many Diseases". New York Times; September 22, 1960; ProQuest Historical Newspapers: pg. 27.
- ↑ https://web.archive.org/web/20120212085552/http://www.hopkinsmedicine.org/stlm/article.doc
- ↑ "Arxivlənmiş surət". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
- ↑ Perrotta, Rachael. "'This class gives me hope': Class of 2026 overall acceptance rate drops to 6.1%, record low". The Vanderbilt Hustler. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-27.
- ↑ Dado, Natasha. "The hardest colleges to get into for 2023, ranked". CBS News. September 15, 2022. May 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2023.
- ↑ https://web.archive.org/web/20090201103526/http://www.vanderbilt.edu/boardoftrust/bylaws/mandp.html
- ↑ 1 2 3 https://web.archive.org/web/20140912160918/http://www.vanderbilt.edu/econ/apet/images/campusmap.pdf
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- vanderbilt.edu — Rəsmi saytı
- Vanderbilt Athletics website
- Encyclopedia Americana. 1920. //