Vampirlər (film, 1998)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vampirlər
ing. Vampires
Janr Qorxu filmi
Əsas mövzu Vampir[1], Apostates[1], Şeytanla müqavilə[1]
Rejissor Con Karpenter
Ssenari müəllifləri Don Ceykobi
Con Stekli
Baş rollarda Ceyms Vuds
Deniel Bolduin
Şeril Li
Keri-Hiroyuki Taqava
Bəstəkar
İstehsalçı Sony Pictures
Distribütor Columbia Pictures, Netflix
İlk baxış tarixi 1998, 8 iyul 1999[2]
Müddət 108 dəqiqə
Ölkələr ABŞ ABŞ
Yaponiya Yaponiya
Dil İngilis dili
İl 1998
Rəng rəngli[d]
Çəkiliş yeri Nyu-Meksiko
IMDb ID0120877

Vampirlər (ing. Vampires) — 1998-ci ildə Con Karpenter tərəfindən çəkilən vampirlər haqqında filmlərdən biridir.

Uşaq ikən ailəsi gözlərinin qarşısında vampirlər tərəfindən öldürülən Cek Krou (Ceyms Vuds) bu hadisənin təsiri ilə özünü vampir öldürmə işinə həsr edir. Mükəmməl bir qrup təşkil edən Crow hər tərəfi gəzərək öldürmədiyi vampir buraxmır. İnsanlar vampirlərin mövcudluğundan xəbərsiz olsa da, neçə yüzilliklər­dir ki, onların gizli varlığı Vatikana məlumdur. Crow və qrupu isə Vatikan üçün, lakin ondan ayrı və müstəqil şəkildə vampirlərin ovçuluğunu edirlər. Adi bir əməliyyat zamanı usta vampir Jan Valek (Toman Yan Qriffitç) və vampir ordusu ilə üz-üzə gələn Crow və qrupundan geriyə yalnız özü və adamı Montoya (Deniel Bolduin) qalır. Vampirlər tərəfindən dişlənilən və yaxın vaxta qədər vampirə çevriləcək bir fahişə və gənc bir rahibi öz qrupuna qataraq genişləndirən Crou Valek və digər vampirlərlə mübarizəsini davam etdirir. Valek vampirlərin gün işığında da fəaliyyət göstərə bilməsini mümkün edən yeni bir texnologiyanı axtarmaqdadır və gec olmadan onu dayandırmaq və zərərsizləşdirmək artıq zərurə­tə çevrilmişdir...

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]


  1. 1 2 3 Vampires (ing.). 1998.
  2. Lexicon of international films (alm.). Zweitausendeins.