77°31′47″ c. e. 161°34′32″ ş. u.HGYO

Vanda gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vanda gölü
Ümumi məlumatlar
Tipi Qapalı
Mütləq hündürlüyü 143 m
Eni 2 km
Uzunluğu 5 km
Sahəsi 5,2 km²
Həcmi 0,16 km³
Dərin yeri 69 m
Orta dərinliyi 30,8 m
Duzluluğu 350 ‰
Yerləşməsi
77°31′47″ c. e. 161°34′32″ ş. u.HGYO
Ölkə  Antarktida
Yerləşməsi Taylor Vadisi, Viktoriya Torpağı
Vanda gölü xəritədə
Vanda gölü
Vanda gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vanda gölüAntarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr[1] təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur[2]. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir[3]. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C[4]. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir. Buradan axan Antarktidanın ən uzun çayı olan Oniks gölə tökülür. Çayın mənsəbində meteoroloji stansiya yerləşir.

Donmuş Vanda gölü

Gölün səthi il boyu 3,5–4 metr olan buz qatı ilə örtülüdür. Dekabrda üzərində uzunluğu 50 metr olan çat əmələ gəlir.

Heç bir balığın yaşamamasına baxmayaraq burada Sianobakteriya yaşayır.

Vanda stansiyası

[redaktə | vikimətni redaktə et]

Göl sahilində yerləşən Vanda stansiyasında Kral Vanda Gölü Üzgüçülük klubu fəaliyyət göstərirdi[5]. Stansiyanın ziyarətçiləri yay ayları gölün sahilində buzdan azad olmuş ərazilərdə çimirlər. Stansiyada 1995 ildə gölün səviyyəsinin qalxması ilə əlaqədar işlər dayandırılmışdır. Hazırda yalnız 2–8 nəfərdən ibarət kiçik quruplar müvəqqəti təcrübə aparırlar[6].

Rayt vadisi
Rayt vadisi
  1. Mathez, Edmond A. "Cold Fire". Natural History. July–August 2005. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  2. Priscu, J. C., Priscu, L. R., Vincent, Warwick F., and Howard-Williams, Clive. "Photosynthate distribution by microplankton in permanently ice-covered Antarctic desert lakes,". Limnol. Oceanogr. 32 (1). 1981: 260–270. doi:10.4319/lo.1987.32.1.0260. 2011-07-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  3. Gibson, John E. "The meromictic lakes and stratified marine basins of the Vestfold Hills, East Antarctica". Antarctic Science. 11 (2). 1999: 175–192. doi:10.1017/S0954102099000243. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  4. Mercer, Steve. "Antarctic lake diving with the semi-closed rebreather". In: Hallock and French (eds). Diving for Science...2000. Proceedings of the 20th Annual Scientific Diving Symposium. American Academy of Underwater Sciences. 2000. 2012-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-06.
  5. Parfit, Michael. South light: a journey to Antarctica. London: Bloomsbury. 1988. 206–210. ISBN 0-7475-0134-3.
  6. "Stream Team Field Manual" (PDF). Mcmlter.org. 2018-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-27.