Urumi
Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind. āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır.[1] Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür.
Urumi polad qamçı hesab olunur[2] və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]"Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir. Bu söz hərfi tərcümədə "qıvrılan qılınc" deməkdir.[2] Tamil dilində bu silaha "surulkatti" (qıvrılan bıçaq) və ya "surulval" (qıvrılan qılınc) deyilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Uruminin sapı dəmirdən və ya misdən hazırlanır. Tiyəsi isə qalınlığı 1,9-2,54 sm olan əyilgən poladdan ibarətdir. Tiyənin uzunluğu silahdan istifadə edən şəxsin qol uzunluğuna əsasən hazırlanır. Bu, adətən 122-168 santimetrdir. Çox vaxt bir sapa birdən çox tiyə bərkidilir. Şri-Lankada bir urumi 32 tiyədən ibarət ola bilir. Adətən hər əldə bir dənə olmaqla iki urumi eyni anda istifadə olunur.[3]
Urumidən istifadə edərkən çox gücdən istifadə olunmur, çünki mərkəzəqaçma qüvvəsinin təsiri ilə ciddi zədələnmələr baş verə bilər. Silahın istifadəçiləri fırlatma və çeviklik texnikalarına yiyələnərək tiyənin impulsunu izləməyi öyrənirlər.[2] Urumi çox sayda rəqibə qarşı döyüşmək üçün yaxşı silah hesab olunur. Silah istifadə olunmadıqda qıvrılmıç vəziyyətdə qurşaqdan kəmər kimi taxılır.
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Cənubi Hindistanda yaşayan bir qurbağa seliyində aşkarlanmış bir peptidə urumin adı verilmişdir.[4][5] "League of Legends" video oyunu üçün 2022-ci ildə buraxılmış, Hindistan mədəniyyətindən ilhamlanaraq dizayn edilmiş Nila adlı personajın əsas silahlarından biri urumidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Devnath, Vinay. "10 Deadly Weapons That Originated In India". Storypick (ingilis). 2016-07-09. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ 1 2 3 Saravanan, T. "Valorous Sports Metro Plus Madurai". The Hindu. January 14, 2005. January 28, 2007 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "හෙළයේ සටන් රහස අංගම්" [Angam fighting in Hela]. Lankadeepa (sinhala). September 7, 2013. October 18, 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Mole, Beth. "South Indian frog oozes molecule that inexplicably decimates flu viruses". Ars Technica. April 19, 2017. January 30, 2018 tarixində arxivləşdirilib.
- ↑ Holthausen, David J.; və b. "An Amphibian Host Defense Peptide Is Virucidal for Human H1 Hemagglutinin-Bearing Influenza Viruses" (PDF). Immunity. 46 (4). April 18, 2017: 587–595. doi:10.1016/j.immuni.2017.03.018. PMID 28423338. April 19, 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 18, 2022.