Trinidad və Tobaqo milli futbol komandası
Trinidad və Tobaqo milli futbol komandası Trinidad və Tobaqonu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komandadır. KONKAKAF-ın üzvüdür.
Ləqəbi | The Soca Warriors | ||
---|---|---|---|
Assosiasiya | Trinidad və Tobaqo Futbol Assosiasiyası | ||
Konfederasiya | KONKAKAF | ||
Baş məşqçi | Terri Fenik | ||
Kapitan | Körtis Qonzalez | ||
Ən çox oyun keçirən | Anqus İv (117) | ||
Ən çox qol vuran | Stern Con (70) | ||
Stadion | Heysli Krouford | ||
FİFA kodu | TRİ | ||
FİFA reytinqi | 105 ▼ 1 (22 oktyabr 2020)[1] | ||
Ən yüksək FİFA reytinqi | 73 (iyul 2014) | ||
Ən aşağı FİFA reytinqi | 170 (iyun 1994) | ||
Elo reytinqi | 120 ▼ 2 (10 dekabr 2020) | ||
Ən yüksək Elo reytinqi | 36 (1937) | ||
Ən aşağı Elo reytinqi | 121 (oktyabr 2020) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
Britanya Qvianası 1-4 Trinidad və Tobaqo (Qayana; 21 iyul 1905)[2] | |||
Ən böyükhesablı qələbəsi | |||
Trinidad və Tobaqo 15-0 Fb | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Meksika 7-0 Trinidad və Tobaqo (Mexiko, Meksika; 8 oktyabr 2000) | |||
Dünya Kuboku | |||
İştirak | 1 (İlk dəfə: 2006) | ||
Ən yaxşı nəticə | Qrup mərhələsi | ||
KONKOKAF Qızıl kuboku | |||
İştirak | 6 (İlk dəfə: 1991) | ||
Ən yaxşı nəticə | 1/2 final (2001) |
Tarixi
[redaktə | mənbəni redaktə et]Trinidad və Tobaqo millisi hələ keçən əsrin əvvəllərindən etibarən futbol arenasında çıxış etməyə başlasa da uzun müddət uğur əldə edə bilməyib və dünya kubokundan kənarda qalıblar. Komanda ilk dəfə 90-cı il dünya çempionatının seçmə mərhələsində mundiala qatılmaq üçün əla şans əldə edib. Bunun üçün son oyunda sadəcə olaraq ABŞ millisi ilə bərabər qalmaq lazım idi. Ancaq ada ölkəsi vacib qarşılaşmada uduzaraq (1-0) "İtaliya 90"-na gedə bilməmişdir.
Millinin əsas naliyətləri XXI əsrin əvvəllərinə təsadüf edir. Beləki "Soka döyüşçüləri" əvvəlcə KONKAKAF Qızıl kubokunda yarımfinala qədər irəlləmişdir. Trinidad və Tobaqonun ən böyük uğuru isə DÇ-2006-da iştirakdır. Mundialda İngiltərə, İsveç və Paraqvayla eynin qrupda yarışan komanda skandinavlardan aldıqları 1 xalla sonuncu olmuşlar. O anda Trinidad və Tobaqo dünya kubokunda iştirak etmiş ən az əhaliyə və əraziyə malik ölkə idi. Əhali ilə bağlı rekord 2018-ci ildə İslandiya tərəfindən qırıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "FIFA world ranking". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
- ↑ Trinidad and Tobago – List of International Matches Arxivləşdirilib 2019-01-09 at the Wayback Machine (ing.)