43°21′13″ şm. e. 19°57′49″ ş. u.HGYO

Uvaç qoruğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uvaç qoruğu
serb. Увац
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi)
Sahəsi
Yerləşməsi
43°21′13″ şm. e. 19°57′49″ ş. u.HGYO
Ölkə  Serbiya
Uvaç qoruğu xəritədə
Uvaç qoruğu
Uvaç qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uvaç (serb. Специјални резерват природы Увац ) - Serbiyada xüsusi mühafizə olunan təbiət ərazisi. Qoruq ərazisi əsasən ağbaş kərkəzlərin qorunması layihəsi ilə tanınır.

Uvaç qoruğu Serbiyanın cənub-qərbində, Zlatibor dairəsinin Nova-Varoş və Seniçe rayonları ərazisində yerləşir. Mühafizə ərazisi Uvaç çay dərəsi boyu uzanır.[2]

Uvaç meandrları

Coğrafi baxımdan Uvaç çay dərəsi Raşka yüksəkliyinə aiddir. Yüksəkli qərbdən Zlatar dağları ilə, şimaldan Murteniça və Çemerniça dağları ilə, şərqdən isə Yavrom dağları ilə əhatələnir. Qoruq ərazisinin ən yüksək zirvəsi dəniz səviyyəsindən 1322 metrdə yerləşir. Ən alçaq nöstəsi isə 760 m-dir. Geomorfoloji baxımdan çay dərəsi kanyona bənzər formadadır. Çay əhəng daşlı süxurlar kəsərək dərin və dik dərələr yaratmışdır. Dərənin orta dərnliyi 200-300 metr, ən dərin yeri isə 350 metrdir. Uvaç dərəsi həm də çayın yaratdığı əsrarəngiz meandrları ilə də məşhurdur. Əksər turizm şirkətləri reklam üçün məhs bu meandrların fotolarından istifadə edir.[3] Karst relyef formaları üstünlük təşkil edir. Karst mağaraları, karst qıfları və çuxurları bölgənin əsas relyef formalarındandır.

Рельеф местности карстовый , с многочисленными карстовыми особенностями: карстовые равнины , увалы , воронки , пещеры , ямы и скальные укрытия .

Dərə kənarlarında 12 müşahidə meydançası yerləşir. Bunlardan ən populyar olanları bunlardır: Veliki Krš ("Great Karst"), Veliki Vrh ("Great Peak") və Molitva ("Prayer"). Çay üzərində üç su elektrik stansiyası inşa edilib. Nəticədə üç süni göl formalaşıb.[4]

Uvaç qoruğunda 219 bitki növü qeydə alınıb. Bunlardan 3 növ Qırmızı kitaba daxil olunmuş. 25 növ bitki xüsusi qorunma statusuna malikdir. 50 növ isə dərman bitkisi kimi qeydə alınmışdır.[2]

Uvaç çayında 25 balıq növü var. Məməlilərdən ayı, canavar, çöl donuzu, dovşan, porsuq və s. geniş yayılıb.[2]

  1. World Database on Protected Areas. 1981.
  2. 1 2 3 Darko Ćirović. "Kraljevstvo beloglavog supa" (Serbian). 2017. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  3. A.Cvetićanin, "Uvac – skriveni dragulj Evrope", Politika (Serbian), 9 July 2017, 20, 6 May 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 May 2020
  4. "Uvačka jezera" (Serbian). 2017. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.